Məhkəmə qərarları › İş №2(060)-5714/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5714/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5714/2023 02.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 14000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhərində özünə ev almaq məqsədilə 14000 manat pul toplamışdır. Qardaşı oğlu Cavabdeh ona ipoteka yolu ilə ev almağına köməklik göstərəcəyini bildirmişdir. İddiaçı da ona inanıb xx.xx.2022-ci ildə qardaşı oğlu Cavabdeh 14000 manat pul vermişdir. Bu barədə ondan qəbz də almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq o nə pulu qaytarmış, nə də iddiaçının ev almağına köməklik etmişdir. İddiaçı dəfələrlə pulunu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. İddiaçı da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, özü müəllimə işləyir və bank tərəfindən müəllimlər üçün müəyyən güzəştli şərtlərlə kredit verilir. Cavabdeh iddiaçının qardaşı oğludur. Cavabdeh iddiaçıya ipoteka ilə ev alınmasında köməklik göstərəcəyini bildirmişdir. Bu səbəbdən iddiaçı bankdan kredit götürərək cavabdehə 2022-ci ilin fevral ayında, daha sonra isə aprel ayında ayrı-ayrılıqda 7000 manat olmaqla, ümumilikdə 14000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulları alaraq MTK-ya yaxınlaşmış, lakin evin alınmasında aldandığını bildirmişdir. İddiaçı özü şəxsən MTK-ya yaxınlaşmamışdır. İddiaçı cavabdehə vermiş olduğu pul barədə narahat olmağa başladıqdan sonra avqust ayında ona məhkəməyə təqdim etdiyi qəbzə imza atdırmışdır. Evin alınması mümkün olmadığı üçün cavabdehə dəfələrlə pulu qaytarması barədə müraciətlər edilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı ildə, Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, yataqxana 7A, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əlyazma ilə müəyyən edilir ki, Cavabdeh bibisi İddiaçı 14000 manat pul almış, pulu olmadığı üçün qaytara bilmir, imkanı olan kimi pulu ödəməyə başlayacaq. Qəbzin aşağı hissəsində cavabdehin imzası qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəlləyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1.). İddiaçı hazırda cavabdehə 14000 manat borc pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək həmin pulu cavabdehdən tələb edir. İddiaçı öz tələbinin sübutu kimi cavabdeh tərəfindən yazılıb imzalanmış əlyazısını məhkəməyə təqdim etmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 14000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). MPM-in 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14000 (on dörd min) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar