Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5740/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh Sayfalı qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Sayfalı qızına qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh Sayfalı qızına qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh Sayfalı qızı işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. İddiaçıya məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin 13.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini, habelə cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh Sayfalı qızına qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5740/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5740/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver