Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5822/2020 02.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh, Onun nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək göstərdi ki, İddiaçı xx.xx.2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarındandan xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir övladları vardır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçının yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay 136 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Həmçinin uşaq üç yaşına çatana kimi hər ay 70 manat məbləğində aliment tutulub iddiaçıya verilməsi qərara alınmışdır. Qeyd edir ki, iddiaçı 136 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2020-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 170 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 960/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməlidir. Həmçinin qeyd edir ki, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X7 üç yaşına çatdığından 70 manat məbləğində alimentin verilməsi dayandırılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onun maddi imkanı pis və işsiz olmasına baxmayaarq anasının maddi köməyi ilə 3 ildir ki, iddiaçıya 206 manat aliment ödəmişdir. Hal-hazırda o, Dəmiryol idarəsində fəhlə işləyir və aylıq əmək haqqı 330 manat təşkil edir. Bundan başqa onun başqa gəlir yeri yoxdur. Hesab edir ki, müəyyən edilmiş aliment miqdarı artırılarsa, o, alimenti ödəyə bilməyəcəkdir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdeh onun oğludur. Hal-hazırda onların maddi imkanı yaxşı deyil. O, alimenti həmişə öz pensiyasından ödəmişdir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-960/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı ildə 5 saylı “Asan Xidmət” Mərkəzində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X1 Ülviyyə Tofiq qızının yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək 70 manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxxxxxxxxxxx” QSC İnfrastruktur Departamenti 4 Nömrəli Bakı Yol Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 218 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası “xxxxxxxxxxxxx” QSC İnfrastruktur Departamenti 4 Nömrəli Bakı Yol Sahəsində işləyir. Hal-hazırda keçid növbətçisi vəzifəsində çalışır və aylıq tarif maaşı 330 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh aylıq əmək haqqının ¼ hissəsi miqdarında alimentin məbləği 82.50 (səksən iki manat əlli qəpik) manat təşkil etdiyi halda, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-960/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan 136 manat aliment iddiaçının xeyrinə tutulur. Odur ki, məhkəmə tərəflərin diqqətəlayiq maraqlarını, cavabdehin aylıq gəlirinin az olmasını nəzərə alaraq, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-960/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasını məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5822/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5822/2020
02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver