Məhkəmə qərarları › İş №2(060)-5561/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5561/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5561/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Xaçmaz X12 İdarəsinin Şabran Xidmət Sahəsinə dəymiş zərərə görə 489,52 ( dörd yüz səksən doqquz manat 52 qəpik) manat zərər məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 22.20-də Şabran rayonunun Zeyvə kəndi ərazisində ** CP *** dövlət nömrə nişanlı KAMAZ markalı yük avtomobilini idarə edərkən ehtiyatsızlıqdan İddiaçı İB-nin Xaçmaz RQİİ-nin Şabran Xidmət Sahəsinin balansında istismarda olan d 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttini vuraraq qırmışdır. Bu səbəbdən qaz xəttində bir saat ərzində qaz sızması baş vermiş, boru, əymə, qaz kranı sıradan çıxmışdır. Qəza nəticəsində Şabran XS-nə 489,52 (dörd yüz səksən doqquz manat 52 qəpik) manat məbləğində maddi ziyan dəymişdir: 1.Qaz itkisinə görə d 108 mm-lik orta təzyiqli qaz xəttində 60 dəqiqə ərzində 3240,60 m3/saat qaz itkisi baş verdiyindən 3240,60 x 0,10 manat = 324,06 manat; 2.Borunun təmirinə D 108 mm-lik polad əymə 2 ədəd x 10,35 =20,70; D 57 mm-likpolad əymə 3 ədəd x 1,17=3,51 manat; D 20 mm-lik polad boru 4 metr x 1,96 manat =7,84 manat; D 20 mm-lik qaz kranı 1 ədəd x 3,41 =3,41 manat; Digər xərclər - 130,0 manat ziyan dəymişdir. Cəmi-489,52 manat. Beləliklə, Kamaz markalı, ** CP *** dövlət tanınma nömrəli avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-nin Şabran XS-nə 489,52 ( dörd yüz səksən doqquz manat 52 qəpik) manat məbləğində ziyan dəymişdir. Tərəflərindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, sürücü Cavabdeh dəymiş zərəri hələ də ödəməmişdir. Bununla bağlı tərəflərindən Sumqayıt şəhər Məhkəməsində 2021-ci ildə iddia qaldırılmış, lakin məhkəmə iclasında tərəflərin iştirak etməməsi səbəbindən xx.xx.2021-ci il tarixli, 2(060)-3979/2021 saylı Qərardadla baxılmamış saxlanılmışdır. Bu müddət ərzində də cavabdeh X6 ziyanı ödəməmişdir. Buna görə də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar Şabran rayon Polis şöbəsində İXP ******* saylı xx.xx.2019-cu iul tarixli inzibati protokol tərtib edilmiş və sürücü məsuliyyətə cəlb edilmişdir. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisə baş verən zaman Qaz İdarəsinə və yol polisinə şəxsən özü məlumat vermişdir. Yol polisi tərəfindən sığorta şirkətinə məlumat verilmişdir. Qaz İdarəsi tərəfindən dəymiş ziyana görə hesablanan məbləğlə razı deyil, həmin məbləğ şişirdilib. O, həmçinin tikinti materiallarının qiyməti ilə də maraqlanmış, 11 manat dəyərində olan məhsulu 10 manat kimi qeyd ediblər. Bundan başqa əşyaların ölçülərində fərqli qeydlər aparıblar. Belə ki, turba daha kiçik ölçülü olsa da , iddia ərizəsində onun daha böyük ölçü olması qeyd olunub. Həmçinin 1 saat müddətində o qədər qazın da axması mükün deyil. Bundan başqa törətdiyi hadisəyə görə ona cərimə yazılmış və o, həmin cəriməni də ödəmişdir. Yol yağışlı olduğuna görə görüntü zəif olub, buna görə də qəza törədilib. 1 saat müddətinə o qədər qazın axması mümkün deyil. Əlavə olaraq bildirir ki, hadisə baş verən zaman idarə etdiyi avtomobili artıq satmışdır. Həmin ziyanı sığorta şirkəti ödəməli idi. Hadisə baş verəndən 3 il sonra o, sığorta şirkətindən nəsə tələb edə bilməz. İddiaçı 3 ildən sonra onu məhkəməyə verib. O, hazırda tələb olunan məbləği ödəmək imkanında deyil. Belə ki, o, hazırda heç bir yerdə işləmir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildrimiş və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən digər xərclərə nəqliyyat xərcləri aiddir. Belə ki, hadisə yerinə briqada getmiş və qaynaq işləri aparılmışdır. Kənd dağın lap hündürlüyündə yerləşir və oraya gediş-gəliş çətindir. Bundan əlavə hadisə gecə vaxtı törədildiyindən işçilərin ora çatması müəyyən müddət sonra mümkün olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində, Şabran rayonu, Zeyvə kəndində, Xaçmaz RQİİ-nin Şabran xidməti sahəsinin qaz təsərrüfatına maddi ziyan yetirməklə yol nəqliyyat hadisəsini törətmiş «Kamaz-55111» markalı Az **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vət.X7 barəsində İXP2849458 saylı inzibati xəta haqqında protokol tərtib ediimişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-ci ıl tarixdə saat 22:20də Şabran rayonu Zeyvə kəndində ** CP *** dövlət nömrə nişanlı, KAMAZ markalı yuk avtomobilinın sürücüsü ehtiyatsızlıq edərək d 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttini vuraraq qırmışdır. Bu səbəbdən qaz xəttində qaz sızması baş vermiş və boru əymə qaz kranı sıradan çıxmışdır. Şabran Xidmət Sahəsinin TBX tərəfindən qaz sızması aradan qaldırılmış və qaz xətti təmir olunaraq istismara verilmişdir. Qəza nəticəsində Xaçmaz RQİİnin Şabran Xidmət Sahəsınə maddi ziyan dəymişdir. Belə ki,

1. Qaz itkisinə görə: d 108 mm-lik orta təzyiqli qaz xətdində 60 dəqiqə ərzində 3240,60 m3/saat qaz itkisi baş verdiyindən 3240,60 m3/saat x 0,10 manat = 324,06 manat.

2. Qaz xəttinin bərpasına : d 108 mm-lik polad əymə 2 ədəd x 10,35 = 20,70 manat. d 57 mrn-lik polad əymə 3 ədəd x 1,17 = 3,51 manat. d 20 mm-lik polad boru 4 metr x 1,96 = 7,84 manat, d 20 mm-lik qaz kranı 1 ədəd x 3,41 = 3,41 manat,

3. Digər xərclər: 130,0 manat olmuşdur. Beləliklə, Xaçmaz RQİİ-nin X9 ümumilikdə - 489,52 manat dəyərində maddi ziyan dəymişdir. Akt dəymiş ziyanın ** CP *** dövlət nömrə nişanlı KAMAZ markalı avtomobilin sürücüsü tərəfindən ödənilməsi üçün tərtib olunmuşdur. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* nömrəli protokoldan görünür ki, X7 «Kamaz-55111» markalı Az **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, dəymiş ziyanı ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə X3 yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 01-AA/05-HŞ-976 saylı arayışdan görünür ki, iddia ərizəsində qeyd edilən 130 manat digər xərclər - nəqliyyat xərclərinə (maşın və yük qaldırıcı kran) - 90 manat, qaynaq çubuğu - 20 manat, karbit - 10 manat, lagonda daşı - 10 manat olmaqla yaranmışdır. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Kamaz-55111» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi icbari sığorta müqaviləsi üzrə sığorta edilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-ci il tarixdə saat 22:20də Şabran rayonu Zeyvə kəndındə ** CP *** dövlət nömrə nişanlı, KAMAZ markalı yuk avtomobilini idarə edən cavabdeh X7 ehtiyatsızlıq edərək d 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttini vuraraq qırmışdır. X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli “İnzibati xəta haqqında” Protokol tərtib edilmişdir. Nəticədə İddiaçı Xaçmaz X12 İdarəsinin Şabran Xidmət Sahəsinə 489,52 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı İB-nin Xaçmaz RQİİ-nin Şabran Xidmət Sahəsinin balansında istismarda olan d 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttini vuraraq qırması nəticəsində İddiaçı Xaçmaz X12 İdarəsinin Şabran Xidmət Sahəsinə 489,52 ( dörd yüz səksən doqquz manat 52 qəpik) manat məbləğində ziyan vurması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən vurulmuş ziyan ondan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin sözügedən ziyan məbləğinin onun avtomaşınının sığorta olunduğu sığorta şirkəti tərəfindən ödənilməli olması barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin maşını qəza baş verdiyi tarixdə sığorta edildiyi təqdirdə maşının sığorta olunduğu sığorta şirkətinə məlumat verilməsi və dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsinə nail olunması cəhdləri cavabdeh tərəfindən edilməli idi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəza barədə vaxtında sığorta şirkətinə müraciət edilməməsi hazırda onun tərəfindən vurulmuş ziyanın ödənilməsi barədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortalının bu Qanunla üzərinə məlumatlandırma vəzifəsi qoyulmuş digər şəxslər tərəfindən müvafiq məlumat verilməmiş olduqda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin olması barədə, bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına, həmçinin sığortaçıya məlumat vermək (22.2.4); sığorta hadisəsi hesab edilə bilən hal baş verdikdə, zərərçəkən(lər)ə müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat vermək (22.2.5.) və s. vəzifələri vardır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən zərərçəkənin nəticəsində ona zərər dəymiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi haqqında sığortaçıya məlumat vermək (24.1.1), sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim etmək (24.1.2.) və s. hüquqları vardır. Göründüyü kimi “İcbari sığortalar haqqında” Qanunda sığorta şirkətinə sığorta hadisəsi barədə məlumat verilməsi zərərçəkənin hüququ kimi nəzərdə tutulduğu halda, sığortalının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Xaçmaz X12 İdarəsinin Şabran Xidmət Sahəsinə dəymiş zərərə görə 489,52 ( dörd yüz səksən doqquz manat əlli iki qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar