Məhkəmə qərarları › İş №2(060)-5495/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5495/2020

23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5495/2020 23.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tutulması və müəyyən edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4141/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 170 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxıl olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki övladları olmuşdur. Cavabdehlə aralarında olan rəsmi nikah xx xxxxxxxx 2013-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2008-ci il təvəllüdlü X8 onun himayəsinə verilmiş və onun saxlanması üçün 93 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Daha sonra cavabdehlə barışaraq, faktiki nikaha daxil olmaqla birgə yaşamışlar. Həmin faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyi üçün cavabdeh nə ona, nə də ki, uşaqlarına heç bir köməklik göstərməmişdir. Heç vaxt övladlarının vəziyyəti ilə maraqlanmamış və könüllü olaraq heç bir maddi yardım göstərməmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-də nəzarətçi işlədiyi və kifayət qədər pul qazanır. Buna görə hesab etmişdir ki, cavabdeh özü könüllü şəkildə uşağına maddi yardım göstərəcəkdir. Lakin cavabdeh bu müddət ərzində heç bir köməklik göstərməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qismən etiraz edərək bildirdi ki, o, iddiaçı, yəni İddiaçı ilə rəsmi nikaha girərək ailə qurmuş və həmin nikahdan bir uşaqları olmuşdur. Aralarındakı nikah münasibətləri məhkəmə qəntnaməsinə əsasən pozulmuş, uşaq anasının himayəsinə verilmiş və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün qanunla müəyyən edilmiş qaydada alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Aralarındakı nikah pozulduqdan sonra yenidən barışmış və nikaha daxil olmadan faktiki olaraq bir yerdə yaşamışlar. Həmin faktiki nikah münasibətlərindən də bir övladları olmuşdur. Hazırda uşaqların yetkinlik yaşına çatması üçün hər ay hər uşaq üçün 170 manat yox, 100 manat ödəyə bilər. Çünki “xxxxxxxxx” MMC-də nəzarətçi işləyir və 300 manat məbləğində əmək haqqı alır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. X8 xx.xx.2008-ci il tarixdə, X7 isə xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. (işdə olan AZ-İİ 078094 və AZ-İİİ 543998 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4141/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair ilkin iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2007-ci ildə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 356 № ilə qeyd edilmiş nikah pozulmuş, X1 Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 Səbinə Vahid qızının himayəsində saxlanılmış, xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx xxxxxx 2013-cü ildən başlayaraq hər ay Cavabdeh 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan “xxxxxxxxx” MMC-in xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən bu günə qədər “xxxxxxxxx” MMC-də gözətçi işləyir və aylıq əmək haqqı 300 manat məbləğindədir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, Cavabdeh əmək haqqının məbləğini nəzərə alaraq hesab edir ki, ondan sabit pul məbləğində aliment tutulmalı, bu məbləğ hər ay 130 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4141/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4141/2013 saylı, xx xxxxx 2017-ci tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan Əli Əzizov adlı uşağın müvafiq olaraq 5 yaşı olmuşdur. Hazırda isə onun 12 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin əmək haqqı məbləğini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4141/2013 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 130 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tutulması hissəsində dərhal icra edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4141/2013 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması isə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar