Məhkəmə qərarları › İş №2(060)-5744/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5744/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5744/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Belə ki, Cavabdeh Cəzahir qızı Sumqayit şəhəri, 30-cı məh., ev 10/11, mənzil 45 ünvanında yerləşən mənzilin sahibidir. 30.07.2016-cı il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 30.07.2016-cı il tarixdə 1445N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 08.02.2016-cı il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan 08.02.2016-ci il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan 30.07.2016-cı il tarixli 1445N saylı aktın tərtib olunma tarixinədək olan müddət 173 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olması nəzərə alınaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 57,09 manat təşkil edir. Hesab edir ki, yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçıMMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 20 manat, bank xidməti haqqı isə 0.40 qəpik təşkil edir. Beləliklə, Cavabdeh Cəzahir qızının İddiaçı MMC-yə ödəməli olduğu məbləğ cəmi 127,49 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh Cəzahir qızından «SNTV» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 57,09 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi yardımın göstərilməsi və qrafik üzrə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat və 0.40 manat xidmət haqqının, cəmi 127,49 manat məbləğində pulun tutulub İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cəzahir qızının yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Sumqayit şəhəri, 30-cı məh., ev 10/11, mənzil 45 mənzilinin sahibi Cavabdeh Cəzahir qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən Cavabdeh Cəzahir qızı Sumqayıt şəhəri, 16cımikrorayon, 1 saylı evin,24 saylı mənzilində qeydiyyatdadır. İş materallarında olan 1447N №-li 30.07.2016-cı il tarixli aktın surətindən görünür ki, 30.07.2016-cı il tarixdə "xxxx" MMC-nin əməkdaşları Sumqayit şəhəri, 30-cı məh., ev 10/11 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 45 saylı mənzilinin sakini tərəfindən “SNTV” kabel şəbəkəsinə qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, həmin mənzilin qapısı döyülmüş, akt qəbul edilmişdir. İş materiallarında olan 396 nömrəli, 03 iyun 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə 50 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 01 dekabr 2019-cu il tarixli hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, sifarişçi müqavilənin qüvvədə olduğu müddətdə özünə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozmalarının aşkar edilməsini, aradan qaldırılmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını və digər xidmətləri sifariş verib icraçıya razılaşdırılmış xidmətlərin haqqını ödəyir, icraçı isə sifarişçiyə xidmətləri göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin məhkəmə iclasında tədqiq olunan hallarından, iddiaçının nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən olunur ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Cavabdeh Cəzahir qızına məxsus Sumqayit şəhəri, 30-cı məh., ev 10/11-də yerləşən 45 saylı mənzilinin “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulduğu aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Cəzahir qızından İddiaçı MMC-nin xeyrinə vurulmuş zərərin əvəzi olaraq 57,09 manat məbləğində pul tutulmalı, o cümlədən, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsindən görünür ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əsasən, məhkəmədə hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı və nümayəndənin göstərdiyi hüquqi yardıma görə 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş məhkəmə xərcləri iddia tələbinə münasib olaraq Cavabdeh Cəzahir qızına aid edilərək 50 manat hüquqi yardım göstərilməsi ilə bağlı, 20 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı cəmi 70.40 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Cəzahir qızından İddiaçı MMC-nin xeyrinə 57,09 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi yardım göstərilməsi üçün 50 manat, 20 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı, cəmi 127,49 (yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat məbləğində pul tutulub İddiaçı MMC-nə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar