Məhkəmə qərarları › İş №2(060)-5579/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5579/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5579/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3836 (üç min səkkiz yüz otuz altı) manat 83 (səksən üç) qəpik məbləğində əsas borc və 45 (qırx beş) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3882 (üç min səkkiz yüz səksən iki) manat 20 (iyirmi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, 100821- 126290/10 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 3836 (üç min səkkiz yüz otuz altı) manat 83 (səksən üç) qəpik məbləğində əsas borc və 45 (qırx beş) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3882 (üç min səkkiz yüz səksən iki) manat 20 (iyirmi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, 100821-126290/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3843 (üç min səkkiz yüz qırx üç) manat 17 (on yeddi) qəpik məbləğində kredit verilmişdir. Borc alan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 02.06.2021-ci il tarixinə cavabdehin güzəştli krediti müqaviləsi üzrə 3836,83 manat məbləğində əsas borc və 45,37 manat faiz borcu olmaqla, ümumilikdə 3882,20 manat məbləğində kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, 100821-126290/10 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh Vagif oğlundan 3836 (üç min səkkiz yüz otuz altı) manat 83 (səksən üç) qəpik məbləğində əsas borc və 45 (qırx beş) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3882 (üç min səkkiz yüz səksən iki) manat 20 (iyirmi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. İş üzrə Cavabdeh Vagif oğlu məhkəmədə iddianı gəbul edərək bu barədə yazılı ərizəsini təqdim etdi. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh Vagif oğlunun izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.05.2019-cu il tarixli, 100821-126290/10 saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Vagif oğlu arasında bağlanmış 17.05.2019-cu il tarixli, 100821-126290/10 saylı güzəştli krediti müqaviləsinə əsasən Cavabdeh Vagif oğluna 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3843 (üç mi=n səkkiz yüz qırx üç) manat 17 (on yeddi) qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh Vagif oğlunun 02 iyun 2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17 may 2019-cu il tarixli 100821-126290/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3836,83 manat və 45,37 faiz borcu, cəmi 3882,20 manat borcu mövcuddur. İş materiallarında olan Cavabdeh Vagif oğlunun məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı qaldırdığı iddianı tam gəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.05.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh Vagif oğlu Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/8, mənzil 15-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, 100821-126290/10 saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 3836 (üç min səkkiz yüz otuz altı) manat 83 (səksən üç) qəpik məbləğində əsas borc və 45 (qırx beş) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3882 (üç min səkkiz yüz səksən iki) manat 20 (iyirmi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, 100821-126290/10 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 3836 (üç min səkkiz yüz otuz altı) manat 83 (səksən üç) qəpik məbləğində əsas borc və 45 (qırx beş) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3882 (üç min səkkiz yüz səksən iki) manat 20 (iyirmi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar