Məhkəmə qərarları › İş №2(060)-5696/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5696/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5696/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Acıq Səhmdar Cəmiyyətinin cavabdeh X1, Cavabdeh2 qarşı borcun tutulmasına tələbinə dair iddia ərizəsi, üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Acıq Səhmdar Cəmiyyəti cavabdeh X2 Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şərər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada «İddiaçı Acıq Səhmdar Cəmiyyətinin xeyrinə 27 yanvar 2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 1.91 manat əsas borc, 192.33 manat faiz borcu, 0.53 manat cərimə borcu və kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,1 manat məbləğində borc olmaqla, cəmi 194,87 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(060)-5696/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təmin edilmişdir. İddiaçı Acıq Səhmdar Cəmiyyətinin Məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İ.Hacıyev məhkəməyə iddia ərizəsinə əlavə olunmuş sənədlərin qaytarılması və işin baxılmamış saxlanılması barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehlə bank arasında razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsindən ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb edmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı Acıq Səhmdar Cəmiyyətinin cavabdeh X1, Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar