Məhkəmə qərarları › İş №2(060)-5823/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5823/2023

01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5823/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində əsas borcun və ödədiyi dövlət rüsumunun, hüquqi yardımla bağlı ödənilən vəsaitin alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. O, 2022-ci ilin dekabr ayında ona müraciət edərək pul lazım olduğunu bildirmiş və söz vermişdir ki, həmin pulları yaxın vaxta qaytaracaqdır. O da cavabdehə inanaraq xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayına kimi hissə-hissə olmaqla ümumilikdə 5000 manat məbləğində pul vermiş, lakin cavabdeh bu puldan cəmi 1500 manat qaytarmaqla hazırda Cavabdeh ona borcu 3500 manat təşkil edir. O, həmin pulu başqasından alaraq cavabdehə verdiyi üçün pul sahibi ondan pulu tələb etmiş, o da cavabdehdən pulu qaytarmasını bildirdiyi üçün o, Cavabdeh barəsində Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə şikayət etmiş və bölmədə də öz izahatı ilə ondan həmin pulu aldığını və həmin vaxt 3700 manat borcunun qaldığını bidirmişdir. Bundan sonra isə Cavabdeh 2 dəfə ödəmə etmiş və borcu 3500 manatdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddia etdiyi məbləğdə cavabdehin borcunun olması ilə bağlı cavabdehin polis idarəsində bu borcu etiraf etməsi ilə bağlı verdiyi izahat iddia tələbinin əsaslı olmasına dəlalət edən mötəbər dəlil kimi qəbul olunacağını bildirərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ortada haqsızlıq vardır. Belə ki, pul söhbəti faiz söhbətidir.İddiaçı pulu faiz ilə vermişdir. Bir il müddətinə faiz ödəmişdir. Uşağının ehtiyacları üçün iddiaçıdan 3700 manat pulu hissəhissə almışdır. Pul keçən ilin noyabr ayında alınmış və hər ay ona aldığının faizini ödəmişdir. Daha sonra iddiaçıya müraciət etmiş və bildirmişdir ki, cavabdehin yoldaşı işlədiyi üçün məbləği çatdırmaq mümkün deyildir. Ona görə də faizi ödəməsinlər, lakin götürülən əsas məbləği hər ay ödəsinlər. İddiaçı isə cavabdehin uşaqları ilə onu hədələmişdir. İddiaçı cavabdeh kimi bir çox şəxsi aldatmışdır. İddiaçı ona demişdir ki, pulu 3500 manata salacaqdır. Faiz ilə birlikdə məbləğ 4900 manat təşkil etmişdir. 3700 manata saldıqdan sonra cavabdehin yoldaşı həmin xanıma əlbəəl həmin günün gecəsi 200 manat pul vermişdir. Bu barədə səs yazıları da vardır. 3300 manata razılaşmışlar. Daha sonra cavabdeh polis orqanında ərizəsini geri götürmüşdür. Səs yazılarında əsas məbləğ, faiz və bütün söhbətlər əks olunmuşdur. İddiaçıya demişdir ki, aybaay 200 manat məbləğində pul ödəməklə əsas məbləği bağlasın. Polis orqanında izahat verdikdən sonra Ceyran xanıma zəng etmiş və demişdir ki, ona kart atsın. Cavabdeh isə ona 200 manat məbləğində pul atsın. Lakin iddiaçı demişdir ki, məhkəmə işə baxacaqdır. O, 3500 manatı hər ay 200 manatdan verməyə razıdır. 3500 manat məbləğində iddia tələbini qəbul edir. Məhkəmə iş üzrə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-58/2-35728/2023 saylı məktubdan görünür ki, Cavabdeh son qeydiyyat yeri ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük massivi, fərdi evdə yaşayan Cavabdeh müraciətinin icrasına dair xx.xx.2023-cü il tarixli, 58- 1/1634/23 saylı arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə icraata Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük massivi, fərdi evdə yaşayan Cavabdeh Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi daxil olmuşdur. Vətəndaş Cavabdeh müraciətində təxminən 2022-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 12-ci mkr. ərazisində Ceyran adlı xanımdan borc olaraq 400 manat pul istəməsini, borc müqaviləsinə görə ona ümumi 3700 manat borcu olmasına baxmayaraq Ceyran adlı xanımın ondan 4500 manat pul tələb etməsindən narazı olduğunu bildirmişdir. Müraciət əsasında izahatı alınmış Cavabdeh ərizədə qeyd olunan xüsusatları təsdiq etmişdir. Vətəndaş Cavabdeh müraciətində qeyd etdiyi xüsusatların həllinin Azərbaycan Respublikası Mülki və Mülki- Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. Odur ki, Cavabdeh müraciətində qeyd etdiyi xüsusatlar məhkəmələrin səlahiyyətində olduğundan vətəndaşa rəsmi cavab verilməklə materialın işə tikilməsini məqsədəmüvafiq hesab etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük massivi, fərdi evdə yaşayan Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 58-1/2-R-9953/11/23 saylı məktubdan görünür ki, müraciətə Sumqayıt ŞPİ-nin 1-ci PB-də baxılmışdır. Müraciətində qeyd etdiyi xüsusatlar məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməsi məqsədəmüvafiqdir. Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük massivi, fərdi evdə yaşayan Cavabdeh tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ünvanlanmış ərizədə bildirilmişdir ki, təxminən 2022-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 12-ci mkr. ərazisində Ceyran adlı xanımdan faizə 400 manat pul götürmüşdür. Onun etdiyi hesablamaya görə həmin xanıma 3700 manat borcu var, lakin 4970 manat pul tələb etmişdir. Şəxs barəsində təcili tədbir görülməsini xahiş etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2023-cü il tarixli, 3185 nömrəli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:28-də, Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük massivində yaşayan Cavabdeh, AR DİN-in 102 XZMS-nə zəng edərək, 2022-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 12-ci mkr. poçtun yaxınlığındakı mağazada İddiaçı adlı şəxsdən 3500 manat faizə pul götürməsi, lakin həmin qadının ona faizlə birlikdə 4900 manat istəməsini bildirmişdir. Cavabdeh tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə verilmiş izahatından görünür ki, 26 noyabrda İddiaçı 12-ci mkr. ərazisində faizə 3700 manat pul almışdır. Hər ay vaxtlıvaxtında faizləri ödəmişdir, lakin Ceyran xanım onun 3700 manat deyil, 4970 manat ödəməli olduğunu bildirmişdir. Ona borcu olan 3500 manat ödəyəcəyinə dair söz vermişdir. Bu məsələnin araşdırılıb hüquqi qiymət verilməsini istəmişdir. Hər ay gücü çatan qədər ən azı 100 manat ödəniş etməklə borcunu bağlayacağına söz vermişdir. İddiaçı tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə verilmiş izahatdan görünür ki, uzun müddət tanıdığı Mahur adlı şəxsin ondan bir qədər alış-veriş etdikdən sonra, bir gün ağlayaraq ona təcili pul lazım olduğunu bildirmiş və uşağını əməliyyata aparacaqdır. O da Mahura ürəyi ağrıyaraq borca pul vermişdir. Bir qədər sonra isə atasının ayağı əməliyyat olunacağına görə yenə ağlayaraq pul lazım olduğunu bildirmiş və borca pul istəmişdir. Beləliklə, o, Cavabdeh xx.xx.2022-ci il tarixdən 2023-cü il mart ayına qədər hissə-hissə 5000 manat pul borca vermişdir. Mahur isə 1400 manat qaytardıqdan sonra ona 3600 manat borcu qalmışdır. Hər dəfə borcu qaytaracağına söz verməsinə baxmayaraq sözünə əməl etməmiş, indiyə kimi pulu ödəməmişdir. Bu borcun məhkəmə qaydasında qaytarılması üçün kömək etməyi xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bundan əlavə cavabdeh polis orqanlarında və məhkəmədə iddiaçıya 3500 manat pul məbləği borcunun qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə verdiyi izahatında 3500 AZN manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 55 manat məbləğində dövlət rüsumu ödəmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 3500 manat məbləğində pul və 55 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və 55 (əlli beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar