Məhkəmə qərarları › İş №2(060)-5373/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5373/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5373/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı“borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1579,49 manat əsas, 257,49 manat faiz, 399,51 manat cərimə olmaqla, cəmi 2236,49 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, xx xxxxxxx 2019-cu il tarixli, 430/1***-******* saylı kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan kredit təşkilatından illik 36 faizlə 12 ay müddətinə kart vasitəsilə 2188 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 841 saylı xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Banka xx xxxxxx 2020-ci il tarixədək cavabdehin xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1579,49 manat əsas, 257,49 manat faiz, 399,51 manat cərimə olmaqla, cəmi 2236,49 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 430/1***-******* saylıkredit müqaviləsindən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 36 faiz ödənilməsi şərti ilə 2188 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağıöhdəsinə götürmüşdür. «FİNtrend» BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə hüquqların ötürülməsi barədə 842 saylı xx xxxxxxx 2019-cu il tarixli sazişdən görünür ki, “FİNtrend” BOKT tərəfindən Cavabdeh qarşı hüquqlar “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixə xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1579,49 manat əsas, 257,49 manat faiz, 399,51 manat cərimə, cəmi 2236,49 manat borcu vardır. Bildirişdən görünür ki, iddiaçı tərəifndən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçıüzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. «Fintrend» BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış sazişə əsasən cavabdehə qarşı tələbetmə hüququ “xxxxxx” İKB ASC-yə (hazırki adı İddiaçı ASC) ötürülmüşdür. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 399,51 manat məbləğində cərimə azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 430/1***-******* saylıkredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1579,49 manat əsas, 257,49 manat faiz, 100 manat cərimə, cəmi 1936,98 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,80 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 430/1***-******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1579,49 manat əsas, 257,49 manat faiz, 100 manat cərimə, cəmi 1.936,98 (bir min doqquz yüz otuz altı manat, doxsan səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,80 (iyirmi beş manat səksən qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar