Məhkəmə qərarları › İş №2(060)-5741/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5741/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5741/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Yusifov Elvin İbadət oğlunun iştirakı ilə, İddiaçı Zöhrab oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16600 (on altı min altı yüz) manat məbləğində, faiz kimi 3000 (üç min) manat məbləğində və vurulmuş maddi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pul vəsaitinin, həmçinin 30 manat miqdarında iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili vəsatətə verərək, iş üzrə iddiaçı X2 əsl iddiaçı Allahverdiyev Rəmzi Zöhrab oğlu ilə əvəz edilməsini xahiş etmişdir, Zaur Hüseynov isə ərizə ilə müraciə etdərək, əsl İddiaçılə əvəz edilməsinə razı olduğunu qeyd etmişdir. Vəsatət təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 “Subaru Forester” minik markalı avtomobili İddiaçı oğlundan baş etibarnamə ilə almışdır. Daha sonra X3 ona etibarnamə ilə verilmiş avtomobili Cavabdeh 17000 manat satmaq barədə aralarında razılaşmışlar. Həmin razılığı rəsmiləşdirmək üçün 15 iyun 2020-ci il tarixdə avtomobilin alqı-satqısına dair ilkin müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən cavabdeh ona 05.06.2020-ci il tarixdən etibarən hər ay 400 manat olmaqla 41 ay ərzində 42-ci ay isə 550 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh cəmi 1 dəfə 400 manat ödəniş etmişdir. Bundan sonra Cavabdeh pulu ödəməmiş, hər dəfə bir bəhanə gətirərək pulu ödəməkdən boyun qaçırır. Cavabdehin ödənilməmiş 16600 manat borcu qalmışdır. “Subaru Forester” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Qeyd edilən müqaviləni İddiaçı adından onun etibarnamə üzrə nümayəndəsi X3 imzalamışdır. Müqavilə üzrə öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, İddiaçı ödənilməli olan pul məbləği ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: -05.06.2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş avtomobilin alqı-satqısına dair ilkin müqaviləsindən görünür ki, İddiaçı Zöhrab oğlunun nümayəndəsi X1 avtomobili 17000 manata qiymətləndirir, avtomobili həmin qiymətə Cavabdeh satmağı, Cavabdeh isə avtomobili 17000 manata almağı öz öhdəsinə götürür, Cavabdeh 05.06.2020-ci il tarixdən etibarən hər ay 400 manat olmaqla 41 ay ərzində 42-ci ay isə 550 manat ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alqı-satqısına dair müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. -10 iyun 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, pretenziya qaydasına riayət olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə ilə alğı-satqı müqaviləsi münasibətləri olmuş, satıcı əşyanı alıcıya vermiş, lakin əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməmişdir. İddiaçının satdığı avtomobilin dəyərinin ödənilməsi tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh oğlundan 16600 manat borc tutularaq İddiaçı Zöhrab oğluna ödənilməlidir. İddianın faiz kimi 3000 (üç min) manat məbləğində və vurulmuş maddi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçıya zərərin dəyməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməli iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh oğlundan 16600 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Zöhrab oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16600 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar