Məhkəmə qərarları › İş №2(060)-5633/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5633/2020

20.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5633/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi qaydada nikah bağlamaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını və Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram vuraraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qismən etiraz edərək bildirdi ki, o, iddiaçı, yəni İddiaçı ilə rəsmi nikaha girərək ailə qurmuş və həmin nikahdan bir uşaqları olmuşdur. Bir-birilərini başa düşmədikləri üçün, məhkəmə qərarına əsasən aralarında olan nikah münasibətləri pozulmuş və uşaq anasının himayəsinə verilmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən, ondan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda qeyd olunan aliment məbləğini vaxtı-vaxtında ödəyir və heç bir borcu yoxdur. Lakin iddia tələbi ilə tam razı deyil. Belə ki, o, mebel sexində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Eyni zamanda yenidən ailə qurmuş və həmin nikah münasibətlərindən də iki yetkinlik yaşına çatmayan övladı olmuşdur. Məhkəmədən qərar qəbul edərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdə Culfa royunu, Bənəniyar kəndində anadan olmuş və Culfa royunu, Bənəniyar kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİ 107081 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan AZ-İ 246511 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş və nikah ləğv olunandan sonra qadına Əhmədova soyadı verilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1681/2012, xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə X4 arasında xx xxxxxx 2005-ci il tarixdə Culfa rayon VVADQ şöbəsində qeydə alınmış 09 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 anası X2 yanında qalması, X2 xeyrinə hər ay Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ 799295 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X14 xx xxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 07 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Cavabdeh ilə X10 birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur (iş materiallarında olan AZ-İİİ 297598 və AZ-İV 366648 saylı doğum haqqında şəhadətnamələrin surətinə əsasən) Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1681/2012, xx xxxxxxxx 2012-ci tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşağın müvafiq olaraq 4 yaşı olmuşdur. Hazırda isə onun 12 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin yenidən ailə qurduğunu və himayəsində daha iki azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1681/2012, xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 120 manat məbləğində müəyyən edilməlidir. sAzərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1681/2012, xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar