Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5670/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Tələbkar X1 Borclu qarşı alimentin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Tələbkar X2 Borclu qarşı alimentin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1986-ci il tarixdə Azərbaycan Respublikası, İmişli rayonu, Mirili kəndində anadan olmuş və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və faktiki yaşayan Borclu birgə nikahlarından xx.xx.2013-cü il tarixində anadan olmuş X5 və 17.112.2016-cı il tarixdə anadan olmuş X6 adlı iki qız uşağının saxlanılması üçün borclunun aylıq gəlirlərinin 1/3 mislinin ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə var. Belə ki, iş materiallarında olan AZ İİİ-924923 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. xx.xx.2013-cü il təvəllüdlü X3 məxsus doğum haqqında şəhadətnamə isə iş materiallarına əlavə edilmədiyindən həmin uşağın atasının Borclu olub-olmamasını müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbkar X1 Borclu qarşı alimentin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 279-cu maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz (279.3). Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur (279.4) Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 276, 279, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar X1 Borclu qarşı alimentin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5670/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5670/2022
16.08.2022 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver