Məhkəmə qərarları › İş №2(060)-5508/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5508/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5508/2020 14.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı BOKT «xxxxxxxxxx» QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcu və cərimənin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxxxx» QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcu və cərimənin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT «xxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 159-EMB-0362-19 saylı müqaviləyə əsasən 624.61 AZN əsas kredit borc, 47.78 AZN faiz borcu, 52.53 AZN cərimə, ümumilikdə 724.92 AZN məbləğində kredit borcunun, 30 AZN ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 18(on səkkiz) ay müddətinə 1064 (min altmış dörd) AZN məbləğində kredit verilmiş və bununla bağlı X1 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxx 2019cu il tarixli, 159-EMB-0362-19 saylı kredit müqaviləsi bağlamışdır. X1 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 159-EMB-0362-19 saylı kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən «Borcalan» bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə, vaxtında ödəmədikdə «Borcverən» kreditin vaxtından əvvəl tam ödənilməsini «Borcalan»dan tələb edə bilər. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh X1 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx xxxx 2020-ci il tarixinə əsas borcu borcu 624.61 AZN (altı yüz iyirmi dörd manat, 61 qəpik), faiz borcu 47.78 AZN (qırx yeddi manat 78 qəpik), cərimə borcu 52.53 AZN (əlli iki manat 53 qəpik) ümumi borcu 724.92 AZN (yeddi yüz iyirmi dörd manat 92 qəpik) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, xx xxxxx 2019- cu il tarixdə X1 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 159-EMB-0362-19 saylı kredit müqaviləsibağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh 18 ay müddətinə 1064 AZN manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, N MA-0017888-20 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə BOKT «xxxxxxxxxx» QSC-yə ümumilikdə 724.92 AZN məbləğində borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 624.61 AZN əsas kredit borc, 47.78 AZN faiz borcu, 52.53 AZN cərimə, ümumilikdə 724.92 AZN məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçı BOKT «xxxxxxxxxx» QSC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 624.61 AZN əsas kredit borc, 47.78 AZN faiz borcu, 52.53 AZN cərimə, ümumilikdə 724.92 AZN (yeddi yüz iyirmi dörd manat doxsan iki qəpik) məbləğində kredit borcu, 30 (otuz) AZN ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı BOKT «xxxxxxxxxx» QSC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar