Məhkəmə qərarları › İş №2(060)-5600/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5600/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5600/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı alimet miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X13 hər ay onun xeyrinə tutulması qət edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı iki övladları vardır. Sumqayıt şəhər məhkəməsinin 2(060)-5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış rəsmi nikah qeydinin pozulması, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014cü il təvəllüdlü X3 iddiaçının qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. 2022-ci ildə Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat müəyyən edildiyindən, hesab edir ki, xx.xx.2012- ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 193 manat məbləğində müəyyən edilməlidir. Ona görə də "Aliment miqdarının dəyişdirilməsi barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün müəyyən edilmiş 160 manat, cəmi 320 manat alimenin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 160 manat sabit pul məbləğində aliment miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat ümumilikdə 386 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə qarşılıqlı iddia vermək qərarına gəlmişdir. İddiaçı cavabdeh İddiaçı ilə xx.xx.2012-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Onların xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı iki övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2012ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 analarının himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Cavabdeh iddiaçının maddi durumunda hər hansı bir halın baş verməsini əsas gətirmədən, yalnız 2022-ci ilin Azərbaycan Respublikasındakı uşaqlar üçün yaşayış minumunu əsas götürmüşdür. Yəni, məhkəməyə başqa sübut təqdim etməmişdir. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2019-cu il tarixdə işə baxarkən, məhkəmədə iştirak etmədiyi üçün heç bir sübut təqdim etməmişdir. Əslində o vaxt da həddən artıq yüksək müəyyən edilmişdir. Lakin o, uşaqlarının azyaşlı olmasını nəzərə alaraq, həmin qətnamədən şikayət verməmiş və çalışmışdır ki, uşaqlarının mənafeyi naminə aliment öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirsin. Lakin, cavabdeh anasının təsiri ilə iddiaçıdan əl çəkməmiş və uzun müddət aralarında məhkəmə çəkişmələri baş verdi. Nəticədə guya nikah dövründə aldıqları avtomaşın bölünmüş və iddiaçı məcbur olub xx.xx.2021-ci il tarixdə bankdan 6000 manat pul götürdüm və onun 5000 manatını cavabdehə ödəmişdir. Artıq 8 aydır ki, hər ay 315 manat "Kapital Bank"a kreditə pul ödəyir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, indiyə qədər bu faktdan istifadə etməsə də, indi istifadə etməyə məcburdur. İddiaçının birinci nikahından xx.xx.2005-ci il təvəllüdlü X16 adlı bir övladı var və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə məndən hər ay birinci arvadı X9 xeyrinə övladı X2 üçün 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamədə iddiaçının iki uşağının olmağını nəzərə almış və birinci övladı üçün 120 manat aliment müəyyən etmişdir. Birinci uşağa 120 manat verdiyi halda ikinci evliliyindən olan uşaqların hər birinə 160 manat versə də, cavabdeh yalnız yuxarıda qeyd etdiyi kimi yaşayış minumuna əsas götürərək məhkəmyə müraciət etmişdir. Cavabdeh özü və anası maddi imkanlarından söz açmağı sevirlər, cavabdehin atası Rusiya vətəndaşıdır və geniş imkanlara malikdir. Özü isə işləmir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment miqdarını müəyyən etdikdən sonra iddiaçının maddi imkanlarında artım yox, azalma baş vermişdir. İddiaçı çox çətinliklə dolanır. 360 manat cavabdehə, 325 manat banka, 120 manat da birinci nikahından olan övladına, ümumilikdə hər ay 805 manat pul ödəyir. Özü faktiki olaraq anasının pensiyasını da istifadə edir. Yəni iddiaçının alimenti artırmağa heç bir maddi imkanı yoxdur. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası birbirindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X17 iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi. Etiraz təqdim edərək bildirdi ki, iddiaçının-Cavabdeh qarşı “Aliment miqdarının dəyişdirilməsi barədə” iddia ərizəsinə qarşı cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi verilmişdir. Həmin qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, cavabdeh-iddiaçı Cavabdeh maddi durumunda hər hansı bir halın baş verməsi barədə İddiaçı məhkəməyə sübut təqdim edə bilməmiş, yalnız 2022-ci ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimunun 193 manat olması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının əsas götürmüşdür. Bildirmək istəyir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti uşaqlar üçün yaşayış minimumu barədə qərar verdiyi halda, cavabdehiddiaçı Cavabdeh maddi durumu barədə heç bir rəsmi məlumat olmadığına görə, iddiaçı bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh-iddiaçı Cavabdeh ilə nikahları pozulandan sonra heç bir əlaqələri yoxdur və özünün maddi durumu barədə cavabdeh-iddiaçı X8 heç bir məlumat verməmişdir. Ona görə də iddiaçı onun - cavabdehiddiaçı Cavabdeh maddi durumu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. X6 valideynlərinin guya geniş imkanlara malik olması barədə qarşılıqlı iddia ərizəsində göstərilənlər də heç bir fakta söykənmir və real həqiqətə uyğun deyildir. Bu barədə cavabdeh-iddiaçı da konkret olaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əgər təqdim etsəydi də belə, valideynlərinin geniş imkanlara malik olması faktının cavabdeh-iddiaçı ilə birgə nikahımızdan doğulmuş uşaqların yetkinlik yaşma çatanadək saxlanılmasına heç bir aidiyyəti yoxdur. İddia ərizəsində göstərilən kimi, 2022-ci ildə Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün 193.00 (yüz doxsan üç) manat müəyyən edildiyindən, hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş 160.00 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 193 manat məbləğində müəyyən edilməlidir. Ona görə də İddiaçı "Aliment miqdarının dəyişdirilməsi barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 ilkin iddia tələbini qəbul etmədi. Qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, qarşılıqlı iddia ona görə verilmişdir ki, əvvəlki iş üzrə qətnamə qəbul edilərkən cavabdehin iki uşağının olması nəzərə alınaraq bir uşağa aliment təyin edilmişdir. Hesab edirlər ki, ana özü də işləməli, övladını saxlamalıdır. Uşaqlarını saxlamaq hər iki valideynin borcudur. O cümlədən iddiaçı tərəf alimentin miqdarının artırılması ilə bağlı yetərli sübut əlavə etməmişdir. Yəni iddiaçının alimenti artırmağa heç bir maddi imkanı yoxdur. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir- birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İlkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı, atası Cavabdehdur. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İsmayılova (Sətdərli) Rəqsanə Fizuli qızı arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat şöbəsində bağlanmış 212 nömrəli akt qeydli nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları-X4 himayəsində qalması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. -MŞB/6-3763 saylı xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Füzuli qızı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat rüsum ödəmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12470/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2- 220/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X9 xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, İşin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehin əmlak, maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin - kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Məhkəmə həmçinin, hesab edir ki, cavabdehin aylıq qazancı iddia edilən aliment məbləğini ödəmək üçün kifayət etməməklə yanaşı, iddia edilən aliment məbləğinin tutulması onun əmlakı vəziyyətini çətinləşdirməklə və onu əlverişsiz vəziyyətə salmaqla minimum dolanışıq xərclərindən məhrum olunması ilə nəticələnə bilər. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən və aliment miqdarının azaldılması tələbinə dair gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay onun xeyrinə tutulması qət edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 manat məbləğində müəyyən edilməsi barədə ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün müəyyən edilmiş 160 manat, cəmi 320 manat alimenin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar