Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5503/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəmyə müraciət edərək cavabdehdən 11.600 manat məbləğində pulun, eləcə də 125 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi vəsatət verərək bildirdi ki, Cavabdeh hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Fərid Əhmədov küçəsi ev 30 C nömrəli evdə qeydiyyatdadır və yaşayır. Odur ki, mülki işi Abşeron Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və nümayəndəsi Vəkil1 vəsatətin təmin edilməsinə etiraz etmədilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Fərid Əhmədov küçəsi ev 30 C nömrəli evdə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35-36, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)-5503/2023 saylı mülki iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qəradaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilməz. Hakı̇ m Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5503/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5503/2023
25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver