Məhkəmə qərarları › İş №2(060)-5518/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5518/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5518/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq manato.az tərəfindən uzatma məbləğinin birtərəfli şəkildə 209 manatdan 275 manata qaldırılmasına qanuni qiymət verilməsi, bu artımın etibarsız hesab edilməsi, ödədiyi 630 manatın əsas borcdan çıxılmasının məcburi şəkildə təmin edilməsi, kredit hüququnun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülməsi ilə bağlı qanuni əsas və ardıcıllıq müəyyənləşdirilməsi, cavabdeh təşkilatdan istehlakçı hüquqlarını pozmasına görə məsuliyyət daşımasının təmin edilməsi, kredit tarixçəsinə mənfi təsirin silinməsi və bərpası üçün aidiyyəti qurumlara göstəriş verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işə baxılması ilə əlaqədar ərazi aidiyyəti qaydaları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə, qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Hazırki işdə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bağlar (Albalılıq qəsəbəsi), ev 465K, “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 3 Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin hüquqi ünvanı Sumqayıt şəhəri olmadığından Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar