Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5799/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əsədov Naib Abdulvahab oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC–nin borclu Cavabdeh qarşı «gecikdirilmiş pul öhdəliyinin icra edilməsi və məhkəmə xərclərinin ödəniməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2016-cı il tarixli, 2(060)-8239/2016 nömrəli məhkəmə əmrinə əsasən xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh kreditor «X1 Azərbaycan» QSC-nin xeyrinə 971,17 manat əsas, 70,18 manat faiz, 236,98 manat cərimə, 8,40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri 5,50 manat, cəmi 1292,23 (bir min iki yüz doxsan iki manat, iyirmi üç qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh qeyd olunan məhkəmə əmrindən etiraz ərizəsi vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2021-cı il tarixli, 2(060)-8239/2016 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı «X1» QSC arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə (Müqavilə) bağlanmışdır. Müqavilənin 2-ci maddəsinə əsasən Kreditor borcluya cari hesab açmağı, açılış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(lar)ı ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə müvafiq olaraq borcluya bu əməliyyatların aparılması üçün kredit kartı verilmişdir. Lakin Borclu üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borclu öz borcunu ödəmir. Borclunun Kreditora əsas və faiz və digər xərclər üzrə borcu mövcuddur. Bu borc günbəgün artır və Kreditora zərər vurur, Borclunun öhdəliyini isə artırır. Hazırda borculunun iddiaçı «X1» QSC-nə 971,17 manat əsas, 70,18 manat faiz, 236,98 manat cərimə, 8,40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri 5,50 manat, cəmi 1292,23 manat borcu vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək , işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı «X1» QSC arasında 08.11.2012-ci il tarixdə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında «Qarışıq Müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 1,100.00 AZN məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan bildiriş-xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 29.04.2016-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-yə 971.17 manat əsas, 70.18 manat faiz, 236.98 manat cərimə, 8.40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc , bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri üzrə 5.50 AZN , ümumilikdə 1292,23 manat kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Kredit müqaviləsinin şərtlərindən və işə əlavə olunmuş sənədlərdən görünür ki, borcları barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 971.17 manat əsas, 70.18 manat faiz, 236.98 manat cərimə, 8.40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc , bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri üzrə 5.50 AZN, ümumilikdə 1292,23 manat borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 236.98 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman işin əmr icraatı qaydasında baxılması ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsindən görünür ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin dövlət büdcəsinə ödənilməmiş qalan 10 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 971.17 manat əsas, 70.18 manat faiz, 20 manat cərimə, 8.40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc , bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri üzrə 5.50 AZN , ümumilikdə 1075.25 AZN borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1095.25 manat məbləğində kredit borcu iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalı və Cavabdeh 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 971.17 manat əsas, 70.18 manat faiz, 20 manat cərimə, 8.40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc , bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri üzrə 5.50 AZN , ümumilikdə 1075.25 AZN borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1095.25 manat məbləğində kredit borcu iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Cavabdeh 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqasyıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5799/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5799/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver