Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5630/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat əsas borcun və 40 (qırx) manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 19-da ailəsi və anası ilə birgə yaşayır. Kiçik qardaşı Şahin ailəsi ilə birlikdə bir neçə ildir ki, ayrı ünvanda kirayədə yaşayır. Bir müddət əvvəl onların arasında olan ailədaxili razılığa əsasən onlar 3 otaqlı ata evini satmaq və əldə ediləcək pullu yarı bölüb Şahinə və özünə ayrıca ev almaq niyyətində olmuşlar. Buna görə də həmin mənzili 83000 manata satışa qoymuşlar. İddiaçı 2023-cü ilin mart ayının əvvəlində yaşadığı məhəllədə yerləşən çayxanada olan zaman təsadüfən Cavabdeh ilə tanış olmuş, söhbət zamanı Eminə hazırda yaşadığı 3 otaqlı evini satıb pulu qardaşı ilə aralarında bölmək istədiyini demiş, o da söhbət əsnasında satmaq istədikləri mənzili banka girov qoyub ipoteka ilə kredit götürə biləcəyini, əvvəllər işlədiyi Paşa Holdinqdə olan tanışlarının vasitəsilə Paşa Bankdan iddiaçıya mənzilini girov qoymaqla ipoteka ilə 40000 manat kredit götürməkdə köməklik edə biləcəyini və bunun müqabilində xərci çıxacağını demişdir. İddiaçı cavabdehin təklifinə inanaraq ailə üzvləri ilə məsləhətləşmiş, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində evdə olan zaman cavabdeh onlara gəlmişdir. Söhbət zamanı cavabdeh evi ipotekaya salıb bankdan 40000 manat çıxarılmasına köməklik edəcəyini, bunun müqabilində 2000 manat xərci çıxacağını bildirmişdir. Cavabdeh əminliklə demişdir ki, bu işi onlar üçün həll edəcəkdir, heç bir narahatlıq olmayacaqdır. İddiaçı 2000 manatı və evin sənədlərini gətirib Eminə vermiş, Emin sənədləri və pulu götürüb, növbəti həftənin 1-ci günü bizə xəbər edəcəyini deyərək çıxıb getmişdir. Lakin 1 həftədən daha çox müddət keçəsinə baxmayaraq o müxtəlif bəhanələrlə iddiaçını gözlətmiş, nəhayət iddiaçı mənzilə real müştərilər tapdığı üçün cavabdehə verdiyim 2000 manat pulu qaytarmasını istəmiş lakin o hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış və bir müddətdən sonra zənglərə cavab verməmişdir. Sonradan məlum olmuşdur ki, Emin ümumiyyətlə heç bir yerdə işləmir, etibardan istifadə edərək aldatmaqla dələduzluq yolu ilə 2000 manat pulunu ələ keçirmişdir. Bundan sonra iddiaçı aldadıldığını başa düşərək polisə şikayət etmiş və cavabdeh barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işi qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı həmin iş üzrə zərərçəkmiş qismində tanınmış, lakin mülki iddia qaldırmadığı üçün hazırda mülki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı X1 iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Teleqramla ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin gələ bilməməsinin səbəblərinin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanmış və Cavabdeh qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş qəti cəzadan ması və üzərində 03 (üç) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmiş, hökmlə zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmününün məzmunundan görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 2023-cü ilin mart ayının əvvəllərində Sumqayıt şəhərində tanış olduğu İddiaçı yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 41-də yerləşən 31 saylı mənzili Paşa Holdinqdə olan tanışlarının vasitəsilə "Paşa Bank"a girov qoyub ipoteka yolu ilə 40.000 manat kreditə pul götürməyə köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 09 mart 2023-cü il tarixdə, saat 22 radələrində İddiaçı yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 41-də yerləşən 31 saylı mənzildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 2000 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək zərərçəkmiş şəxs İddiaçı 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 19-da ailəsi və anası Göyçəklə birlikdə yaşayır. Kiçik qardaşı Şahin ailəsi ilə birlikdə bir neçə ildir ki, ayrı ünvanda kirayədə yaşayır. Bir müddət əvvəl aralarında olan ailədaxili razılığa əsasən 3 otaqlı ata evini sataraq evin pulunu yarı bölüb Şahinə və özünə ayrıca ev almaq niyyətində olmuşdur. Buna görə də həmin mənzili 83.000 manata satışa qoymuşdur. 2023-cü ilin mart ayınının əvvəlində yaşadığı məhəllədə yerləşən çayxanada olan zaman təsadüfən Cavabdeh ilə tanış olmuş, söhbət zamanı Eminə hazırda yaşadığı 3 otaqlı evini satıb pulu qardaşı ilə aralarında bölmək və qalan pula qardaşı özünə ayrı ev almaq istədiyini demiş, Emin də söhbət əsnasında satmaq istədiyi mənzili banka girov qoyub ipoteka ilə kredit götürə biləcəyini, əvvəllər işlədiyi Paşa Holdinqdə olan tanışlarının vasitəsilə Paşa Bankdan ona mənzilini girov qoymaqla ipoteka ilə 40.000 manat kredit götürməkdə köməklik edə biləcəyini və bunun müqabilində xərci çıxacağını demişdir. O, Eminin təklifinə inanaraq ailə üzvləri ilə məsləhətləşib deyəcəyini bildirmiş və mobil nömrələrini bir-birinə verərək ayrılmışlar. Bu barədə ailə üzvlərinə, anasına və qardaşı Şahinə də dedikdə onlar bu təklifə razı olmuşlar. Təxminən 2-3 gündən sonra Eminə zəng edərək ailə üzvlərinin razı olduğunu və bu işin xərci barədə soruşanda Emin ona 2000 manat olduğunu demiş, o, Eminlə razılaşıb nə qədər vaxtı olduğunu soruşmuş, Emin ona 1 həftəyə pulu düzəltməyini bildirmiş, o, pulu hazırlayıb xəbər edəcəyini demiş, Emin ona sənədləşmə işləri aparmaq üçün mənzilin və mənzildə qeydiyyatda olan şəxslərin sənədlərinin surətlərini verməyini, həmçinin ipotekaya pul götürmək üçün ailə üzvlərindən dövlət işində işləyən şəxsin adına sənədləşmə aparılacağını demiş, o, arvadı Sevincin dövlət işində işlədiyini və ipotekanın Sevincin adına olmasını istəmişdir. Ona görə də qərara gəlmişlər ki, Emini evinə dəvət edib ailəlikcə danışsınlar. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində evdə olan zaman Emin onlara gəlmişdir. Söhbət zamanı Emin ailə üzvlərinə demişdir ki, Paşa Holdinqdə işləyir və Paşa Bankın işçiləri ilə əlaqələri vardır, satmaq istədikləri mənzili ona dediyi şərtlərlə ipotekaya salıb onlara bankdan 40.000 manat çıxarılmasına köməklik edəcəyini, onlardan mənzilin sənədlərinə baxıb mənzili dövlət işində işləyən arvad Sevincin adına ipotekaya salacağını, bunun müqabilində 2.000 manat xərci çıxacağını bildirmişdir. Onlar Eminə bu işin dəqiq olubolmadığını soruşduqda, Emin əminliklə demişdir ki, bu işi onlar üçün həll edəcəkdir, heç bir narahatçılıq olmayacaqdır. Həmin gecə o, öncədən anası Göyçəyə saxlamağa verdiyi 2000 manat pulu və evin sənədlərini gətirməyini demiş, anası da 2000 pulu və evin sənədlərini gətirib onların yanında Eminə vermişdir. Emin mənzilin sənədlərini, mənzildə qeydiyyatda olan şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürüb, növbəti həftənin 1-ci günü onlara xəbər edəcəyini və onlara bankın işçiləri gəlib mənzilə baxaraq qiymətləndirəcəklini deyərək çıxıb getmişdir. Növbəti həftənin 1-ci günü Emin onunla danışıb həmin gün iclas olduğunu və bankın işçiləri ertəsi gün gələcəklərini demişdir. Lakin həmin gündən sonra onlara heç kim gəlməmişdir, Eminlə əlaqə saxladıqda sığorta şirkəti mənzilin girov qoyub ipoteka ilə pul götürülməsinə razılıq vermədiyini, səbəbi isə Sevincin maaşının az olmasını, lakin buna baxmayaraq yeni variantlar axtardığını və gözləmələrini demişdir. Həmin ərəfələrdə mənzilinə real müştərilər tapıldığından onlar Eminin təklifi ilə razılaşmamışlar və gözləmək istəmədiklərini, verilən 2000 manat pulu qaytarmasını istəmişlər, lakin Emin hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış və bir müddətdən sonra zənglərə cavab verməmişdir. Sonradan maraqlanmışılar ki, Emin ümumiyyətlə heç bir yerdə işləmir, onların etibarından istifadə edərək aldatmaqla dələduzluq yolu ilə 2.000 manat pullarını ələ keçirmişdir. Ona görə də, anası ilə birlikdə Eminin yaşadığı evə gedib Eminin anası ilə danışmışlar, Eminin anası bu hal barədə məlumatı olmadığını deyərək Eminlə əlaqə saxlamış, Emin anasına evdə olan sənədləri onlara qaytarmasını demiş və sonra Emin onun anası ilə mobil telefonla danışaraq Kürdəmirdə olduğunu və onlardan aldığı 2.000 manat pulu 7 gün ərzində qaytaracağını demişdir. Lakin həmin vaxtdan sonra Emin pulu qaytarmamışdır. Sonda Emindən şikayət etməyə qərara gəlmişlər. Eminə verilən 2000 manat pul onun özünə məxsusdur, Eminə verməzdən əvvəl anasına saxlamağa vermişdir. Eminə pul anası Göyçəyin və qardaşı Şahinin iştirakı ilə verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən pulunun qaytarılmasını tələb edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 2023-cü ilin mart ayının əvvəllərində Sumqayıt şəhərində tanış olduğu İddiaçı yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 41-də yerləşən 31 saylı mənzili Paşa Holdinqdə olan tanışlarının vasitəsilə "Paşa Bank"a girov qoyub ipoteka yolu ilə 40.000 manat kreditə pul götürməyə köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 09 mart 2023-cü il tarixdə, saat 22 radələrində İddiaçı yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 41-də yerləşən 31 saylı mənzildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 2000 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək zərərçəkmiş şəxs İddiaçı 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanmış və Cavabdeh qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş qəti cəzadan ması və üzərində 03 (üç) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmiş, hökmlə zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi Cavabdeh 2000 manatı bugünədək iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 2000 manatını ələ keçirməklə, hüquqi əsas olmadan cavabdehin hesabına əsassız varlanmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun əvəzinin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 2000 manat olduğundan Cavabdeh 40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2000 (iki min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 40 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 40 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5630/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5630/2023
12.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver