Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-56/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 150000 manat və ödənilmiş 440 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh onun tanışıdır. O, borc pul istəmişdir. xx.xx.2023-cü il tarixdə 150000 ( yüz əlli min) manat borc pul vermişdir. Cavabdeh həmin pulu hissə-hissə 8 ay müddətində geri qaytaracağına dair üzərinə şifahi öhdəlik götürmüşdür. Hətta bununla bağlı öz aralarında yazı tərtib etmişdirlər. Cavabdeh həmin qəbzdə öz imzasını çəkmişdir. Dəfələrlə cavabdehə pulunu geri qaytarmasını tələb etsə də, pulu ödəməkdən boyun qaçırmış, nə vaxt ödəyəcəyi barədə dəqiq vaxt deməmişdir.Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, məhkəmə iclasının təxirə salınmasına etiraz edir. İddia tələbi əsaslıdır.Analoji iş üzrə də apellyasiya məhkəməsi qətnamə çıxarmışdır. Ali məhkəmədə həmin qətnaməni qüvvədə saxlamışdır.İddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə daxil olmuşdur. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına yeri və vaxtı barədə SMS xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 150000 ( yüz əlli min) manat borc pul Sumqayıt şəhərində almışdır. Tələtə olan borcunu 8 ay ərzində hissə-hissə ödəməyi özünə borc bilir. Öhdəliyi tam məsuliyyətlə boynuna almışdır. Ona məxsus olan 1-ci mikrorayon 58/9, mənzil 46-da yerləşən evi borcunu qaytarmadığı halda verməyə hazırdır.Atasına məxsus maşını da etibarnamə ilə idarə edir. Maşını da borcunun əvəzinə verməyə hazırdır. Qəbzi könüllü yazmışdır, heç bir təsir və təzyiq altında yazmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 58/9, mənzil 46 Cavabdeh adına xx.xx.2017-ci il tarixdə tam payla qeydiyyata alınmışdır. Daşınmaz Əmalkın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AC seriyalı, 892138 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-FR-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz ML 270 CDİ minik markalı avtomobil Xankişiyev Məhərrəm Balaxanı oğlunun adınadır. -xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırmaq üçün Sumqayıt şəhər Məhkəməsinin hesabına 440 manat pul ödənilmişdir. -4(005)-760/2024 saylı, xx.xx.2024-cü il tarixli Nərimanov rayon Məhkəməsinin qərarına əsasən X5 barəsində Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin (005)- 741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. -Azercell Telekom MMC tərəfindən müraciətə cavabdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində ********** mobil telefon nömrəsinə ********** saylı nömrədən zəng daxil olmamışdır. -2(060)-4292/2024 saylı, xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 100000( bir yüz min) manat məbləğində borc və ödənilmiş 390 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -xx.xx.2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, 23 noyabr 1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, evil, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X8 barəsində başlanılmış cinayət təqibinə zərərçəkmiş şəxslə barışması və ziyanın 25 faizini dövlət nəfinə ödənilməsi əsası ilə, yəni Azərbaycan Respublikas CPM-nin 40.3 və Azərbaycan Respublikasi CM-nin 73-1.2-ci maddələri ilə xitam verilməsi,29 avqust 1979-cu il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, evli, orta təhsilli,Gürcüstan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzində yerləşən "FİDA adlı mağazada satıcı işləyən,məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X4 barəsində başlanılmış cinayət təqibinə zərərçəkmiş şəxslə barışması və ziyanın 25 faizini dövlət nəfinə ödənilməsi əsası ilə, yəni Azərbaycan Respublikas CPMnin 40.3 və Azərbaycan Respublikasi CM-nin 73-1.2-ci maddələri ilə xitam verilməsi, X5 və X2 barəsində Qusar rayon Məhkəməsi tərəfindən seçilmiş ev dustaqlığı qətimkna tədbirinə xitam verilməsi və X6 məxsus mağazadan götürülmüş yuyucu vasitələr, şampunlar və 02 ədəd kompyuter zərurət aradan qalxdığından sahibinə qaytarılması qərara alınmışdır. -2(105)-191/2025 saylı,xx.xx.2025-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və X3 pul tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsinin ləğv edilməsi,iş üzrə yeni qətnamənin çıxarılması və cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 100000(bir yüz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -2(102)-2243/2025 saylı, xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı iş üzrə qərarına əsasən Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-191/2025 nömrəli 6 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 150000 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin pul məbləğlərini qaytarmağa dair yazılı formada qeyd etməklə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki,qanunvericiliyin tələbinə əsasən hazırki mübahisə predmetinin üç min manatdan çox olduğundan, yazılı iltizam üzrə müqavilə öhdəliyi deyil, münasibətləri əsassız varlanma kimi nəticələnərək, hüquqi əsası olmadan cavabdeh əmlak əldə etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; elde eden şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.Ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia təmin olunduğundan, 440 manat dövlət rüsumu cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 150000 manat miqdarında borc pul İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 150000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddianın verilməsinə görə 440 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-56/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-56/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver