Məhkəmə qərarları › İş №2(060)-5810/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5810/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5810/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 iyul 2018-ci il tarixli, 200804-299924/3 nömrəli istehlak krediti müqaviləsi üzrə 345 (üç yüz qırx beş) manat 36 (otuz altı) qəpik məbləğində əsas borc və 52 (əlli iki) manat 49 (qırx doqquz) qəpik faiz borcu olmaqla, ümumilikdə 397 (üç yüz doxsan yeddi) manat 85 (səksən beş) qəpik borcun, 23 may 2018-ci il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 295 (iki yüz doxsan beş) manat 96 (doxsan altı) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 30 (otuz) manat 33 (otuz üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə 326 (üç yüz iyirmi altı) manat 29 (iyirmi doqquz) qəpik borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2018-ci il tarixli, 200804-299924/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 23 % dərəcəsi ilə 3000 (üç min) manat məbləğində və 23 may 2018-ci il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 500 manat olan kredit xətti ayrılmışdır. Cavabdeh hər iki müqavilə üzrə əsas öhdəlikləri lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdeh Bank olan borcunu ödəməmişdir. 10 iyul 2018-ci il tarixli, 200804-299924/3 nömrəli istehlak krediti müqaviləsi üzrə 10 iyun 2021-ci il tarixinə cavabdehin 345,36 manat məbləğində əsas borcu və 52,49 manat faiz borcu olmaqla, ümumilikdə 397,85 manat məbləğində kredit borcu yaranmışdır. 23 may 2018-ci il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 10 iyun 2021-ci il tarixinə cavabdehin 295,96 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 30,33 manat cərimə borcu olmaqla, ümumilikdə 326,29 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Odur ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2018-ci il tarixli, № 200804-299924/3 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23.05.2018-ci il tarixli, № 200893-PC********** saylı “Smile Kredit Xətti Müqaviləsi”ndən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.05.2018-ci il tarixli, 200893-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 10.06.2021-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh 10 iyul 2018-ci il tarixli, 200804-299924/3 nömrəli Kredit müqaviləsinə əsasən 10 iyun 2021-ci il tarixə əsas borc üzrə 345,36 manat və 52,49 faiz borcu, cəmi 397,85 manat borcu mövcuddur. 23 may 2018-ci il tarixli 200893-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 295,96 manat və 30,33 manat cərimə borcu, cəmi 326,29 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1A/5, mənzil 50-də qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2018-ci il tarixli, № 200804- 299924/3 nömrəli “Kredit Müqaviləsi” və 23.05.2018-ci il tarixli, № 200893-PC********** nömrəli “Smile Kredit Xətti Müqaviləsi” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10 iyul 2018-ci il tarixli, 200804-299924/3 nömrəli istehlak krediti müqaviləsi üzrə 345 (üç yüz qırx beş) manat 36 (otuz altı) qəpik məbləğində əsas borc və 52 (əlli iki) manat 49 (qırx doqquz) qəpik faiz borcu olmaqla, ümumilikdə 397 (üç yüz doxsan yeddi) manat 85 (səksən beş) qəpik borcun, 23 may 2018-ci il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 295 (iki yüz doxsan beş) manat 96 (doxsan altı) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 30 (otuz) manat 33 (otuz üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə 326 (üç yüz iyirmi altı) manat 29 (iyirmi doqquz) qəpik borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10 iyul 2018-ci il tarixli, 200804-299924/3 nömrəli istehlak krediti müqaviləsi üzrə 345 (üç yüz qırx beş) manat 36 (otuz altı) qəpik məbləğində əsas borc və 52 (əlli iki) manat 49 (qırx doqquz) qəpik faiz borcu olmaqla, ümumilikdə 397 (üç yüz doxsan yeddi) manat 85 (səksən beş) qəpik borcun, 23 may 2018-ci il tarixli, 200893- PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 295 (iki yüz doxsan beş) manat 96 (doxsan altı) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 30 (otuz) manat 33 (otuz üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə 326 (üç yüz iyirmi altı) manat 29 (iyirmi doqquz) qəpik borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar