Məhkəmə qərarları › İş №2(060)-5827/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5827/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5827/2020 29.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı X4 Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı X4 Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyərinin, yəni 1346,03 manat məbləğində pulun ondan alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X4 Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyərinin, yəni 1346,03 manat məbləğində pulun ondan tutularaq dövlət büdcəsinə (VÖEN: **********, M/H: AZ41NABZ********************, KOD:210005, SWİFT: CTREAZ22) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 Şöbəsi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Kərimov X2 Şəhər Məhkəməsinin 1(060)-13/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 68.1.3, 66.5, 71.5, 67 və 70-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay sınaq müddəti ilə şərti cəzaya məhkum edilmişdir. Cavabdeh üzərinə X4 Şğbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin və Abşeron rayonun hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2020-ci il tarixdə X4 Şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2020-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə izahatında bildirmişdir ki, işlədiyi zaman geyim paltarını çıxarıb kənara qoymuş və sonradan “Kamaz” markalı yük avtomobilinin onun paltarının üstündən keçdiyini görmüşdür. Həmin vaxt mobil telefon da (mobil nəzarət qurğusu) həmin paltarda olmuşdur. Belə olan halda cavabdeh məsuliyyətli olmadığından elektron nəzarət qurğusunu yararsız hala salmış və nəticədə dövlətə maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 1346,03 manat təşkil edir. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həqiqətən də ona Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-13/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün icrası ilə əlaqədar ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü verilmişdir. xx.xx.2020-ci il tarixdə işlədiyi zaman geyim paltarını çıxarıb kənara qoymuşdur. Birdən görmüşdür ki, “Kamaz” markalı yük avtomobili onun paltarının üstündən keçmişdir. Sonradan ona verilən mobil telefonun (mobil nəzarət qurğusu) qırıldığını, üz qabığının olmadığını müəyyən etmişdir. Qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh verilmiş elektron nəzarət dəsti mobil qurğuya (Komplekt İD: 2736) texniki baxış nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı zədələnərək yararsız hala salınmışdır. Ədliyyə Nazirliyi Maliyyə və təminat İdarəsi probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilən mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında nəzarət subyektindən tutulması üçün həmin vasitələrin dəyərini, yəni biometrik məlumatların yoxlanılması üçün lisenziyalar üçün 88,26 manat, ev siqnal ötürücüsü üçün 108,32 manat, xüsusi proqram təminatı ilə mobil nəzarət qurğuları üçün 1346,03 manat, elektron qolbaqlar üçün 637,91 manat olması barədə Ədliyyə Nazirliyi Probasiya Xidmətinə xx.xx.2018-ci il tarixli 21/-3-1717 saylı məktub ünvanlamışdır. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli izahat ərizəsindən görünür ki, o ərizəsində xx.xx.2020-ci il tarixdə işlədiyi zaman geyim paltarını çıxarıb kənara qoyduğunu, “Kamaz” markalı yük avtomobilinin onun paltarının üstündən keçdiyini, nəticəsə ona verilən mobil telefonun (mobil nəzarət qurğusu) qırıldığını qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ehtiyatsızlıqdan ona təhkim edilmiş mobil nəzarət qurğusunun zədələnməsinə və yararsız vəziyyətə düşməsinə səbəb olan hərəkətlərə yol vermiş, nəticədə dövlət büdcəsinə 1346,03 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal iş materiallarında olan sənədlər, o cümlədən cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi QAYDALARİ”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1346,03 manat məbləğində zərər tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri, yəni 1346,03 manat məbləğində pul tutularaq dövlət büdcəsinə (VÖEN: **********, M/H: AZ41NABZ********************, KOD:210005, SWİFT: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar