Məhkəmə qərarları › İş №2(060)-557/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-557/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-557/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 14 avqust 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Onların birgə nikahlarından 24 sentyabr 2011-ci il təvəllüdlü X6 və 22 sentyabr 2013-cü il təvəllüdlü X11 anadan olmuşdur. O, cavabdehlə ailə qurduqları vaxtdan aralarındakı münasibətlər normal olmuş, birgə təsərüffat idarə etmişlər. Sonradan aralarındakı münasibətlər pisləşmiş, cavabdehin ailəyə münasibəti pisləşmişdir. Buna görə də, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə onun xx.xx.2009-cu il tarixli nikah qeydiyyatının pozulması, birgə nikahlarından olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun himayəsində qalmaqla, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehdən ümumillikdə 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Cəlilabad rayonu, Alarkənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 31 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları, yəni onun yanında qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumillikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin tutulmasının başlanğıcının 11 noyabr 2016-cı il tarixdən hesablanması, 27.3 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi və iddianın 26 manat aliment tələbi hissəsində rədd edilməsi qət edilmişdir. xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh X3 tutulub ona ödənilən alimentin məbləği olduqca azdır. Hazırda dolanacaq xərclərinin yüksəlməsi ilə əlaqədar cavabdeh tərəfindən ona ödənilən alimentin məbləği uşaqlarının saxlanılmasına kifayət etmir. 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində olduğunu nəzərə aldıqda, iki uşaq üçün 274 manat sabit pul məbləğində aliment uşaqların saxlanılması üçün zəruri olan xərclərin heç birinin normal səviyyədə ödənilməsinə imkan vermir. O, isə təkbaşına xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 ehtiyaclarını, maddi tələbatını təkbaşına təmin edə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 274 manat aliment məbləğinin artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 220 manat olmaqla, ümumillikdə 440 manat sabit pul məbləğində alimentin cavabdeh X3 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 274 manat aliment məbləğinin artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 235 manat olmaqla, ümumillikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh X3 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, ümumillikdə 440 manat sabit pul məbləğində alimentin artırılması tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülən birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, ümumillikdə 440 manat sabit pul məbləğində alimentin onun tərəfindən ödənilməsi onun imkanına uyğun deyildir. O hal-hazırda heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bundan başqa, o ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından bir azyaşlı – xx.xx.2020-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Göründüyü kimi onun himayəsində başqa bir övladı da vardır ki, cavabdeh onun saxlanılması xərcini həyata keçirməlidir. Belə olan halda, məhkəmə bu faktlara diqqət yetirməli, onun ailə və maddi vəziyyətinin nəzərə alınması qanunauyğundur. Onun maddi vəziyyəti iddiaçı tərəfindən tələb olunan 440 manat sabit pul məbləğində alimentin ödənilməsinə kifayət etmir. Belə ki, o yenidən nikaha daxil olmuş və nikahlarından bir övladları dünyaya gəlmişdir. O, ikinci nikahdan dünyaya gələn övladının da saxlanılmasında bir valideyn kimi iştirak etməlidir. İddiaçı tərəfin tələb etdiyi 440 manat sabit pul məbləğində alimentin tələb olunması halında onun digər azyaşlı körpəsinin rifahına, saxlanılmasına mənfi təsir göstərəcəkdir. Nəzərə alınsa ki, azyaşlı uşaqların saxlanılması, baxım xərcləri olduqca yüksək məbləğdə pul tələb edir. Məhz hər bir övladının saxlanılması üçün xx.xx.2020-ci il təvəllüdlü X4 da hüquqlarına xələl gətirmədən hazırki mülki işə məhkəmə tərəfindən tam və obyektin şəkildə baxılmalıdır. Qeyd edir ki, o aliment öhdəliyini icra etməkdən boyun qaçırmır, əksinə alimenti vaxtı-vaxtında ödəyəcəyini öz öhdəliyinə götürür, çünki onlar onun övladlarıdır. Bir ata kimi onların saxlanılması onun da borcudur. Lakin, tələb edilən bu qədər yüksək aliment məbləği nəinki onun, ailə üzvlərinin də vəziyyətinə öz təsirini göstərəcəkdir. Bundan savayı onun özünündə yaşayış minimumu məhkəmə tərəfindən mülki işə qiymət verilən zaman nəzərə alınmalıdır. Həmçinin, hazırda səhhəti ilə əlaqədar da müalicə olunur və müayinə, müalicə xərcləri də olduqca yüksək pul vəsaitini tələb edir. Dərman preparatlarının qiyməti də olduqca baha olduğundan dərman xərclərinin qarşılanması onun maddi vəziyyətinin daha da pisləşməsinə səbəb olur. Göründüyü kimi bütün bu mövcud hallar onun maddi vəziyyətini aşağı salır. Bir daha vurğulayır ki, o alimenti ödəməkdən boyun qaçırmır, övladlarının saxlanılması üçün var gücü ilə, gücünün çatdığı qədər köməklik göstərməyə hazırdır. Lakin hazırki mülki iş üzrə iddiaçı tərəfindən tələb edilən alimentin miqdarı çox olduğundan onun yaşayışına mənfi təsir göstərəcəkdir. Məhz bütün bu səbəblərə görə məhkəmə onun maddi vəziyyətini, rəsmi nikahda olduğundan ailənin maddi təminatını da ödəməli olduğunu, eyni zamanda, xx.xx.2020-ci il təvəllüdlü X1 xərclərinin onun tərəfindən ödənilməli olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə yönələn yekun akt qəbul edilməsi hüquqamüvafiqdir. Odur ki, yuxarıda vurğuladığı bütün xüsusatlara əsasən, iddiaçının iddia tələbinin rədd edilməsini qanunauyğun hesab edir, ədalət mühakiməsini həyata keçirən məhkəmənin sosial ədaləti bərqərar edəcəyinə, mötəbər sübut və dəlillərə əsaslanaraq işi hərtərəfli, tam, obyektiv araşdıracağına səmimi qəlbdən inanır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, məhkəmə qətnaməsi ilə hər uşaq üçün 137 manat məbləğində aliment kəsilmişdir. Hal-hazırki vaxtda məhkəmə qətnaməsinin üzərindən yeddi il keçmişdir. Hamıya bəlli olan haldır ki, hərşeyin qiyməti qalxmışdır. Cavabdeh öz etirazının əsası kimi istinad edir ki, aliment məbləğinin artırılması digər uşağın rifahına təsir edəcəkdir. Belə olan halda, iddiaçının hər uşaq üçün 137 manat olmaqla yaşaması nə dərəcədə yaşaması düzgündür? Bənzətmə olaraq bildirdi ki, 2017-ci il tarixdə ətin kilosu 7 manat olmuş, lakin hal-hazırda isə 15 manatdır. Uşaqların yaşları ötmüş, belə ki, onların hazırlıq və digər zərurət ilə əlaqədar xərcləri artmışdır. Ona görə də Yaşayış Minimumu haqqında qanuna müvafiq olaraq hər uşaq üçün 235 manat miqdarında alimentin tutulmasını xahiş etdi. Sorğu vermiş və cavabdehin iş yerimüəyyən ediməmişdir. Onda olan məlumata görə cavabdeh tır sürücüsü kimi digər ölkələrə gedir və gəlir. Bunla bağlı sorğuya Sərhəd Xidməti cavab vermədiyi üçün onu əldə edə bilməmişdir. Gəlirləri barədə məlumat yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, yataqxanada aylıq 220 manat verməklə kirayədə yaşayır. Ceyhunun uşaqları olduğu üçün alimenti ödəməlidir. Lakin hal-hazırki maddi vəziyyət isə buna imkan vermir. Bundan əlavə cavabdehin himayəsində digər bir azyaşlı uşaq vardır. Minimum 350 manat aliment olsa onu ödəmək iqtidarında ola bilər. Ərizə 2023-cü ildə verildiyi üçün ona əsasən də hesablansa daha yaxşı olacağını bildirdi. Cavabdehin hal-hazırda rəsmi iş yeri yoxdur. Cavabdeh tikintidə işləyir və fərdi fəaliyyət ilə məşğul olur. Onun özü də işləmir. Əvvəllər isə mühasib köməkçisi vəzifəsində işləmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-Ə/1-8436/23 nömrəli arayışdan görünür ki, X6 24 sentyabr 2011-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə 26 oktyabr 2011-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 5206 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə X9r. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-Ə/1-8435/23 nömrəli arayışdan görünür ki, X11 22 sentyabr 2013-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə 14 oktyabr 2013-cü il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2253 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə X9r. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, X12 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Cəlilabad rayonu, Alarkənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 31 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları X7 yanında qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumillikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq X10 ödənilməsi, alimentin tutulmasının başlanğıcının 11 noyabr 2016-cı il tarixdən hesablanması, 27.3 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi və iddianın 26 manat aliment tələbi hissəsində rədd edilməsi qət edilmişdir. 01 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02331 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 509503 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 02-ci günündə 4829 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə Nümayəndədır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı, 596577 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Nümayəndə arasında 9 oktyabr 2023-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2023-cü ilin oktyabr ayının 09-cu günündə 1919 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əskərov, arvada isə Musayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak məbləğinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin cavabdehin sabit iş yeri olmadığını, yenidən nikaha daxil olmasını, həmin nikahdan bir yetkinlik yaşına çatmayan (2020-ci il təvəllüdlü) övladlarının olmasını bildirmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də bunu mübahisələndirməmiş, lakin cavabdehin köhnə iş yerlərini bildirərək, gəlirlərinin yüksək olduğunu və cavabdehin hal-hazırda iş yeri barədə məlumatlarının olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 137 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət etməklə, onların normal inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, cavabdehdən iki uşaq üçün tələb olunan 470 manat məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, həmçinin cavabdehin yenidən nikaha daxil olmaqla həmin nikahdan övladının olmasını və cavabdehin rəsmi iş yerinin olmamasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 200 manat, ümumillikdə 400 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar