Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5655/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı qəbzə əsasən 1660 manat pulun və ödənilmiş 37 manat dövlət rüsumunun, cəmi 1697 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı ayrı-ayrı cavabdehlərə qarşı iddia qaldıraraq onlardan müştərək qaydada 1600 manat pul vəsaitinin və 37 manat dövlət rüsumunun tutulmasını istəyir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı tələbinin əsası kimi cavabdehlərin hər birinin ondan ayrı-ayrılıqda qızıl-zinət əşyalarını aldığını göstərir və bunu təsdiq edən sənəd kimi cavabdehlərin adından ayrı-ayrılıqda alınmış qızıl əşyasına görə verilmiş iki müxtəlif iltizama istinad edir. Beləliklə göründüyü kimi iddiaçı tərəfindən bir-biri ilə əlaqəli olmayan bir neçə tələb bir icraatda birləşdirilmişdir. Başqa sözlə desək Cavabdeh1 tərəfindən alındığı iddia edilən qızıl əşyasına görə tələb edilən pul vəsaitinin Cavabdeh2 tərəfindən alındığı iddia edilən qızıl əşyasına görə tələb olunan məbləğlə hər hansı bir əlaqəsinin olduğun müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, cavabdehlərin hər birinə qarşı ayrı-ayrılıqda iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-5655/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5655/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver