Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5539/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12181.08 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12181.08 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Abdullayev Rafiq Nimət oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, Cavabdeh 11 iyun 2008-ci il tarixli, RBB1386 (i) №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (“Yelo Bank“ ASC ) illik 27 faizlə 60 ay müddətinə 24500 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən, 3 otaqlı , 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzili 2008-ci il 11 iyun tarixli, RBB1386 (i) №-li ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. “Nikoyl İKB “ ASC Cavabdeh qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli, 2 (060)- 2760 saylı qətnaməsi ilə Cavabdeh Nikoyl İKB ASC -nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc , 4412 manat faiz borcunun və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, 2 (105)-219/2010 tarixli qətnaməsi ilə tərəfin apellyasiya şikayəti təmin edilməmiş iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh Nikoyl İKB ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc, 4412 manat faiz borcunun və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Hazırda 11 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli qətnaməsindən 07 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün tutulmuş ümumi borca illik 5 (beş) faizlə hesablanmış 12181.08 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12181.08 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə etiraz təqdim etdi və etirazını onunla əsaslandırdı ki, iddiaçı “Nikoyl İKB “ ASC ona qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2009-cu tarixli, 2-(060)-2760 saylı qətnaməsi ilə ondan Nikoyl İKB ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc, 4412 manat faiz borcunun və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 7 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, 2-(105)-219/2010 tarixli qətnaməsi ilə tərəflərin apellyasiya şikayəti təmin edilməmiş iş üzrə yeni qətnamə qəbul edilərək ondan Nikoyl İKB ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc, 4412 manat faiz borcu və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. O, hazırki iddia tələbini əsassız, qanunsuz və hüquqdan sui istifadə kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası X1 Kredit Reyestri xidmətinin 21.04.2015-ci il tarixli məlumatında qeyd olunur ki, borc alan Cavabdeh 21.04.2015-ci il tarixədək 7 kredit təşkilatlarından 11 kredit üzrə 101446,73 manat tam ödəniş etmiş və həmin tarixə kredit xətləri üzrə qalıq borcu sıfıra bərabərdir. Lakin iddiaçının iddia tələbi ondan ibarətdir ki, onunla iddiaçı arasında 11 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 26 oktyabr 2009-cu il tarixdən 07 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün tutulmuş borca illik 5 (beş) faiz olmaqla onun İddiaçı ASC-yə 12181 AZN borcu vardır. Halbuki, AR X1 Kredit Reyestri Xidmətinin 21.04.2015-ci il tarixə verdiyi rəsmi məlumatda onun kredit müqavilələri üzrə heç bir borcunun olmadığı müəyyən olunur. Hesab edir ki, iddiaçı ilə aralarında yaranmış ziddiyyətli münasibətlə əlaqədar, İddiaçı ASC hazırda hüquqdan sui istifadə edərək onun hesabına əsassız varlanmaq niyyətindədir. İş materiallarına əlavə olunmuş, AR X1 Kredit Reyestri Xidmətinin 21.04.2015-ci il tarixə verdiyi rəsmi məlumatından, həmçinin iddiaçı tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinin ipotekadan azad olunması onun iddiaçı ilə aralarında bağlanmış müqavilə öhtəliyini tam icra etdiyinin sübutudur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, işdən görünür ki, tərəflər arasında bağlanmış 11.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli, 2 (060)-2760 saylı qətnaməsi ilə Cavabdeh Nikoyl İKB ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc, 4412 manat faiz borcunun və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Hazırda həmin tələb ödənilməsinə baxmayaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12181.08 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12181.08 manat məbləğində borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müqaviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da, məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır (Mülki Məcəllənin 424.2-424.3-cü maddələri). Müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu, artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıyır (Mülki Məcəllənin 443.2, 449.1-ci maddələri). Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsmni əsas götürməklə ödəyə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarından aydın olur ki, müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu yalnız Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti daşıya bilər. Mülki işin müəyyən edilən hallarına və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5539/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5539/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver