Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5507/2020 20.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı X4 Kredit Təşkilatı «Embafinans» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında xx xxxxxxx 2020-ci il tarixdə baxaraq, müəyyən etdi: X4 Kredit Təşkilatı «Embafinans» Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 650,35 manat əsas borc, 50,40 manat faiz borcu, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 731,15 manat borcun X4 Kredit Təşkilatı “Embafinans” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 Kredit Təşkilatı «Embafinans» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixində X5 Təşkilatı "Embafinans" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 158-EMB-0546-19 saylı kredit müqaviləsi bağlanılmışdır. Borclu Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə 650,35 manat əsas borcu, 50,40 manat faiz borcu olmaqla ümumilikdə 700,75 manat məbləğində borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Cavabdehə xx.xx.2020-ci il tarixli 8662/20 saylı pretenziya məktubu da göndərilmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, xx xxxxx 2019cu ildə ilkin iddiaçı ilə kredit müqaviləsi bağlamışdır. Krediti öz bacısı qızı X1 üçün mebel almaqdan ötrü götürmüşdür. Kredit pulunu da onun özü ödəmişdir. X3 xx xxxxx 2020-ci il tarixində avto qəzaya düşəndən sonra krediti ödəyə bilmir. Çünki hazırda iflic vəziyyətindədir və demək olar ki, əmək qabiliyyətini tamamilə itirib. Bu səbəbdən işləmir və hazırda da krediti ödəyə bilmir. O isə tibb bacısı işləyərək təkbaşına xəstə anasına baxır. Anası ağır dərəcəli şəkər və ürək xəstəsidir. Odur ki, aldığı aylıq əmək haqqına həm xəstə anasına baxmağa, həm də kredit ödəyəmə maddi imkanı yoxdur. Qeyd edir ki, o bacısı qızının qəzaya düşməsi və buna görə kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirə bilməməsini əvvəlcədən görə bilsəydi, müqaviləni ümumiyyətlə bağlamazdı. Çünki hazırda həm bacısı qızı, həm özü çox ağır maddi sıxıntı yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 50.40 (əlli manat qırx qəpik) manat faiz borcunun və ərizəyə görə 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsümunun üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Cavabdeh xx.xx.1968-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş X5 Təşkilatı "Embafinans" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 158-EMB-0546-19 saylı kredit müqaviləsindən görünür ki, X5 Təşkilatı «Embafinans» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 18% ödəmək şərtilə 1549 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, N MA-0018446-20 saylı maliyyə arayışından görünür ki, X5 Təşkilatı "Embafinans" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 158-EMB-0546-19 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixə 650,35 manat əsas borc, 50,40 manat faiz borcu olmaqla, ümumilikdə 700,75 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli, 8662/20 saylı son xəbərdarlıq bildirişindən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 158-EMB-0546-19 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı təşkilat sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Həmin Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 650,35 manat məbləğində əsas borcun və 50,40 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə cavabdehin 50.40 (əlli manat qırx qəpik) manat faiz borcunun və ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsümunun üzərindən götürülməsi barədə etirazının dəlilləri ilə bağlı qeyd edir ki, faiz borcu tərəflər arasında bağlanmış müqavilənin tələblərindən irəli gəldiyindən cavabdehin həmin borcdan azad edilməsi mümkün deyil. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 650,35 manat məbləğində əsas borc, 50,40 manat faiz borcu olmaqla, cəmi 700,75 manat borc tutularaq X5 Təşkilatı «Embafinans» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 500 manatdan çox olduqda 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə bir sıra şəxslərin dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdeh etiraz ərizəsinə dövlət rüsumu ödənilməsindən azad edilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə etmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5 Təşkilatı "Embafinans" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 158-EMB-0546-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə yaranmış 650,35 (altı yüz əlli manat otuz beş qəpik) manat əsas borc, 50,40 (əlli manat qırx qəpik) manat faiz borcu, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 731,15 (yeddi yüz otuz bir manat on beş qəpik) manat borc Cavabdeh tutularaq X5 Təşkilatı «Embafinans» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5507/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5507/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver