Məhkəmə qərarları › İş №2(060)-5489/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5489/2022

08.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5489/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-i Daşınmaz Əmlakın kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" X7 Səhmdar Cəmiyyətini və Sumqayıt şəhəri İcra İdarəsini cəlb etməklə “qiymətləndirmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-i Daşınmaz Əmlakın kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" X7 Səhmdar Cəmiyyətini və Sumqayıt şəhəri İcra İdarəsini cəlb etməklə “qiymətləndirmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(105)-535/2018 saylı mülki iş üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinin ilkin satış qiymətinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsinin (hazırki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-i Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi) xx.xx.2018-ci il tarixli №002-02/18 saylı rəyinin ləğv edilməsi və hazırda ipoteka predmeti olan Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli, 2(105)-535/2018 saylı qətnaməsinin məzmunundan görünür ki, Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(060)-198/2017 sayh qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X2, X3 və X1 qarşı “kreditin, kredit faizlərin cərimənin ödənilməsi və ipoteka predmetinə tutumanın yönəldilməsi” barədə iddiası qismən təmin edilmiş, iddiaçı təşkilatla cavabdeh İddiaçı arasında bağlanmış 17 fevral 2014-cü il tarixli əlavə kredit müqaviləsinin ləğv edilməsi, müqavilədən irəli gələn ödənilməmiş 24.307,19 ABŞ dolları əsas borc, 5.991,77 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 30.348,96 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun cavabdehlər İddiaçı və Vüsal Həsənovdan iddiaçı təşkilatın xeyrinə müştərək qaydada tutulması, tələbin ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhər, 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhər, 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, ipoteka predmetinin satılması və satışdan əldə olunan məbləğin kredit müqaviləsi üzrə 30.348,96 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbayccan manatı ilə) məbləğində pulun iddiaçı təşkilatın xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait cavabdeh İddiaçı Banka olan borcu ödənildikdən sonra qalan məbləğin ona qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etdilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli, 2(105)-535/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinə əsasən iş üzrə Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı, Vüsal Həsənov, Elvin Həsənov və Fərəhnisə Həsənovanın çıxarılmaları, ipoteka predmeti olan mənzilinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi əvvəllər tərəflər arasında məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı tərəfindən hazırda mübahisələndirilən məsələyə həmin məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. İddiaçının sözügedən məhkəmə qətnaməsindən narazı qaldığı halda qanunla nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququ olmuşdur. Hesab edirəm ki, mümkünlüyü yoxlanılan iddia ayrıca icraatın deyil, məhkəmə aktının mübahisələndirilməsinin predmeti kimi çıxış edə bilər. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-i Daşınmaz Əmlakın kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" X7 Səhmdar Cəmiyyətini və Sumqayıt şəhəri İcra İdarəsini cəlb etməklə “qiymətləndirmə” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar