Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5707/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçıya vurulan maddi ziyanın əvəzi kimi 950 manat, və ödənilmiş dövlət rüsumu 30 manatın, ümumilikdə 980 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində kirayə qalmaq üçün ev axtardığı zaman tanışı Aqşin və Cavabdeh ona bildirmişdir ki, “gəl birlikdə ev tutaq və yaşayaq”. İddiaçı da buna etiraz etməmiş və ev axtarmağa başlamışlar. Cavabdeh Aqşinin tanışı olmuş və onlar adama 200 manat olmaqla 600 manat ödəyib ev tutmağı razılaşmışlar. X3 (Edik) ləqəbli makler vasitəsi ilə Aydın tapmış və iddiaçıya bildirilmişdir ki, evin dəyəri 600 manatdır. Aydın iddiaçıya bildirmişdir ki, evin kirayə pulunu tam şəkildə iddiaçı ödəsin, onlar da özlərinə aid olan 400 manatı qısa müddətdə qaytaracaqlar. İddiaçı razılaşmış və pulu nəğd şəkildə X2 vermişdir. Bir-iki gün həmin evdə qaldıqdan sonra Aqşin bildirmişdir ki, bu evdə yaşaya bilmir O, Aydınla birlikdə başqa evə qayıdacaq. İddiaçı isə bu evdə tək qalıb kirayə haqqını ödəyə bilməyəcəyini, başqa ev tapmalı olduğunu bildirmişdir. Belə olan halda təkrar Aydın bildirmişdir ki, “başqa ev tutmaq üçün pula ehtiyacı var, evin qiyməti 450 manatdır, isdəyirsənsə sən pulu ver biz sənin üçün başqa ev tutaq sənə olan 400 manat borcumuzu isə bu evin sahibindən almaqla qaytararıq”. Onlar evi tapmış və Aydın bildirmişdir ki, iddiaçı ona makler xidmət haqqı ilə birlikdə 500 manat göndərməlidir. İddiaçı tərəfindən 500 manat xx.xx.2022-ci ildə Kapital Bank mobil tətbiq vasitəsi ilə Cavabdeh ödənilmişdir. Evi tutduqdan sonra Aydın bildirmişdir ki, artıq evi tutub lakin ev 1 otaqlıdır. Belə olan halda iddiaçı Aydına bildirmişdir ki, o 1 otaqda 450 manata qala bilməz, eyni zamanda 1 otaq üçün 450 manat çoxdur, özü 2 otaqlı ev tapmışdır. Aydına pulunu qaytarmasını bildirdikdə iddiaçıya demişdir ki, müvəqqəti olaraq bu evə köç, narahat olma iki gün ərzində həm o biri evə olan 450 manat borcu, həm də bu evə verdiyi 500 manatı qaytaracaqdır. Lakin cavabdeh tərəfindən aldanılmış və pulu mənimsənilmişdir. Bununla bağlı iddiaçı tərəfindən Nizami rayon 25-ci Polis Bölməsinə və Nəsimi rayon 22-ci Polis Bölməsinə etdiyi yazılı şikayətlər araşdırılmış, Nizami rayon 25-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 090-3822M saylı məktubu ilə mübahisə mülki xarakterli olduğundan məhkəməyə, eyni zamanda Nəsimi rayon 22-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 086-4287M saylı məktubu ilə mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan başqa qeyd edilən hər iki Polis Bölməsində cavabdehin izahatı alınmış cavabdeh iddiaçıdan pul aldığını etiraf etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi. Bildirdi ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh borcundan 100 manat ödəniş etmiş, 950 manat borcu qalmışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi. Bildirdi ki, birinci ev tutan vaxt adam başına 200 manat olmaqla ümumilikdə 600 manat pul ödənilməli olmuş, həmin pulun həm özünə aid hissəsini, həm də onun və Aqşinin pulunu iddiaçı ödəmişdir. İddiaçıya üzərinə düşən 200 manat kirayə haqqından 100 manat ödəmiş, 100 manat borclu qalmışdır. İkinci dəfə ev kirayə edilərkən iddiaçı ona 500 manat göndərmişdir. Həmin 500 manat iddiaçıya qaytarılmamışdır. İddiaçıya ümumilikdə 600 manat borcu olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 086-4287M saylı məktubundan görünür ki, müraciətin xüsusatları mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 090-3822M saylı məktubundan görünür ki, müraciəti ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - ********* saylı qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 416973******2512 saylı bank hesabından 500 manat 409858******1739 saylı bank hesabına köçürülmə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, cavabdeh və Aqşin adlı şəxs kirayə ev tutmaq məqsədilə adam başına 200 manat olmaqla 600 manat pul ödəməyi öhdələrinə götürmüş, lakin həmin pulu bütövlükdə İddiaçı ödəmişdir. Cavabdeh üzərinə düşən 200 manatdan 100 manatı iddiaçıya ödəmişdir. Bundan başqa digər ev tutmaq üçün iddiaçı cavabdehə 500 manat ödəniş etmiş, lakin həmin evə köçməmiş, özünün tutduğu digər evi kirayələmişdir. Belə olan halda iddiaçı cavabdehə vermiş olduğu 500 manatı geri tələb etdikdə cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qismən etiraf edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya vurulan maddi ziyanın əvəzi kimi 600 manat, və ödənilmiş dövlət rüsumu 30 manat, ümumilikdə 630 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulan maddi ziyanın əvəzi kimi 600 manat, və ödənilmiş dövlət rüsumu əvəzi 30 manat, ümumilikdə 630 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5707/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5707/2022
25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver