Məhkəmə qərarları › İş №2(060)-54/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-54/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-54/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, iddiaçı “Bank «xxxx» ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank «xxxx» ASC (bundan sonra – iddiaçı) Cavabdeh, X2, X9 və X7 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 3-cü mikrorayon, 21/16 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, mənzilin boşaldılması və dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixdə X10 Palatasının müvafiq qərarına əsasən “xxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. xxxx ASC ilə iddiaçı arasında imzalanmış xx xxx 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx xxxx 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin xxxx ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri iddiaçıya təhkim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(060)-555/2018 saylı qətnaməsi ilə iddiaçının X14 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilərək “xxxx” ASC ilə X15 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 75/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn borcun X11 iddiaçının xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Göstərilən qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)- 790/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixili, 2(060)-555/2018 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. “X3 Mərkəzi” MMC-nin xx.xx.2018-ci il tarixli Y-337 nömrəli “Hərracın nəticəli haqqında yekun” Protokola əsasən X14 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 21/16, mənzil 2 iddiaçının balansına keçmişdir. Hərracın yekunları üzrə iddiaçı ilə “X3 Mərkəzi” MMC arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 21/16, mənzil 2 hal-hazırda iddiaçının mülkiyyətindədir. Lakin cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, evdən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edər\ək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh xx.xx.1963-cü ildə, Zülfiyyə Miriyeva xx.xx.1969-cu ildə, Mübariz Miriyev xx.xx.1988-ci ildə, Müzəffər Miriyev xx.xx.1989-cu ildə anadan olmuşlar. Cavabdehlər ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-555/2018 saylı qətnaməsi ilə iddiaçının X14 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilərək “xxxx” ASC ilə X15 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 75/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn borcun X11 iddiaçının xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)- 790/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixili, 2(060)-555/2018 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. X3 Mərkəzi tərəfindən keçirilmiş hərracın yekunları haqqında Y-337 nömrəli protokola əsasən mübahisəli mənzil 36019 manata iddiaçıya satılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, lisenziyası ləğv edilmiş bir qrup bankın (o cümlədən “xxxx” ASC-nin) “xxxx” ASC-nin vəsaiti hesabına verdikləri ipoteka kreditlərinə xidmət olunması iddiaçıya həvalə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Səfər İmanovun kredit borcu üzrə tutma mübahisəli mənzilə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda iddiaçıöz mülkiyyətində olan mənzildən cvabdehlərin istifadə hüquqlarına xitam verilməsini və mənzilin boşaldılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları və həmin mənzildə yaşamaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilərək həmin mənzil cavabdehlər tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X1, X8 və X5 Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 21/16, mənzil 2-yə olan istifadə hüquqlarına xitam verilsin və mənzil cavbdehlər tərəfindən boşaldılsın. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh, X6, X12 və X4 müştərək qaydada tutularaq iddiaçı “Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar