Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5389/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Xankişiyeva (Mirzəyeva) Əsli Bədrəddin qızının və Cavabdeh iştirakları ilə İddiaçı Xankişiyeva (Mirzəyeva) Əsli Bədrəddin qızının Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xankişiyeva (Mirzəyeva) Əsli Bədrəddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 30 may 2011-ci il təvəllüdlü X7 oğlunun və 14 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(060)-8317/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Xankişiyeva (Mirzəyeva) Əsli Bədrəddin qızı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 21 iyul 2010-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 30 may 2011-ci il təvəllüdlü X7 oğlu və 14 fevral 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(060)-8317/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hər iki övladının tələbatları günü-gündən artır. Onların məktəb ləvazimatlarını və yeyib-içmək xərclərini ödəyə bilmir. Uşaqlarının azyaşlı olması səbəbindən işləyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 175 (yüz yetmiş beş) manat müəyyən edilmişdir. Hesab edir ki, rəsmi nikahlarından anadan olmuş 30 may 2011-ci il təvəllüdlü X7 oğlunun və 14 fevral 2013- cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(060)-8317/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, rəsmi nikahlarından anadan olmuş 30 may 2011-ci il təvəllüdlü X7 oğlunun və 14 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(060)- 8317/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh idda tələbini qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 2010-cu ilin iyul ayında rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları var. Hazırda ona qarşı verilmiş iddianı qəbul edir və tələb olunan məbləğdə alimentin ödənilməsinə və aliment məbləğinin artırılmasına etiraz etmədiyini bildirirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçı Xankişiyeva (Mirzəyeva) Əsli Bədrəddin qızını və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan, AZ-İV № 577277 saylı 16.05.2021-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 14.02.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 922 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İV № 508576 saylı 03.08.2011-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 oğlu 30.05.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 3691 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)-8317/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbi təmin edilərək, Cavabdeh ilə Mirzəyeva Əsli Bədrəddin qızı arasında 21.07.2010-cu il tarixdə 1122 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə Mirzəyeva Əsli Bədrəddin qızının birgə nikahlarından doğulmuş 30.05.2011-ci il təvəllüdlü X7 oğlu və 14.02.2013-cü il təvəllüdlü X5 boşanmadan sonra anaları Mirzəyeva Əsli Bədrəddin qızının yanında qalması, Cavabdeh 30.05.2011-ci il təvəllüdlü X7 oğlu və 14.02.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq Mirzəyeva Əsli Bədrəddin qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh 14.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Xankişiyeva Əsli Bədrəddin qızının ona qarşı vermiş olduğu iddia tələbini qəbul edir və hər ay hər uşağa 175 manat aliment məbləğini ödəməyə hazırdı. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin Maps şöbəsinin 01.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 51, mənzil 42-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 31.05.2021-ci il tarixli arayışından görünür ki, Xankişiyeva Əsli Bədrəddin qızı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 15/23, mənzil 8-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X4” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 30 may 2011-ci il təvəllüdlü X7 oğlu və 14 fevral 2013-cü il təvəllüdlü X2 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8317/2018 saylı iş üzrə çıxartdığı 08 oktyabr 2018ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 30 may 2011-ci il təvəllüdlü X7 oğlunun və 14 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8317/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 30 may 2011-ci il təvəllüdlü X7 oğlunun və 14 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq iddiaçı Xankişiyeva (Mİrzəyeva) Əsli Bədrəddin qızına verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb iddiaçı X3 ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5389/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5389/2021
14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver