Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-570/2023 27.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaitinin və 69 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Oktay oğlu izahatında bildirmişdir ki, icra sənədini mübahisələndirmək zərurəti bilməmişdir. İcra sənədi geri qaytarılmışdır. Hazırda icra sənədi yoxdur. Ona görə də xitamın əsası yoxdur. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən qanunvericiliyin tələbi baxımından mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil Oktay oğlunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin 8i-5474 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilmədən Sumqayıt Şəhər İcra İdarəsinin 21.02.23-cü il tarixli məktubu ilə tələbkarın müraciəti əsasında geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılmasına əsasən İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2019-cu il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi olmuş, məhkəmə araşdırması gedişatında icra sənədinin olması İddiaçı məhkəmə iclasında iştirak edərək verdiyi izahatı əsasında müəyyən edilmiş, məhkəmə gedişatında müraciət edərək geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə sorğusu əsasında icra sənədinin olması, ona əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 7-ci bəndində borc müqaviləsinə notarius tərəfindən icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd olunmuşdur. İşdən görünür ki, tərəflər – İddiaçı və Cavabdeh 23 noyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən ona 4900 manat məbləğində borc pul verilmişdir. Müqavilənin 2-ci bəndinə görə Cavabdeh krediti xx.xx.2019-cu il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, iddiaçı müqavilənin 7 və 9-cu bəndlərinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər müqavilədə ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. Ona görə də məhkəmə hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İcra haqqında” AR Qanununun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunda başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İcra haqqında” AR Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-570/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-570/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver