Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-539/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış14 noyabr 2022-ci il tarixli, FN-00199-01-/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 21392,27 manat əsas borc, 1207,56 manat faiz borcu, 378,41 manat dəbbə borcu, ümumilikdə 22978,24 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 159 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə yazılı vəsətət göndərərək mülki işin baxılması üçün qeydiyyatda olduğu Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi üzrə aiddiyyat məsələsi pozulmuşdur. Belə ki, o, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır. Habelə, digər cavabdeh də ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır. MPM-nin 35.1 maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçinin bildirir ki, məhkəmə bildirişləri də onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilir. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman Cavabdeh2 qeydiyyat ünvanı ünvan 2in 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, aidiyyat qaydalarına əməl edilmiş, heç bir pozuntu olmamışdır. Cavabdehin öz qeydiyyat ünvanını dəyişib aidiyyatın pozulması ilə bağlı məhkəməyə ərizə ünvanlaması məhkəmə prosesinin yubadılması məqsədi daşıyır. Odur ki, bütün qeyd edilənləri əsas gətirərək bu günə təyin edilmiş məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işə baxılması ilə əlaqədar ərazi aidiyyatı qaydaları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin digər məlumatlar bölməsindən şəxsiyyət vəsiqəsi məlumatları barədə edilmiş sorğu əsasında əldə edilmiş elektron məlumatdan görünür ki, iş üzrə Cavabdeh1 (şəxsiyyət vəsiqə № AA*******) ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin məlumatlardan müəyyən olunur ki, Cavabdeh1 qeyd edilən AA******* nömrəli şəxsiyyət vəsiqəsi 23 aprel 2022-ci il tarixdə verilmişdir. Həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin digər məlumatlar bölməsindən şəxsiyyət vəsiqəsi məlumatları barədə edilmiş sorğu əsasında əldə edilmiş elektron məlumatdan görünür ki, iş üzrə Cavabdeh2 (şəxsiyyət vəsiqə № AA*******) ünvan 4 ünvanında qeydiyyatdadır. Həmin məlumatlardan müəyyən olunur ki, Cavabdeh2 qeyd edilən AA******* nömrəli şəxsiyyət vəsiqəsi 23 aprel 2022-ci il tarixdə verilmişdir. Beləliklə Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarından görünür ki, hazırki iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilərkən cavabdehlərin yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Nəsimi rayonu olduğu üçün Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-539/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-539/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver