Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5475/2024 03.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13500 manat məbləğində maddi ziyanın və ödənilmiş 130.5 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 onun qızı, Cavabdeh1 oğru isə onun keçmiş kürəkənidir. Onlar 14 iyun 2000-ci il tarixdə nikaha daxil olmaqla nikahlarını Sumqayıt Nikah evində 14 iyun 2000-ci il tarixdə 315 nömrə ilə qeyd etməklə rəsmiləşdiriblər. Sonradan aralaarında olan ailə münasibətləri pozulmuş və ayrılmaqla aralarında olan nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(060)-752/2021 saylı qətnaməsi ilə puzulmuşdur. Cavabdehlər ayrılmamış və aralarında olan nikah qeydi pozulmamışdan əvvəl keçmiş kürəkəni hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 özünün şəxsi biznesi ilə əlaqədar olaraq ondann 5500 manat borca pul almış və həmin məbləği ona qaytarmamışdır. Borca aldığı pulu da qaytara bilmədiyindən cavabdehlərdən Cavabdeh2n mülkiyyətində olmuş və cavabdehlərin birgə mülkiyyəti kimi sonradan məhkəmə tərəfindən tanınmış “Mercedes Benz B170” minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ona satmaq istəmiş və o da onlarla razılaşaraq həmin avtomobili xx.xx.2020-ci ildə isə alqı-satqı müqaviləsi əsasında 13500 manata almağı qərara almışdır. Cavabdehlərdən Cavabdeh1 ona 5500 manat borcu olduğundan avtomobili alarkən həmin borc çıxılmış və verdə qalan 8000 manat pulu isə nağd şəkiildə cavabdehlərin hər ikisinin iştirakı ilə birdəfəlik ödəyib. Cavabdehlər arasında olan ailə münasibətləri pozulduğundan aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(060)-752/2021 saylı qətnaməsi ilə pozulandan sonra cavabdehlərdən Cavabdeh1 və digər Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələblə bağlı məhkəmədə iddia qaldırmış və həmin iddia tələbi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e -2(006)-1608/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilərək cavabdehlər arasında "Mercedes-Benz B 170” minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddiaçı Cavabdeh1 ‘Mercedes- Benz B 170” minik markalı 50 D K 107 dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə pay hüququ müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də həmin şikayətlər təmin edilməmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1608/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi qanuni və əsaslı hesab edilməklə qanuni qüvvəsini almışdır. Belə olan halda cavabdehlər tərəfindən ona ümum ilikdə 13500 manat ziyan vurulmuş həmin ziyan məbləği cavabdehlər tərəfindən alınıb ona verilməlidir. Lakin cavabdehlər həmin məbləği ona könüllü qaydada vermək istəmirlər, həm mülkiyyəti əlindən alınmış, eyni zamanda həm də də sözügedən avtomobilin alınmasına xərclənmiş pul vəsaiti ona qaytarılmır. Yuxarıda qeyd etdiyi hallar iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-1608/2023 nömrəli, 16 may 2023-cü il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4874/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qətnamələri və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-392/2024 nömrəli 06 fevral 2024-cü ii tarixli qərarı ilə təsdiqini tapmaqla hər 3 instansiya məhkəməsi tərəfindən həmin hallar müəyyən edilmişdir. Həmin ziyan məbləğinin könüllü olaraq cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, cavabdeh vurduğu ziyanı ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə yazılı izahat adlandırdığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zivan tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13500 manat məbləğində maddi ziyanın və ödənilmiş 130,5 manat dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərzəsi ilə məhkəməyə müraciət edərkən iddia ərzəsinin təsviri hissəsində qeyd edib ki, cavabdehlər Mercedes benz F3 170 minik markalı 50 -DK - 107 dövlət qevdiyat nişanlı nəqliyat vasitəsinin ona satıblar. Bu alqı-satqı müqaviləsinin nikah dövründə getməsi və digər faktları nəzərə alaraq Sumqayıt şəhər məhkəməsi 2023ci ilin yanvarın 23-də Cavabdeh1 iddia ərzəsindəki tələbi təmin etməmişdir. Lakin 16 may 2023-cü il tarixində cavabdehlərdən Cavabdeh1 ona və digər cavabdehə qarşı qaldırdığı alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılaraq iddiya tələbinin təmin edilməsi qət edilmişdir. Həmin işə baxılan zaman da, müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbinə uyğun olaraq notariat kontorunda deyil, X1 İdarəsində bağlandığı üçün avtomobilin dəyəri müqavilədə 11000 (on bir min) manat göstərilmiş və həmin məbləğin ödənilməsi hər hansı bir Bank və ya hesab vasitəsi ilə ödənilməsinə ehtiyac olmadığından həmin məbləği cavabdehlərin özlərinə vermiş və bundan sonra həmin avtomabili öz mülkiyyətinə keçirib. Beləliklə hazırda qanuni qüvəsinə almış məhkəmə qərarı ilə müəyən edilmişdir ki, o, cavabdehlərdən həmin avtomobili 11000 manat ödəməklə alıb və məhkəmənin həmin qətnaməsi ilə onunla cavabdehlərdən Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayıldığına görə həmin alqı-satqı müqaviləsi üzrə cavabdehlərə ödədiyi 11000 manat onlardan tutulub ona ödənilməlidir. İş məhkəmənin icraatında olarkən cavabdehlərdən Cavabdeh2 avtomobilin alqı-satqısı zamanı avtomobilin dəyərinin 11000 min manat qeyd edilməsinə baxmayaraq cavabdehlərə faktiki olaraq ödənilmiş 13500 manat pulun ona düşən hissəsinin yarısı olan 6750 manatını ona ödəmiş və hazırki iddia tələbi üzrə ona borclu qalmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin cavabdehlərdən Cavabdeh1 münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Onun maşının satılmasından xəbəri olmayıb. Keçmiş yoldaşı və qaynatası onun xəbəri olmadan gizli şəkildə həmin maşını satıblar. Bununla bağlı, yəni maşının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə o, məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Daha sonra həmin qərardan iddiaçı narazı qalaraq şikayət vermiş, lakin onun şikayətləri təmin edilməmiş və avtomobilin satılmasına dair müqavilənin etibarsız hesab edilməsi barədə çıxarılmış qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Onu da qeyd edir ki, iddiaçı tərəfindən ona heç bir məbləğdə borc pul verilməyib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən və məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasınının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, 2020-ci ildə qızının adına 13500 manat dəyərində olan “Mercedes” markalı maşın alıb. Daha sonra yeznəsinə 8000 manat vermiş və yeznəsi həmin maşını ona satmışdır. Sonra isə qızı və yeznəsi boşanmışdır. 2023-cü ilin yanvar ayında əşyaları bölünmüşdür. Bu əşyalar arasında maşın da var idi. Sumqayıt şəhər məhkəməsi maşına münasibətdə iddianı təmin etməmişdi. Lakin Nəsimi rayon məhkəməsinin qərarı ilə maşın də aralarında bölünmüşdür. Məsələ ilə bağlı Ali Məhkəməyə qədər şikayət etsə də, Nəsimi rayon məhkəməsinin qərarı qüvvəsində qalmışdır. Qarşı tərəfin maşının 11000 manata satılması ilə bağlı DYP-dən gətirdiyi sənəd və verdiyi etibarnamə nəzərə alınmaqla qərar onun ziyanına çıxarılmışdır. Hazırda əlində nə maşın, nə də maşından qalan pul var. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqyaıt şəhər Məhkəməsinin 2(060)-312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 6 saylı evin 33 saylı mənzili üzərində iddiaçı Cavabdeh1 payının 1/2 hissədə və Cavabdeh2 payının 1/2 hissədə müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Azərbaycan Repsublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixl, 2(102)-392/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(103)-4874/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(103)-4874/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1608/2023 nömrəli qətnaməsi həmin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1608/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, cavabdehlər arasında “Mercedes-Benz B170" minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddiaçı Cavabdeh1 “Mercedes-Benz B170” minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə pay hüququ müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində hər iki cavabdehdən 13500 manat məbləğində maddi ziyanın tutulmasını xahiş etsə də, sonradan yazılı izahat adlandırdığı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş məhkəmənin icraatında olarkən cavabdehlərdən Cavabdeh2 ona 6750 manatı ödədiyini, bununla əlaqədar iddia tələbinin cavabdehlərdən Cavabdeh1 münasibətdə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinin əsası kimi istinad etdiyi dəlillərinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(006)- 1608/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin icraatda cavabdeh olan İddiaçı məhkəməyə etiraz verərək, hazırki iddia ərizəsində qeyd etdiyi halları, yəni “Mercedes Benz B170” minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 13500 manat qiymət qoyulduğunu, Cavabdeh1 və Cavabdeh2 ona 5500 manat borcu olduğundan avtomobili alarkən həmin borcun çıxıldığını və yerdə qalan 8000 manat pulu isə nağd şəkildə onlara ödədiyini bildirmişdir. Lakin İddiaçı istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh İ.Aygün satıcı kimi mübahisəli avtomobili digər cavabdeh İ.Xeyrullanın (alıcının) öhdəsinə və mülkiyyətinə verməmiş (alqı-satqı müqaviləsi bağlandığı gün, yəni xx.xx.2020-ci il tarixdə İ.Xeyrulla tərəfindən İ.Aygünə etibarnamə verilmişdir), İ.Xeyrulla isə avtomobili qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Belə ki, alqı-satqı müqaviləsində avtomobilin 11000 manata satılması göstərilsə də, həmin məbləğin ödənilməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir (hətta alıcı məbləğə dair ziddiyyətli fikirlər ifadə etmişdir). Bununla da alqı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Avtomobilə dair alqı-satqı müqaviləsi məhz iddiaçı ilə cavabdehin ailə münasibətlərinin pis olduğu dövrdə bağlanmışdır (4 ay sonra nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək uzun müddətdir ki, ayrı yaşadıqları göstərilir). Bu hal isə özü-özlüyündə avtomobilə dair alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Göstərilənlərə əsasən, məhkəmə iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsini əsaslı hesab etmişdir. Məhkəmə eyni tərəflər arasında olan mübahisəyə dair qəbul edilmiş məhkəmə qərarlarının preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,İddiaçı Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5475/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5475/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver