Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5617/2022 10.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdeh X1 hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alıment tutulub, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X7 ilə xx.xx.2009cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı vardır: xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8. Sumqayıt şəhər məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən olunması və birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi iki uşağa görə 280 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o 280 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə rnüraciət edir. Hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməlidir. Həmçinin qeyd edir ki, o, alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmişdir və cavabdehə bu barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən o, ilkin mediasiya sessiyasından sonra prosesin davarn etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət edir. Bildirir ki, o, mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Hesab edir ki, həmin rüsum da cavabdehə aid olunmalıdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər məhkəməsinin 2(060)-681/2020, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, ondan hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da ona aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddia ərizəsinə etirazın verilməsi zəruridir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin (2(060)-681/2020, 19 mart 2020-ci il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş iki uşaq ondan alınaraq İddiaçı verilmiş, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat alimentin ondan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iş üzrə İddiaçı baxmayaraq ki, onun heç bir yerdə rəsmi işi yoxdur, Sumqayıt Şəhər Məşğulluq İdarəsində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır, səhhəti ilə bağlı xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuşdur, ağır işlərdə işləməyi qadağandır, hazırki əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Məşğulluq haqqında ********** nömrəli, xx.xx.2022-ci il tarixli elektron arayışından görünür ki, Sumqayıt Şəhər Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. Həmçinin işsizlik müavinəti almır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron - Xızı Regional Məşğulluq filialının 05 sentyabr 2022-ci il tarixli, **********8 N-li Arayışından görünür ki, onunla bağlı qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qərb Klinikasının stasionar xəstənin ******* Ne-li tibbi kartasından Çıxarışdan görünür ki, Ö.D.X.Xroniki daşlı xolesistit diaqnozla xəstə olduğundan xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuşdur. Həkimlərin bildirdiyinə görə əməliyyatın nəticəsi olaraq ağır işlərdə işləyə bilməz. Lakin o, ikinci dəfə ailə qurduğundan həm ailəni, həm də birinci nikahdan olan uşaqlarının ehtiyaclarını təmin etmək üçün qeyrirəsmi günəmuzd işlərdə çalışır. 5 gün işi olanda 10 gün işsiz qalır. Hazırda ödədiyi 280 manatı iddiaçıya çox çətinliklə, hətta İİ qrup əlil xəstə ananın aldığı pensiyadan ona etdiyi maddi köməkliklə ödəyir. Qeyd edir ki, o, tək oğuldur, atası vəfat etmişdir, anası İİ qrup əlildir, 64 yaşı vardır və onun himayəsindədir. İkinci dəfə ailə qurmuşdur, himayəsində həyat yoldaşı vardır. Bundan başqa anasının özünün aldığı pensiya məbləğinə böyük ehtiyacı vardır. Xəstədir, ll qrup əlildir, bir böyrəyi yoxdur, digər böyrəyində şiş vardır. Şəkər xəstəsidir. Mütəmadi olaraq müayinə və müalicə olunur. Aldığı pensiya müalicə və müayinə xərclərini və dərman preparatlarının alınması xərclərini təmin etmir. Bundan başqa İddiaçı 280 manat aliment ödədiyindən ailə və maddi vəziyyəti günü-gündən pisləşmiş, yaşayışı və ehtiyaclarının dözülməz hal almışdır. Ona görə də borc edərək ailənin ehtiyaclarını təmin etmək məcburiyyətində qalmışdır. Və bununla bağlı hər ay hissə-hissə olmaqla borcundan ödəniş edir. İddiaçının isə ondan fərqli olaraq maddi durumu nikahları pozulduqdan sonra daha da yaxşılaşmışdır. İşə düzələrək 350-400 manat civarında əmək haqqı alır, 290 manat ünvanlı sosial yardım alır. Bundan başqa o, hər ay uşaqlarının saxlanılması üçün ona hər ay 280 manat aliment ödəyir. Yuxarıda sadalananlardan göründüyü kimi o, bütün bunlardan məhrumdur. O, səhhəti ilə bağlı heç bir yerdə işləmir, ünvanlı sosial yardım almır, başqa yerdən gəliri və qazancı yoxdur. Lakin o, səhhəti ilə bağlı əməliyyat olunduğundan iş qabiliyyətini itirsə də, uşaqlarını çox istədiyindən, onların ehtiyacları olmasın deyə alimentin azaldılması və sair tələblərlə məhkəməyə müraciət etməyi özümə sığışdırmamışdır. Əksinə alimenti anasının aldığı pensiyadan ona etdiyi köməkliklə ödəyir ki, uşaqları ac qalmasın, ehtiyacları olmasın, ən əsas onun iddiaçıya borcu olmasın və hər hansı orqan qarşısında məsuliyyəti yaranmasın. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı iddia tələbinə aşağıda göstərilənlərə əsasən etiraz edirəm. Belə ki, Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün müəyyən edildiyi kimi, ölkə əhalisi üçün adambaşına minimal yaşayış minimumu müəyyən edilmişdir ki, o, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş 280 manat məbləğində alimenti ödədikdən sonra tam müflis vəziyyətdə qalır, aylıq qeyri-rəsmi günəmuzd işlərdən əldə etdiyi qazancı onun aylıq ehtiyaclarını təmin edilməsinə çatmır. Borc etməklə, anasının aldığı pensiya məbləği ilə çox çətinliklə dolanır. Bundan başqa zəruri kommunal borclar demək olar ki, hər dəfə artaraq yaşayışını daha da dözülməz edir. Bu da ailə və maddi vəziyyətini daha da ağırlaşdırır. Maddi vəziyyəti ağır olduğundan bir ata kimi uşaqları ilə ünsiyyətdə olarkən onlara istədiklərini alıb verə bilmir, mədəni istirahətlərini təmin edə bilmir və buna görə mənəvi əzab çəkir. Halbuki bir ata kimi bunları etməyə borcludur. Lakin o alimenti iddiaçıya ödədikdən sonra ailənin ehtiyaclarını təmin etmək onun maddi imkanı xaricində olur. Bundan başqa uşaqları xəstələnəndə bir dəfə iddiaçı həmin xərcləri qarşılayanda, bir dəfə də bir ata kimi maddi imkanı daxilində o, həmin xərclərdə iştirak edir. Lakin iddiaçı hazırki iddia tələbi ilə onun maddi vəziyyətini daha da ağırlaşdırmağa, barəsində daha ağır tədbirlər görülməsinə zəmin yaradır. Bundan başqa iddiaçı onun uşaqlarını, uşaqlarının onu çox sevdiyini bildiyi üçün bu iddianı qaldırmaqla onu bir ata kimi uşaqlarının gözündən salmağa və onu daha da ağır maddi çətinliyə salmağa çalışır. Hətta buna nail də olmuşdur. Çünki borc içindədir, uşaqlarının mənəvi istirahətini təmin edə bilmir. Mən ixtisası üzrə iş axtarışında olmaqla, Məşğulluq idarəsində də qeydiyyatda olsa da, bu günədək işlə təmin edilməmişdir. Ona görə də hesab edir ki, göstərdikləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qanun normalarından göründüyü kimi bir ata kimi o uşaqlarını saxlamağa borclu olduğu kimi, iddiaçı da uşaqlarının zəruri ehtiyaclarını təmin etməyə borcludur və onun buna zəruri imkanları vardır. İşləyir, ünvanlı sosial yardım alır, hətta ondan aliment alır. O isə səhhəti ilə bağlı heç bir yerdə işləmir və hər hansı formada başqa yerdən gəlir, qazanc əldə etmir. Bir daha qeyd edir ki, onun maddi vəziyyətində heç bir dəyişiklik olmamış, əksinə daha da ağırlaşmış, məsuliyyəti artmışdır. Çünki ailə qurmuşdur, səhhəti ilə bağlı müalicə, müayinə və əməliyyat olunmuşdur, əməliyyat olunduğundan ağır işlərdə işləmək iqtidarında deyil, maddi vəziyyəti bu səbəbdən ağır olduğundan borclar etmişdir. Borclarını anasının aldığı pensiyanın köməkliyi ilə çox çətinliklə ödəyir. Bundan başqa Covid-19 koronavirus pandemiyası dövründə iki il ümumiyyətlə işləməmiş və bu hal maddi vəziyyətinə çox pis təsir etmişdir. Bunu iddiaçı özü də təsdiq edə bilər. Yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə dair» iddia tələbi əsassız olduğundan rədd ediliməlidir. Çünki iddia təmin olunarsa, bu onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, etirazda qeyd olunanlarla razı deyil. Cavabdeh əməliyyat olunduğu üçün ağır işlərdə işləyə bilməyəciyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məsələ ilə bağlı iddiaçı mediasiya prosesinə müraciət etdikdə sonra cavabdeh işləməməsi barədə arayış almışdır, bu baxımdan həmin arayış qərar qəbul edilməsi üçün əsas olmamalıdır. Cavabdehin anasının ikinci qrup əlil olması ilə bağlı bildirir ki, dövlət ona müavinət verir və o, hesabına öz tələbatlarını ödəyir. Cavabdehin 2-ci dəfə ailə qurması uşağın mənafeyinə təsir etməməlidir. Əgər cavabdehin maddi imkanı yoxdursa, ikinci dəfə evlənməməli idi. Əlavə olaraq onu da bildirir ki, cavabdeh mütəmadi olaraq aliment ödəmiş, belə ki, cavabdehin heç vaxt aliment borcu olmamışdır. O, cavabdehi şəxsən tanıyır. Cavabdehin maddi vəziyyəti yaxşıdır, bizneslə məşğuldur, əlavə gəlirləri var. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ İ-393408 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ləvğ edilmiş və bu bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 159 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı iki övladları doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AZ-İİ 778866 nömrəli və AZ İİ 778867 doğum haqqında şəhadətnamənin surətinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 681/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində xx.xx.2009-cu il tarixdə bağlanmış, 294 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh alınaraq cavabdeh X4 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün sabit pul məbləğində 140 manat miqdarında olmaqla, ümumilikdə 280 manat alimentin Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasinin Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron - Xızı Regional Məşğulluq Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İşdə olan stasionar xəstənin ******* nörməli tibb kartasından çıxarışdan görünür ki, Cavabdeh Ö.D.X.Xroniki daşlı xolesistit diaqnozu qoyulmuşdur. İşdə olan AR ƏƏSMN 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 920781 nömrəli arayışından görünür ki, X9 ümumi xəstəliklə müddətsiz 2-ci qrup əlildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqlarının 9 olmuşdur. Hazırda isə onların 11 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin qismən artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin maddi vəziyyətini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin yenidən rəsmi nikaha daxil olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci - 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirilərək, cavabdeh X1 hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh oğlundan 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5617/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5617/2022
10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver