Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-575/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Səfərov X5, Cavabdeh4 Nadı̇ r oğluna və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Səfərov X5, Cavabdeh4 Nadı̇ r oğluna və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “xxxx” BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 50.5 kv. M ümumi, 30.0 kv.m yaşayış və 20.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Səfərov X4, Cavabdeh4 Nadı̇ r oğlunun və Cavabdeh5 istifadə hüquqlarına xitam verilərək həmin mənzildən çıxarılmaları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, “xxxx” BOKT MMC ilə Məmmədov Arif Yusif oğlu arasında xx xxxxxx 2014-cü il tarixində Kredit müqaviləsi və həmin müqavilə üzrə verilmiş kreditin təminatı kimi Alqı-Satqı və İpoteka müqaviləsi imzalanmışdır. Qeyd olunan Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 50.5 kv.m ümumi, 30,0 kv.m yaşayış və 20,5 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. X8 Yusif oğlu kredit öhdəliklərini vaxtıvaxtında yerinə yetirmədiyi üçün, “xxxx” BOKT MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(060)-10551/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin eedilmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq icra qurumu tərəfindən icra edilmişdir. Hal-hazırda ünvan 2 ünvanında yerləşən 50.5 kv.m ümumi, 30,0 kv.m yaşayış və 20,5 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil ƏMDK DƏDRX-nin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən “xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Lakin bu günə kimi, Cavabdeh1, Cavabdeh2, Səfərov X7, Cavabdeh4 və Cavabdeh5 yuxarıda qeyd edilən mənzili tərk etməmişlər və qeydiyatdan çıxmamışlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 50.5 kv. M ümumi, 30.0 kv.m yaşayış və 20.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzil “xxxx” BOKT MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Səfərov X7, Cavabdeh4 Nadı̇ r oğlu və Zamanova Yeg anə Nadir qızı ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mənzil hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehlərin həmin mənzildə yaşamaları ilə məhdudlaşdırılmış və iddiaçı mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlər maneçilik törədir. Məhkəmə, hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət Rüsumu haqqında” qanunun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Səfərov X4, Cavabdeh4 Nadı̇ r oğlunun və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 50.5 kv. M ümumi, 30.0 kv.m yaşayış və 20.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilərək, onlar həmin mənzildən çıxarılmalı, cavabdehlərdən müştərək qaydada 10 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” BOKT MMC-yə verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Səfərov X4, Cavabdeh4 Nadı̇ r oğlunun və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 50.5 kv. M ümumi sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin və onlar həmin mənzildən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Səfərov X3, Cavabdeh4 Nadı̇ r oğlundan və Cavabdeh5 müştərək qaydada 10 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” BOKT MMC-yə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-575/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-575/2021
05.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver