Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5821/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 və X7mır yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2057/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi lə müəyyən edilmiş 140 manat sabit pul məbləğində aliment miqdarının artırılaraq hər ay iddiaçının bir uşağın saxlanması üçün 220 (iki yüz iyirmi) manat olmaqla iki uşağın saxlanması üçün cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2004-cu il tarixdə nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Onların xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X7 adlı üç övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20572023 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, nikah pozulmuş, xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X7 iddiaçının yanında qalmaları, Cavabdeh xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay Cavabdeh qazancından və (və ya) başqa gəlirindən, xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 yetkinlik yaşına çatandək saxlanmaları üçün hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Elə həmin tarixdən də cavabdeh 210 (iki yüz on) manat alimenti verməkdən belə imtina etmiş, çoxlu miqdarda borcu yaranmış, dəfələrlə inzibati tanbeh növünə məruz qalmışdır. Sonra cavabdeh Azərenerji ASC-nə işə düzəldiyi üçün aliment borcunun ödənməsinə dair icarə vərəqəsi həmin idarəyə göndərilmiş və həmin aliment öhdəlikləri icra olunmağa başlanmışdır. İyul ayının əvvəlllərində iddiaçı sabit pul məbləğində alimentin artırılması üçün Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh mediasiya prosesində hər ay 450 manat aliment vermək üçün iddiaçı ilə barışıq sazişi bağlamışdır. Lakin sonradan məlum olmuşdur ki, həm iddiaçını, həm də mediasiya təşkilatını aldatmışdır. Belə ki, cavabdeh dərhal işdən çıxmış, nəinki öhdəlik götürdüyü 450 manatı, həm də köhnə aliment borclarını ödəməkdən imtina etmişdir. Övladlarının saxlanması iddiaçı üçün çox çətindir. İddiaçı övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Keçən 13 il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır. Bildirir ki, artan qiymətlər-bahalaşan ərzaq məhsulları, uşaqların digər saxlanılma xərcləri iddiaçının maddi durumunu kifayət qədər çətin vəziyyətə salır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul etdiklərini bildirdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, məhkəmə qətnaməsi tutulan alimentin miqdarının artılaraq 150 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2057/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Sumqayıt Nikah evində bağlanmış, 1358 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancından və ( və ya) başqa gəlirindən, xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 70 manat olmaqla, 210 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli, №-MŞS/MT030/2023/01385 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesində - Cavabdeh ilə İddiaçı arasında nikah vaxtı (Nikah pozulmuşdur:Sumqayıt şəhəri qeydiyat şöbəsi, xx.xx.2012-ci il, AZ-İ№ 153243.) anadan olmuş xx.xx.2005-ci il X2,(Ekizlər).xx.xx.2010-cü il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6. Uşaqların saxlanması üçün Cavabdeh tərəfindən ( uşağın atası) hər ayin sonundan gec olmayaraq bir (1) uşaq ücün 150 (yüz əlli) manat, cəmi 450 (dört yüz əlli )manat Alimenti hər ayın sonundan gec olmayaraq İddiaçı ( uşağın anası) ödəyəcəyinə dair razılaşmış və öhdəlik götürmüşlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2057/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Sumqayıt Nikah evində bağlanmış, 1358 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, xx.xx.2012ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancından və ( və ya) başqa gəlirindən, xx.xx.2005-ci il X2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 70 manat olmaqla, 210 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2005-ci il X2 məhkəmə gedişatında yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyytində qalmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2057/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2010-cu il təvəllüdlü X6 və X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2057/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2057/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X6 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5821/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5821/2023
17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver