Məhkəmə qərarları › İş №2(060)-5403/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5403/2021

16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5403/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 11.04.2021-ci il tarixində oğlu X6 həmin avtomobili əşya bazarının yaxınlığında yerləşən “Hikmət” petrolun yanındakı “Talışlar” adlanan moykaya 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobili yuyulmaya vermişdir. Həmin tarixdə oğlunun dostu X4 iddiaçının oğluna ***-***-**-** nömrəsi ilə zəng edərək özünün “Talışlar” adlanan moykada olduğunu, həmin **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobilinin isə yuyulub qurtarmaq üzrə olduğunu, əgər istəyirsə həmin avtomobili gələn zaman gətirə biləcəyini bildirmiş, oğlu isə onunla razılaşmışdır. Lakin oğlumun dostu sözügedən avtomobili moykadan götürdükdən sonra Sumqayıt şəhəri ərazisində sürmüşdür. 11.04.2021-ci il tarixində saat 16:00 radələrində iddiaçıya məxsus 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobil həmin vaxt X4 tərəfindən idarə olunmuş və o həmin avtomobili öz təqsiri səbəbilə Sumqayıt şəhəri, 6-cı mkr ərazisində **-GK-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı avtomobilə vurmuşdur. İddiaçıya məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobilə dəymiş zərər: 40 manat cərimə, 170 manat dəmirçi xərci, 420 manat bufer, 1550 manat fara, 180 manat radiatorun plasması, 300 manat malyar, rəngsaz xərci də daxil olmaqla ümumilikdə isə 3160 (üç min yüz altmış) manat müəyyən edilmişdir. Cavabdeh qeyd edilən borcu ödəməkdən boyun qaçırır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin 09 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarda göstərilmişdir ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobilə dəymiş ziyanla bağlı tərəflər arasında gələcəkdə mübahisə mülki qaydada həll edilməlidir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdurMəhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki,mübahisəli əmlak iddiaçı ilə birgə nikah dövründə münasibətlərinin normal olduğu vaxt etibarnamə verməklə 2.300 manat qiymətinə satılmış və əldə olunan vəsait ailə məsrəflərinə xərclənmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək iddia tələbini müdafiə etdi. Bildirdi ki, **- VK-*** dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. 11.04.2021-ci il tarixində oğlu X6 həmin avtomobili əşya bazarının yaxınlığında yerləşən “Hikmət” petrolun yanındakı “Talışlar” adlanan moykaya 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobili yuyulmaya vermişdir. Həmin tarixdə oğlunun dostu X4 iddiaçının oğluna ***-***-**-** nömrəsi ilə zəng edərək özünün “Talışlar” adlanan moykada olduğunu, həmin **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobilinin isə yuyulub qurtarmaq üzrə olduğunu, əgər istəyirsə həmin avtomobili gələn zaman gətirə biləcəyini bildirmiş, oğlu isə onunla razılaşmışdır. Lakin oğlumun dostu sözügedən avtomobili moykadan götürdükdən sonra Sumqayıt şəhəri ərazisində sürmüşdür. 11.04.2021-ci il tarixində saat 16:00 radələrində iddiaçıya məxsus 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobil həmin vaxt X4 tərəfindən idarə olunmuş və o həmin avtomobili öz təqsiri səbəbilə Sumqayıt şəhəri, 6-cı mkr ərazisində **-GK-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı avtomobilə vurmuşdur. İddiaçıya məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobilə dəymiş zərər: 40 manat cərimə, 170 manat dəmirçi xərci, 420 manat bufer, 1550 manat fara, 180 manat radiatorun plasması, 300 manat malyar, rəngsaz xərci də daxil olmaqla ümumilikdə isə 3160 (üç min yüz altmış) manat müəyyən edilmişdir. Cavabdeh qeyd edilən borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun dostu Cəfərov Xəyal Əli oğlunun atasıdır. 11.04.2021-ci il tarixdə dostu Cəfərov Xəyal Əli oğlu ona zəng edərək bildirmişdir ki, 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobili yuyulma üçün moykaya verdiyini və yuyulduqdan sonra avtomobili ona gətirməyi xahiş etmişdir. Cavabdeh razılaşaraq avtomobili moykadan götürmüş və ona apardığı zaman Sumqayıt şəhəri, 6-cı mkr ərazisində **-GK-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı avtomobilə vurmuşdur. Lakin 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə 3160 manat deyil, 400 manat zərər dəymişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 09 may 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə etmiş olduğu müraciətlə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi aşkar olunmadığından cinayət işi başlanması rədd edilmişdir. - arayışdan görünür ki, 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil servisdə təmir edilərsə ona çəkilən xərc ümumilikdə 3225 manat təşkil edəcəkdir. - 25 oktyabr 2021-ci il tarixli, 9/5359 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Mərcan” firmasının tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “BMW” markalı, 99- VK- 528 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2698 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobili 11.04.2021-ci il tarixində oğlu X6 əşya bazarının yaxınlığında yerləşən “Hikmət” petrolun yanındakı “Talışlar” adlanan moykaya **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobili yuyulmaya vermişdir. Həmin tarixdə oğlunun dostu X4 iddiaçının oğluna ***-***- **-** nömrəsi ilə zəng edərək özünün “Talışlar” adlanan moykada olduğunu, həmin **-VK- *** dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobilinin isə yuyulub qurtarmaq üzrə olduğunu, əgər istəyirsə həmin avtomobili gələn zaman gətirə biləcəyini bildirmiş, oğlu isə onunla razılaşmışdır. Lakin oğlunun dostu sözügedən avtomobili moykadan götürdükdən sonra Sumqayıt şəhəri ərazisində sürmüşdür. 11.04.2021-ci il tarixində saat 16:00 radələrində iddiaçıya məxsus 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW”markalı avtomobil həmin vaxt X4 tərəfindən idarə olunmuş və o həmin avtomobili öz təqsiri səbəbindən Sumqayıt şəhəri, 6-cı mkr ərazisində **-GK-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı avtomobilə vurmuşdur. Hadisə nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, 2014-cü il buraxılışlı, “BMW” markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 2014-cü il buraxılışlı, “BMW” markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, avtomobilə çəkiləcək xərclər cavabdehə aid edilməlidir. Məhkəmə ekspertiza tədqiqatı ilə avtomobilin nəzəri hesablama aparılmaqla “Mərcan” firmasının tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “BMW” markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 2698 manat müəyyən edilməsini daha real və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 2698 (iki min altı yüz doxsan səkkiz) manat məbləğində pul tutulub iddiaçı Cəfərov Əli Hüsən oğluna verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdeh X2 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 2698 (iki min altı yüz doxsan səkkiz) manat məbləğində pul tutulub iddiaçı Cəfərov Əli Hüsən oğluna verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdeh X2 tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar