Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5515/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 15.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5141,39 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 15.03.2019cu il tarixdən 08.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5142,94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 23.07.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayçan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması tələbinə” dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-5515/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5515/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver