Məhkəmə qərarları › İş №2(060)-5472/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5472/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5472/2023 26.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 (Tehranə) Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (Tehranə) Məmməd qızına və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 20000 (iyirmi min) manatın, 13845 manat faiz borcunun, dövlət rüsumunun ödənilməsinə görə 150 manatın və pulun ödənildiyi günə qədər hesablanmış illik 7,5 faiz bank uçot dərəcəsi kimi 1500 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1ə Məmməd qızını (bundan sonra 1-ci cavabdeh adlandırılacaq) 2018-ci ildən tanıyır. Həmin zaman o, iddiaçıdan bir neçə ay müddətinə qaytarmaq şərti ilə 4000 (dörd min) manat borc pul istəmişdir. İddiaçı da ona inanıb pulu vermiş və 1-ci cavabdeh razılaşdıqları vaxtda həmin pulu iddiaçıya geri qaytarmışdır. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə iddiaçıdan yenə 4-5 ay müddətinə, yəni 2022-ci ilin mart ayına kimi 5000 (beş min) manat pul tapmağı xahiş etmişdir. İddiaçı da yenə ona inanıb elə həmin gün 5000 manat pulu tapıb ünvan 1 ünvanında ona vermişdir. Həmin vaxt aralarında borc müqaviləsi bağlanmasa da o, iddiaçıdan 5000 manat pul aldığına dair qəbz yazıb vermişdir. Qəbzdə göstərilmişdir ki, “mən Cavabdeh1ə Ramilədən 8 ədəd 100 ABŞ dolları, 11 ədəd 200 manat, 14 ədəd 100 manat + 30 manat götürdüm.” Qəbzdə tarix olaraq 3 noyabr 2021-ci il qeyd edilmiş və qəbzi T. Zamanova imzası ilə təsdiq etmişdir. Lakin 1-ci cavabdeh 5000 manatı iddiaçıya geri qaytarmamışdır. İddiaçı cavabdehdən həmin pulu geri istədikdə, o bildirmişdir ki, Sumqayıt şəhəri, Qurd dərəsi adlanan yerdə bağ evini satışa qoyub, satılanda borcunu qaytaracaq, həmin sahənin satılana qədər ona 15000 manat pul lazımdır. İddiaçı yenə də ona inanıb15000 manat pulu ona vermişdir. Bu məqsədlə 18 sentyabr 2022-ci ildə 1-ci cavabdehlə birlikdə Sumqayıt şəhər 3 saylı notariat ofisinə gedərək orada ilkin müqavilə imzalamışlar. Müqavilənin şərtlərinə görə, Cavabdeh2 ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, M. Abbasov küçəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 70.9 kv.m olan 48 saylı fərdi yaşayış evi ünvanını iddiaçıya 58251,85 manata müqavilədə göstərilən müddətdə əsas alğı-satqı müqaviləsi bağlananadək satmaq barədə razılığa gəlmişlər. Bu məqsədlə iddiaçı müqavilədə nəzərdə tutulan 58251,85 manatdan 15000 (on beş min) manatı 2-ci cavabdehə notariusun depozit hesabı vasitəsi ilə ödəməyi, 2-ci cavabdeh həmin məbləği depozit hesabdan götürməyi öhdələrinə götürmüşlər. İddiaçı 15000 manat pulu depozit hesabına ödəmişdir. 2-ci cavabdehin adından etibarnamə əsasında 1-ci cavabdeh müqaviləni imzalamış və 15000 manat pulu 1-ci cavabdeh götürmüşdür. Bundan sonra, elə həmin tarixdə 1-ci cavabdeh 2-ci cavabdehin adından iddiaçıya etibarnamə vermişdir. Etibarnamənin məzmununa görə, Cavabdeh2 tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və s. səlahiyyətləri iddiaçıya etibar etmişdir. Beləliklə, iddiaçı ümumilikdə 2-ci cavabdehə 20000 manat pul vermişdir. Lakin indiyə qədər o, nə pulu, nə də evi iddiaçıta verməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona verilən etibarnamə cavabdeh tərəfindən ləğv edilmişdir. Etibarnamənin ləğv edilməsinin səbəbləri iddiaçıya məlum deyil. İddiaçı 1-ci cavabdehə borc pul verərkən 26 oktyabr 2022-ci ildə bankdan 4000 manat məbləğində kredit götürmüşdür. İndiyə qədər həmin krediti ödəyir. Ümumililkdə iddiaçı cavabdehlərin təqsiri ucbatından və mənə olan borcu ödəmədiklərindən 13845 manat həddində banka pul ödəmişdir. Dəfələrlə 1-ci cavabdehə pulun qaytarılmasını tələb etsə də, indiyə qədər o, iddiaçıya olan borcu qaytarmaqdan imtina edir. İddiaçı hər iki halda pulu (5000+15000 manat) 1- ci cavabdehə versə də, 15000 manat pulu verərkən 1-ci cavabdeh 2-ci cavabdehin adından etibarnamə əsasında iştirak etmiş və 2-ci cavabdehin mülkiyyətində olan fərdi yaşayış evini iddiaçıya satmağı öhdəsinə götürmüş, lakin sonradan onlar iddiaçıya verilmiş etibarnaməni ləğv etmişlər. Buna görə də iddiaçıya dəymiş zərərin əvəzini iddiaçı hər iki cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin tam təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin tam təmmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (Tehranə) Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, 2021-ci ildə alınan 5000 manatdan, demək olar ki, hər ay 500 manat pul ödənilmişdir. Təqdim edilən vatsap yazışmasında da 2023-cü ilin may ayında iddiaçı 2 ayın – aprel və may ayının faizinin qaldığını etiraf edir. Belə ki, 5000 manat tamamilə ödənilmişdir. 15000 manatdan isə 9600 manat ödənilmiş, 5400 manat isə borc qalmışdır. İddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçını tanımır, görməmişdir, onunla aralarında pul haqq-hesabı olmamışdır. Digər Cavabdeh1 (Tehranə) Məmməd qızına etibarnamə verməmişdir. O vaxtlar ipoteka ilə olan evi satanda başqa şəxsə etibarnamə vermişdir, 5 nəfər də həmin evi sataraq bir-birinə etibarnamə vermiş və sonuncu etibarnamə Cavabdeh1 (Tehranə) Məmməd qızına verilmişdir. Notariat tətbiqini yükləyəndə çoxlu etibarnamə verildiyini görəndə birinci şəxsə verdiyi etibarnaməni ləğv eləmişdir, bununla da digər şəxslərə verilmiş etibarnamələr də ləğv olunmuşdur. Bir xeyli müddət keçdikdən sonra Cavabdeh1 (Tehranə) Məmməd qızı etibarnamə verməyi ilə əlaqədar olaraq onunla əlaqə saxlamış, amma evin sənədi Cavabdeh1 (Tehranə) Məmməd qızında olmadığından, iddiaçıda olduğundan etibarnamə verməyi mümkün olmamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli əyazmadan göünür ki, Cavabdeh1ə Ramilədən 8 ədəd 100 ABŞ dolları, 11 ədəd 200 manat, 14 ədəd 100 manat+30 manat götürdüyünü imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. - xx.xx.2022-ci il tarixli 16026nkSUMb/22 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə "xxxx" KB ASC 60 ay müddətinə, xx.xx.2027-ci il tarixinədək illik 27,5 faiz ödəmək şərtilə 4000 manat krediti İddiaçı mülkiyyətinə verir və İddiaçı isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyən olunmuş müddətdə onu faizi ilə birlikdə "xxxx" KB ASC-nə qaytarmağı öhdəinə götürür. - xx.xx.2022-ci il tarixli ilkin müqavilədən görünür ki, Cavabdeh1 (Cavabdeh2 əvəzinə) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Ərazi idarəsinin xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Abbasov küçəsində 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 70.9 kv kv.m olan 48 saylı fərdi yaşayış evi ünvanını İddiaçı 58251,85 manata müqavilədə göstərilən müddətdə əsas alqı-satqı müqaviləsi bağlananadək satmaq barədə razılığa gəlmişlər. İddiaçı bu müqavilədə nəzərdə tutulan 28251,85 manatdan 15000 manatı Cavabdeh2 notariusun depozit hesabı vasitəsilə ödəməyi, Cavabdeh2 isə həmin məbləği depozit hesabdan götürməyi qəbul edir. - Sumqayıt Şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1229 №-li məktubdan görünür ki, 3m-972 saylı xx.xx.2022-ci il tarixli ilkin müqavilə üzrə ödənilən ilkin 15000 (on beş min) manat ödənişi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 notariusun depozit hesabından məxaric etmişdir. - Sumqayıt Şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2137 №-li sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişin başqasına etibaretmə qaydasında xx.xx.2019-cu il tarixdə 7E-14055 reyestrlə etibarnamə verilmişdir və həmin etibarnamə Cavabdeh2 bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 8İ-12 reyestrlə yazdığı ərizəsinə əsasən ləğv edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 (Tehranə) Məmməd qızı əvvəlcədən tanıdığı iddiaçıdan 5000 manat almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əlyazmadan göründüyü kimi Cavabdeh1ə Ramilədən 8 ədəd 100 ABŞ dolları, 11 ədəd 200 manat, 14 ədəd 100 manat+30 manat götürdüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra İddiaçı cavabdehdən həmin pulu geri istədikdə, o bildirmişdir ki, Sumqayıt şəhəri, Qurd dərəsi adlanan yerdə bağ evini satışa qoyub, satılanda borcunu qaytaracaq, həmin sahənin satılana qədər ona 15000 manat pul lazımdır. İddiaçı yenə də ona inanıb 15000 manat pulu ona vermişdir. Bu məqsədlə 18 sentyabr 2022-ci ildə 1-ci cavabdehlə birlikdə Sumqayıt şəhər 3 saylı notariat ofisinə gedərək orada ilkin müqavilə imzalamışlar. Cavabdeh1 (Cavabdeh2 əvəzinə) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Ərazi idarəsinin xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Abbasov küçəsində 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 70.9 kv kv.m olan 48 saylı fərdi yaşayış evi ünvanını İddiaçı 58251,85 manata müqavilədə göstərilən müddətdə əsas alqı-satqı müqaviləsi bağlananadək satmaq barədə razılığa gəlmişlər. İddiaçı bu müqavilədə nəzərdə tutulan 58251,85 manatdan 15000 manatı Cavabdeh2 notariusun depozit hesabı vasitəsilə ödəməyi, Cavabdeh2 isə həmin məbləği depozit hesabdan götürməyi qəbul etmişdir. 3m- 972 saylı xx.xx.2022-ci il tarixli ilkin müqavilə üzrə ödənilən ilkin 15000 (on beş min) manat ödənişi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 notariusun depozit hesabından məxaric etmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişin başqasına etibaretmə qaydasında xx.xx.2019-cu il tarixdə 7E-14055 reyestrlə etibarnamə verilmişdir və həmin etibarnamə Cavabdeh2 Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 8İ-12 reyestrlə yazdığı ərizəsinə əsasən ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 20000 (iyirmi min) manatın, 13845 manat faiz borcunun, dövlət rüsumunun ödənilməsinə görə 150 manatın və pulun ödənildiyi günə qədər hesablanmış illik 7,5 faiz bank uçot dərəcəsi kimi 1500 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında olan zaman iddiaçını tanımadığını, onu görmədiyini, onunla aralarında pul haqq-hesabı olmadığını bildirmişdir. Digər Cavabdeh1 (Tehranə) Məmməd qızına etibarnamə verməmişdir. O vaxtlar ipoteka ilə olan evi satanda başqa şəxsə etibarnamə vermişdir, 5 nəfər də həmin evi sataraq bir-birinə etibarnamə vermiş və sonuncu etibarnamə Cavabdeh1 (Tehranə) Məmməd qızına verilmişdir. Notariat tətbiqini yüklədiyi zaman bir çox etibarnamə verildiyini gördükdə birinci şəxsə verdiyi etibarnaməni ləğv etmiş, bununla da digər şəxslərə verilmiş etibarnamələr də ləğv olunmuşdur. İddiaçı özü də məhkəmə iclasında Cavabdeh2 tanımadığını, onunla arasında borc münasibətlərinin olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 (Tehranə) Məmməd qızının İddiaçı 5000 manat və 15000 manat olmaqla, ümumilikdə ondan 20000 manat alması aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 (Tehranə) Məmməd qızından 20000 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə əsasən qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 20000 manat olduğundan ödənilmiş 150 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 (Tehranə) Məmməd qızından alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə iddia tələbindən görünür ki, iddiaçının tələbi ümumilikdə 20000+13845+1500 manat olmaqla ümumilikdə 35345 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. Tələbin məbləğinin 35345 manat təşkil etməsinə, buna müvafiq dövlət rüsumunun məbləğinin 196,04 manat olmasına baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilərkən 150 manat rüsum ödənilmişdir. Buna görə də ödənilməmiş 46,04 manat İddiaçı tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 (Tehranə) Məmməd qızından 20000 (iyirmi min) manat tutulub İddiaçı verilsin. İddianın verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 (Tehranə) Məmməd qızından alınaraq İddiaçı verilsin. İddianın verilməsi üçün ödənilməli olan 46,04 manat İddiaçı tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar