Məhkəmə qərarları › İş №2(060)-5686/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5686/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5686/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********62666 olan Huawei Y5 Lite markalı telefon üçün ödənilməmiş 144 manat borc, İMEİ kodu **********99161 olan Samsung Galaxy A 30s markalı telefon üçün ödənilməmiş 409 manat borc və İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon üçün ödənilməmiş 173,8 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 726,8 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.01.2020-ci il, 10.11.2019-cu il və 21.03.2020-ci il tarixli müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********62666 olan Huawei Y5 Lite markalı telefon, İMEİ kodu **********99161 olan Samsung Galaxy A 30s markalı telefon və İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 251 manat olan ( 12 ay x 16,8 manat+ 49,4 manat ilkin ödəniş) Huawei Y5 Lite markalı telefon üçün 144 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 750 manat olan ( 12 ay x 62 manat+ 6 manat ilkin ödəniş) İMEİ kodu **********99161 olan Samsung Galaxy A 30s markalı telefon üçün 409 manat ödənilməmiş hissə və alqı-satqı qiyməti 262,8 manat olan ( 12 ay x 21,9 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon üçün 173,8 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 537 manat təşkil edir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il, 10.11.2019-cu il və 21.03.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ümumi dəyəri 251 manat, İMEİ kodu **********62666 olan Huawei Y5 Lite markalı telefon, alqı-satqı qiyməti 750 manat olan İMEİ kodu **********99161 olan Samsung Galaxy A 30s markalı telefon və alqısatqı qiyməti 262,8 manat olan İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, İMEİ kodu **********62666 olan Huawei Y5 Lite markalı telefon, İMEİ kodu **********99161 olan Samsung Galaxy A 30s markalı telefon və İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, 49,4 manat ilkin ödənişlə, aylıq ödəniş 16,8 manat olmaqla, İMEİ kodu **********62666 olan 251 manat dəyərində Huawei Y5 Lite markalı telefon almış və 107 manat ödəniş etmişdir; 12 ay müddətinə, 6 manat ilkin ödəniş, aylıq ödəniş 62 manat olmaqla, İMEİ kodu **********99161 olan 750 manat dəyərində Samsung Galaxy A 30s markalı telefon almış və 341 manat ödəniş etmişdir; 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 21,9 manat olmaqla, 262,8 manat dəyərində İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon almış və 89 manat ödəniş etmişdir -"xxxx"MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 28.01.2020-ci il, 10.11.2019-cu il və 21.03.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********62666 olan Huawei Y5 Lite markalı telefon, İMEİ kodu **********99161 olan Samsung Galaxy A 30s markalı telefon və İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon almış, onların 1263,8 manat olan ümumi dəyərindən 537 manat ödəniş etmiş və nəticədə 726,8 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il, 10.11.2019-cu il və 21.03.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, mallarının 1263,8 manat ümumi dəyərindən 537 manat ödəniş etmiş və nəticədə 726,8 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********62666 olan Huawei Y5 Lite markalı telefon üçün 144 manat ödənilməmiş hissə, İMEİ kodu **********99161 olan Samsung Galaxy A 30s markalı telefon üçün 409 manat ödənilməmiş hissə və İMEİ kodu **********99850 olan Nokia 8110 markalı telefon üçün 173,8 manat ödənilməmiş hissə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 756,8 manat pul tutularaq iddiaçı "xxxx"MMC-ə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar