Məhkəmə qərarları › İş №2(060)-5794/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5794/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5794/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 13.02.2020-ci il, 04.03.2020-ci il, 18.03.2020-ci il və 18.05.2020-ci il tarixli müqavilələrinə əsasən “Samsung LED” markalı televizor, “X5” markalı smart saat, İMEİ kodu **********08853 olan “Samsung Galaxy A71” markalı mobil telefon və İMEİ kodu **********92913 olan “X7 9S” markalı mobil telefon almış və nəticədə 3845,4 (üç min səkkiz yüz qırx beş qəpik qırx qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 13.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 630,6 (altı yüz otuz manat altmış qəpik) manat olan “X5” markalı smart saat üçün ümumilikdə 587,6 (beş yüz səksən yeddi manat altmış qəpik) manat olmaqla ondan 454,6 (dörd yüz əlli dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 133 (yüz otuz üç) manat dəbbə; 04.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1094,2 (min doxsan dörd manat iyirmi qəpik) manat, İMEİ kodu **********08853 olan “Samsung Galaxy A71” markalı mobil telefon üçün ümumilikdə 1021,2 (min iyirmi bir manat iyirmi qəpik) manat olmaqla ondan 787,2 (yeddi yüz səksən yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 234 (iki yüz otuz dörd) manat dəbbə; 18.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1360,8 (min üç yüz altmış manat səksən qəpik) manat olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 1576,8 (min beş yüz yetmiş altı manat səksən qəpik) manat olmaqla ondan 1284,8 (min iki yüz səksən dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə; 18.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 662,8 (altı yüz altmış iki manat səksən qəpik) manat, İMEİ kodu **********92913 olan “X7 9S” markalı mobil telefon üçün ümumilikdə 659,8 (altı yüz əlli doqquz manat səksən qəpik) manat olmaqla ondan 508,8 (beş yüz səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə yaranmış, cavabdehin cəmi ödədiyi məbləğ 713 (yeddi yüz on üç) manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən 13.02.2020-ci il tarixli müqaviləyə əsasən “X5” markalı smart saat üçün 454,6 (dörd yüz əlli dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 133 (yüz otuz üç) manat dəbbə; 04.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08853 olan “Samsung Galaxy A71” markalı mobil telefon üçün 787,2 (yeddi yüz səksən yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 234 (iki yüz otuz dörd) manat dəbbə; 18.03.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung LED” markalı televizor üçün 1284,8 (min iki yüz səksən dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə; 18.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92913 olan “X7 9S” markalı mobil telefon üçün 508,8 (beş yüz səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə, ümumilikdə 3845,4 (üç min səkkiz yüz qırx beş manat qırx qəpik) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında Cavabdeh borcu ilə əlaqədar sonuncu dəfə ikinci əşyanı aldığı zaman, 04.03.2020-ci il tarixində ödəniş etdiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında aldığı malları qohumuna verdiyini, pandemiya ilə əlaqədar olaraq ödəyə bilmədiyini, bu barədə mağazaya müraciət etdiyi zaman ona güzəştin olunduğunu, lakin yenə də ödəniş etməyə imkanının olmadığını, ailədə yalnız onun işlədiyini və 380 manat maaş aldığını bildirərək, məhkəmədən ödənişin müddətinin uzadımasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 26 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.02.2020-ci il tarixli müqaviləyə əsasən 100 manat ilkin ödəniş etməklə, qalan məbləği 14 ay müddətində, hər ay 37,9 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 630,6 manat olan “X5” markalı smart saata görə 176 manat məbləğində ödəniş etmiş, 454,6 manat əsas, 133 manat dəbbə pulu, cəmi 587,6 manat borc; 04.03.2020-ci il tarixli müqaviləyə əsasən 235 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 71,6 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1094,2 manat təşkil edən İMEİ kodu **********08853 olan “Samsung Galaxy A71” markalı mobil telefona görə 307 manat məbləğində ödəniş etmiş, 787,2 manat əsas, 234 manat dəbbə pulu, cəmi 1021,2 manat borc; 18.03.2020-ci il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətində, hər ay 75,6 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1360,8 manat olan “Samsung LED” markalı televizora görə 76 manat məbləğində ödəniş etmiş, 1284,8 manat əsas, 292 manat dəbbə pulu, cəmi 1576,8 manat borc; 18.05.2020-ci il tarixli müqaviləyə əsasən 154 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 42,4 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 662,8 manat təşkil edən İMEİ kodu **********92913 olan “X7 9S” markalı mobil telefona görə 154 manat məbləğində ödəniş etmiş, 508,8 manat əsas, 151 manat dəbbə pulu, cəmi 659,8 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.02.2020-ci il tarixli müqavilədən görünür ki, 20097808 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “X5” markalı smart saat almışdır. İş materiallarında olan 13.02.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20097808 saylı müqavilədə nəzərdə tutulmuş “X5” markalı smart saatı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 13.02.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20097808 saylı müqavilə üzrə 14 ay müddətində hər ay 37,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04.03.2020-ci il tarixli müqavilədən görünür ki, 20142381 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********08853 olan “Samsung Galaxy A71” markalı mobil telefon almışdır. İş materiallarında olan 04.03.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20142381 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********08853 olan “Samsung Galaxy A71” markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 04.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20142381 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 71,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.03.2020-ci il tarixli müqavilədən görünür ki, 20184737 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “Samsung LED UE43RU7200UXRU” markalı televizor almışdır. İş materiallarında olan 18.03.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20184737 saylı müqavilədə nəzərdə tutulmuş “Samsung LED UE43RU7200UXRU” markalı televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20184737 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 75,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.05.2020-ci il tarixli müqavilədən görünür ki, 20287517 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********92913 olan “X7 9S” markalı mobil telefon almışdır. İş materiallarında olan 18.05.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20287517 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********92913 olan “X7 9S” markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.05.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20287517 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 42,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 11.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə 13.02.2020, 04.03.2020, 18.03.2020 və 18.05.2020-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və izahatlarından, həmçinin iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 13.02.2020, 04.03.2020, 18.03.2020 və 18.05.2020-ci il tarixlərində bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 3035,4 (üç min otuz beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 810 (səkkiz yüz on) manat dəbbə pulu, ümumilikdə 3845,4 (üç min səkkiz yüz qırx beş manat qırx qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 200 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 3035,4 (üç min otuz beş manat qırx qəpik) manat əsas, 200 (ikiz yüz) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3265,4 (üç min iki yüz altmış beş manat qırx qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3035,4 (üç min otuz beş manat qırx qəpik) manat əsas borc, 200 (iki yüz) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3265,4 (üç min iki yüz altmış beş manat qırx qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar