Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5394/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Rusiya Federasiyası Moskva şəhərindən gətirdiyi təxminən 8000 (səkkiz min) manat dəyərində olan kişi üçünpaltarlar, kostyumlar, saruşkalar, kurtkalar, ayaqqabılar, iş paltarları, qadın üçün-paltarlar, kostyumlar, şuba, paltolar, ayaqqabılar, paltartikən maşın, mikrovalnovı peç, 2 ədəd, ət çəkən maşın, məhrəbalar, yataq pastelləri, adeyallar, mikser, stəkan naborlar, xrustal qablar, 2 ədəd blender, suvenir naborları, mətbəx naborları, video kamera, elektro peç duxovka, xalça, printer, tozsoran, kitablar, mətbəxt qabları, elektro strumentlər, toster, qazanlar, boşqablar, ev əşyalarından ibarət olan 43 qutuda olan əmlaklarının və 100 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 200 manatın alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 17-ci mikrorayon, 66saylı evin 28 saylı mənzilində yaşayan xx.xx.1967-ci ildə doğulmuş Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rusiya Federasiyası Moskva şəhərindən gətirdiyi təxminən 8000 (səkkiz min) manat dəyərində olan kişi üçün-paltarlar, kostyumlar, saruşkalar, kurtkalar, ayaqqabılar, iş paltarları, qadın üçünpaltarlar, kostyumlar, şuba, paltolar, ayaqqabılar, paltartikən maşın, mikrovalnovı peç, 2 ədəd, ət çəkən maşın, məhrəbalar, yataq pastelləri, adeyallar, mikser, stəkan naborlar, xrustal qablar, 2 ədəd blender, suvenir naborları, mətbəx naborları, video kamera, elektro peç duxovka, xalça, printer, tozsoran, kitablar, mətbəxt qabları, elektro strumentlər, toster, qazanlar, boşqablar, ev əşyalarından ibarət olan 43 qutuda olan əmlaklarının və 100 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 200 manatın alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamışdır, oranın vətəndaşıdır. Hal-hazırda Mingəçevir şəhərində yuxarıda göstərdiyi ünvanda yaşayır. 2023-cü ilin aprel ayının sonları may ayının əvvəllərində Mingəçevir şəhərinə köçdüyü üçün ev-məişət əşyalarını, eləcə də, geyimlərini Azərbaycan Respublikasına gətirmək üçün Moskva şəhərində karqo xidməti ilə məşğul olan Sumqayıt şəhər vətəndaşı Cavabdeh1 ilə şifahi müqavilə bağlayaraq onun təşkilatçılığı ilə Mersedes markalı AZ-20- DT-971 dövlət nömrə nişanlı avtomobilə ev əşyalarını yükləmişdir. Şifahi müqavilə əsasında hər 1 kq yük üçün 2 AZN pul ödəmək şərtilə yükləri 860 kq olduğu üçün ona 90000 (doxsan min) Rus rublu ödəməli olmuşdur. Həmin an oğlu Tural Cavabdeh1 ilkin olaraq 40000(qırx min) rubl (təx. 800 AZN) pul ödəmişdir. Danışıqlarına görə qalan pulu yük avtomobili sərhəddi keçəndən sonra Azərbaycan Respublikasında ödəməli ölmuşlar. Yük avtomobili sərhəddi keçən zaman Elvin zəng edib iddiaçıdan pulun qalan hissəsini, yəni 50000(əlli min) rublu karta ödəmələrini istəmişdir. İddaçı da həmin pulu cavabdehə ödəmişdir. Yükləri Azərbaycan Respublikasına keçəndən sonra Cavabdeh1 müxtəlif bəhanələrlə onlardan əlavə 150000(yüz əlli min) rubl (təxm. 3000 AZN) pul tələb etmiş və pulu ödəməyəcəkləri halda əşyalarını verməməklə hədələmişdir. Dəfələrlə Cavabdeh1 və atası Süleymana zəng edib əşyaların qaytarılmasını xahiş etmişdir. Amma bu günə kimi əçyalarının hansı şəraitdə olmasından xəbərsizdirlər və onlar əşyaları qaytarmaqdan imtina edirlər. Onu da deyir ki, Elvinin atası Süleyman telefonda əvvəlcə iddiaçıdan ziyana düşdüklərini bəhanə gətirərək 800 AZN tələb etmişdir. İddiaçı humanistlik göstərərək ona 400 AZN kömək edəcəyini söyləmişdir. Əvvəlcə razılaşmış, sonra imtina etmişdir. Cavabdeh1 təkrar telefon danışığı zamanı qəti surətdə bildirmişdir ki, 150000 rubl (3000 AZN) pulu ona verməsələr əşyalarını qaytarmayacaq. İddiaçı cavabdehin barəsində Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etmişdir. Lakin oradan iddiaçıya məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Həmin əmlaklar iddiaçının mülkiyyətindir, cavabdeh onları özündə qanunsuz saxlamaqda və iddiaçıya qaytarmamaqda qanun pozuntusuna yol verir. Tərəflərin İzahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyöun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçının əşyaları hazırda onlardadır. Lakin həmin əşyaların iddiaçıya qaytarılmamasının səbəbi, həmin əşyaların daşınmasında əlavə xərclərin ortaya çıxmasıdır. İddiaçı həmin əlavə xərcləri ödəməkdən imtina etdiyi üçün ona məxsus əşyaları qaytarmırlar. Həmin xərclər iddiaçı tərəfindən ödənildiyi təqdirdə iddiaçıya məxsus əşyalar ona geri qaytarılacaqdır. İşin materiallarında olan: DİN Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cüil tarixli məktubun mahiyyətindən görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatlar məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan, onun məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hüquqi yardımın göstərilməsi haqqında 443 saylı müqaviləsindən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 200 manat haqq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim edilmiş diskdə olan səs yazılarından görünür ki, iddiaçı cavabdehlərdən özünə məxsus, müəyyən haqq müqabilində daşınmalarını tələb etdiyi əşyaların ona qaytarılmasını bildirir. Cavabdehlər isə əşyaların onlarda olduğunu, lakin daşınma zamanı əlavə xərclər çıxdığı üçün, həmin xərclər ödənildiyi təqdirdə əşyaları geri qaytaracaqlarını bildirir. İddiaçı həmin əlavə xərclərin nədən ibarət olduğunun rəsmi şəkildə cavabdehlərdən tələb edir. Lakin cavabdehlər qeyd etdikləri əlavə xərclərin mövcudluğu barədə iddiaçıya hər hansı sübut göstərə bilmirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən-Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əssən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əssən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əssən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əssən- Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əssən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əssən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə araşdırması zamanı müəyyən etdi ki, iddiaçı Rusiya Federasiyasında yaşamışdır, oranın vətəndaşıdır. Halhazırda Mingəçevir şəhərində yaşayır. 2023-cü ilin aprel ayının sonları may ayının əvvəllərində Mingəçevir şəhərinə köçdüyü üçün ev-məişət əşyalarını, eləcə də, geyimlərini Azərbaycan Respublikasına gətirmək üçün Moskva şəhərində karqo xidməti ilə məşğul olan Sumqayıt şəhər vətəndaşı Cavabdeh1 ilə şifahi müqavilə bağlayaraq onun təşkilatçılığı ilə Mersedes markalı AZ-20- DT-971 dövlət nömrə nişanlı avtomobilə ev əşyalarını yükləmişdir. Şifahi müqavilə əsasında hər 1 kq yük üçün 2 AZN pul ödəmək şərtilə yükləri 860 kq olduğu üçün ona 90000 (doxsan min) Rus rublu ödəməli olmuşdur. Həmin an oğlu Tural Cavabdeh1 ilkin olaraq 40000(qırx min) rubl (təx. 800 AZN) pul ödəmişdir. Danışıqlarına görə qalan pulu yük avtomobili sərhəddi keçəndən sonra Azərbaycan Respublikasında ödəməli ölmuşlar. Yük avtomobili sərhəddi keçən zaman Elvin zəng edib iddiaçıdan pulun qalan hissəsini, yəni 50000(əlli min) rublu karta ödəmələrini istəmişdir. İddaçı da həmin pulu cavabdehə ödəmişdir. Danışıqlarına görə qalan pulu yük avtomobili sərhəddi keçəndən sonra Azərbaycan Respublikasında ödəməli ölmuşlar. Yük avtomobili sərhəddi keçən zaman Elvin zəng edib iddiaçıdan pulun qalan hissəsini, yəni 50000(əlli min) rublu karta ödəmələrini istəmişdir. İddaçı da həmin pulu cavabdehə ödəmişdir. Yükləri Azərbaycan Respublikasına keçəndən sonra Cavabdeh1 müxtəlif bəhanələrlə onlardan əlavə 150000(yüz əlli min) rubl (təxm. 3000 AZN) pul tələb etmiş və pulu ödəməyəcəkləri halda əşyalarını verməməklə hədələmişdir. Dəfələrlə Cavabdeh1 və atası Süleymana zəng edib əşyaların qaytarılmasını xahiş etmişdir. Amma bu günə kimi əçyalarının hansı şəraitdə olmasından xəbərsizdirlər və onlar əşyaları qaytarmaqdan imtina edirlər. Cavabdehin əvvəlki məhkəmə iclasında bildirdiklərindən və iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarından müəyyən olunur ki, iddiaçıya məxsus əşyalar cavabdehlərin qanunsuz sahibliyindədir. Bundan başqa iddia tələbinin hüquqi yardımın ödənilməsi ilə bağlı hissəsini məhkəmə araşdıraraq qeyd edir ki, iş materiallarında olan hüquqi xidmətin göstərilməsinə dair müqavilədən və onun ödənilməsin dair qəbzdən göründüyü kimi iddiaçı hüquqi yardıma görə vəkilə 200 manat haqq ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də iddia tələbi qeyd edilən hissə də də təmin edilməli, hüquqi yardıma görə ödənilmiş 200 manatın əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rusiya Federasiyası Moskva şəhərindən gətirdiyi təxminən 8000 (səkkiz min) manat dəyərində olan kişi üçün-paltarlar, kostyumlar, saruşkalar, kurtkalar, ayaqqabılar, iş paltarları, qadın üçün-paltarlar, kostyumlar, şuba, paltolar, ayaqqabılar, paltartikən maşın, mikrovalnovı peç, 2 ədəd, ət çəkən maşın, məhrəbalar, yataq pastelləri, adeyallar, mikser, stəkan naborlar, xrustal qablar, 2 ədəd blender, suvenir naborları, mətbəx naborları, video kamera, elektro peç duxovka, xalça, printer, tozsoran, kitablar, mətbəxt qabları, elektro strumentlər, toster, qazanlar, boşqablar, ev əşyalarından ibarət olan 43 qutuda olan əmlakların və 100 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 200 manatın əvəzi alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rusiya Federasiyası Moskva şəhərindən gətirdiyi təxminən 8000 (səkkiz min) manat dəyərində olan kişi üçün-paltarlar, kostyumlar, saroçkalar, kurtkalar, ayaqqabılar, iş paltarları, qadın üçün-paltarlar, kostyumlar, şuba, paltolar, ayaqqabılar, paltartikən maşın, mikrodalğalı soba, 2 ədəd ət çəkən maşın, məhrəbalar, yataq postelləri, odeyallar, mikser, stəkan naborlar, xrustal qablar, 2 ədəd blender, suvenir naborları, mətbəx naborları, video kamera, elektro soba duxovka, xalça, printer, tozsoran, kitablar, mətbəxt qabları, elektro istrumentlər, toster, qazanlar, boşqablar, ev əşyalarından ibarət olan 43 qutuda olan əmlaklar və 100 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 200 manatın əvəzi alınaraq iddiaçı X1 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5394/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5394/2023
26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver