Məhkəmə qərarları › İş №2(060)-5777/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5777/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5777/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında 23 yanvar 2020-ci il tarixli, 393-NBK-0005-20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 23 yanvar 2020-ci il tarixli, 393-NBK-0005-20/a saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 BOKT "xxxx" QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən hal-hazırda Cavabdeh1 02.06.2021-ci il tarixə əsas borcu 2343,04 (iki min üç yüz qırx üç manat dörd qəpik) manat, faiz borcu 144,7 (yüz qırx dörd manat yetmiş qəpik) manat, cərimə borcu 351,46 (üç yüz əlli bir manat qırx altı qəpik) manat olmaqla ümumi borcu 2839,2 (iki min səkkiz yüz otuz doqquz manat iyirmi qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş 08.02.2021-ci il tarixli, 13834/21 saylı, 08.02.2021-ci il tarixli, 13835/21 saylı və 01.04.2021-ci il tarixli, 14357/21 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli 393-NBK-0005- 20 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc 2343,04 (iki min üç yüz qırx üç manat dörd qəpik) manat, faiz borcu 144,7 (yüz qırx dörd manat yetmiş qəpik) manat, cərimə borcu 351,46 (üç yüz əlli bir manat qırx altı qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2869,6 (iki min səkkiz yüz altmış doqquz manat altmış qəpik) manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 Cavabdeh1 aid müqavilə krediti ilə bağlı maliyyə arayışı və hesabdan çıxarış təqdim edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Cavabdeh3 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinin tələblərinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 32 faiz hesablanmaqla, 18 ay müddətində 3000 manat məbləğində istehlak krediti verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə borcunu hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 24.02.2020-ci il tarixdən başlayaraq hər ay banka 212 manat, sonuncu ay 213,29 manat olmaqla, ümumilikdə 3817,29 manat ödəməklə qaytarmalıdır. İş materallarında olan 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsinə 3 saylı əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə sonuncu ay banka 816,76 manat ödəməlidir. İş materiallarında olan 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsinə 03.06.2020-ci il tarixli, 2 saylı əlavədən görünür ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə qüvvədən düşmüş hesab edilmiş və 3 saylı əlavə ilə əvəz edilmişdir. İş materallarında olan 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsinə 5 saylı əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə sonuncu ay banka 1241,24 manat ödəməlidir. İş materiallarında olan 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsinə 03.06.2020-ci il tarixli, 4 saylı əlavədən görünür ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsinə 3 saylı əlavə qüvvədən düşmüş hesab edilmiş və 5 saylı əlavə ilə əvəz edilmişdir. İş materiallarında olan 23 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 23 yanvar 2020-ci il tarixli, 393-NBK-0005-20 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zaminlər əsas borclunun bank qarşısında öhdəliklərini tam şəkildə icra etmələri üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş 02.06.2021-ci il və 26.07.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 2343,04 (iki min üç yüz qırx üç manat dörd qəpik) manat əsas, 144,7 (yüz qırx dörd manat yetmiş qəpik) manat faiz, 351,46 (üç yüz əlli bir manat qırx altı qəpik) manat cərimə borcu, cəmi 2839,2 (iki min səkkiz yüz otuz doqquz manat iyirmi qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh1 ünvanladığı 01.04.2021-ci il tarixli son xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, lakin cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 ünvanladığı 08.02.2021-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlərə (zaminlərə) iddiaçı tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün 3 gün vaxt verilmiş, lakin cavabdehlər (zaminlər) onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. İş materiallarına əlavə edilmiş iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 393-NBK-0005-20 saylı, 23.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə sonuncusu 23.04.2021-ci il tarixində olmaqla ümumilikdə 1608,7 (min altı yüz səkkiz manat yetmiş qəpik) manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 (otuz) gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 26.07.2021-ci il tarixə banka 2343,04 (iki min üç yüz qırx üç manat dörd qəpik) manat əsas, 144,7 (yüz qırx dörd manat yetmiş qəpik) manat faiz, 351,46 (üç yüz əlli bir manat qırx altı qəpik) manat cərimə borcu, cəmi 2839,2 (iki min səkkiz yüz otuz doqquz manat iyirmi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçının nümayəndəsinin izahatına və iş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdeh, zamin olan şəxslər Cavabdeh2 və Cavabdeh3 bank tərəfindən müqavilə üzrə yaranmış kredit, ona hesablanmış faiz və cərimə borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər, onlara edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 80 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər kredit müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli, 393-NBK-0005-20 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2343,04 (iki min üç yüz qırx üç manat dörd qəpik) manat əsas, 144,7 (yüz qırx dörd manat yetmiş qəpik) manat faiz borcu, 80 (səksən) manat cərimə, 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 2598,14 (iki min beş yüz doxsan səkkiz manat on dörd qəpik) manat borc iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli 393-NBK-0005-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2343,04 (iki min üç yüz qırx üç manat dörd qəpik) manat əsas, 144,7 (yüz qırx dörd manat yetmiş qəpik) manat faiz borcu, 80 (səksən) manat cərimə, 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 2598,14 (iki min beş yüz doxsan səkkiz manat on dörd qəpik) manat borc iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar