Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5633/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3415 (üç min dörd yüz on beş) manat 16 (on altı) qəpik məbləğində əsas borc və 822 (səkkiz yüz iyirmi iki) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 4237 (dörd min iki yüz otuz yeddi) manat 61 (altmış bir) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 200804- 780334/1 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 3415 (üç min dörd yüz on beş) manat 16 (on altı) qəpik məbləğində əsas borc və 822 (səkkiz yüz iyirmi iki) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 4237 (dörd min iki yüz otuz yeddi) manat 61 (altmış bir) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 200804-780334/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 25.5% dərəcəsi ilə 4000 (dörd min) manat olan kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 10.06.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3415,16 məbləğində əsas borc və 822,45 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4237,61 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərinədn irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödənuş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənləri nəzərə alaraqİddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 200804-780334/1 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 3415 (üç min dörd yüz on beş) manat 16 (on altı) qəpik məbləğində əsas borc və 822 (səkkiz yüz iyirmi iki) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 4237 (dörd min iki yüz otuz yeddi) manat 61 (altmış bir) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək, onunla İddiaçı ASC arasında 07.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank ona 36 ay müddətinə 4000 manat məbləğində kredit vermişdir. Hazırda işləmədiyi üçün banka olan borcunu ödəyə bilmir. Maddi vəziyyətində çətinlik olduğu üçün borcunu ödəməyi gecikdirmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.10.2019-cu il tarixli, № 200804-780334/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 200804-780334/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 25.5% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.06.2021-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh 10 iyun 2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 oktyabr 2019-cu il tarixli 200804-780334/1 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3415,16 manat və 822,45 faiz borcu, cəmi 4237,61 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Dİn-in BPQMİ-nin MAPS şöbəsinin 25.02.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, X3, ev 1271C-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 200804-780334/1 saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 3415 (üç min dörd yüz on beş) manat 16 (on altı) qəpik məbləğində əsas borc və 822 (səkkiz yüz iyirmi iki) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 4237 (dörd min iki yüz otuz yeddi) manat 61 (altmış bir) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 200804-780334/1 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 3415 (üç min dörd yüz on beş) manat 16 (on altı) qəpik məbləğində əsas borc və 822 (səkkiz yüz iyirmi iki) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 4237 (dörd min iki yüz otuz yeddi) manat 61 (altmış bir) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5633/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5633/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver