Məhkəmə qərarları › İş №2(060)-5701/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5701/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5701/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq , məhkəmə MÜƏYYƏN ETDİ: X4 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 216 manat əsas borc, 36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Kontitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 45 manat cərimə olmaqla, cəmi 297 manat borcun, həmçinin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 manat əsas borc, 85 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Kontitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 65 manat cərimə borcu olmaqla, cəmi 690 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 987 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin X3 Şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə “İddiaçı” mağazası ilə cavabdeh 50 nömrəli nisyə (kreditə) alqısatqı müqaviləsi bağlayaraq cavabdehə 740 manat dəyərində «Not 10S» markalı mobil telefon satılmışdır. Borclu 740 manat borcdan ilkin ödəniş etməmiş, 740 manat borcunu hissə-hissə 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2022-ci il tarixdə “İddiaçı” mağazası ilə cavabdeh 2282 nömrəli nisyə (kreditə) alqı-satqı müqaviləsi bağayaraq cavabdehə 740 manat dəyərində “SAMSUNG A52 markalı” mobil telefon satılmışdır. Borclu 740 manat borcdan ilkin 200 manat ödəmiş, 540 manat borcunu hissəhissə 8 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, bununla da iddiaçıya zərər dəymişdir. İş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1981-ci ildə anadan olmuş, Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində qeydiyyatdadır. Cavabdeh xx.xx.1980-ci ildə, anadan olmuş, hazırda Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 88 nömrəli H/H ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 50 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay ərzində, aylıq ödəniş 61 manat 70 qəpik olmaqla 740 manat dəyərində olan «Not 10S» markalı mobil telefonu satmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2282 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 8 ay ərzində, aylıq ödəniş 67 manat 50 qəpik olmaqla 740 manat dəyərində olan “SAMSUNG A52 markalı” mobil telefonu satmışdır. xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən cavabdeh xx.xx.2022-ci il tarixli, 50 saylı alqısatqı müqaviləsi üzrə cəmi 524 manat ödəniş etmiş, 216 manat borcu qalmışdır. Kontitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 45 manat təşkil edir. xx.xx.2023-cü il tarixli arayışa əsasən cavabdeh xx.xx.2022-ci il tarixli, 50 saylı alqısatqı müqaviləsi üzrə cəmi 200 manat ödəniş etmiş, 540 manat borcu qalmışdır. Kontitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 65 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 216 manat əsas borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 manat əsas borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı əsas borcları tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 216 manat əsas borc məbləğinə 45 manat cərimənin, 540 manat əsas borc məbləğinə 65 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 36 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 85 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 216 manat əsas borc, 36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Kontitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 45 manat cərimə olmaqla, cəmi 297 manat borc, həmçinin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 manat əsas borc, 85 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Kontitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 65 manat cərimə borcu olmaqla, cəmi 690 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 987 (doqquz yüz səksən yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar