Məhkəmə qərarları › İş №2(060)-5836/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5836/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5836/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında 04 avqust 2021-ci il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********63873 olan Samsung Galaxy A10 markalı telefon və X2 aksessuar üçün 81 (səksən bir) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 17.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********45661 olan Samsung Galaxy A50 markalı telefon üçün 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********77408 olan Samsung Galaxy A20s markalı telefon üçün 380.4 (üç yüz səksən, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1000.4 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 30.07.2019-cu il, 17.12.2019-cu il və 16.03.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kod **********63873 olan Samsung Galaxy A10 markalı telefon, X2 aksesuar, İMEİ Kodu **********45661 olan Samsung Galaxy A50 və İMEİ Kodu **********77408 olan Samsung Galaxy A20s markalı telefon almış və nəticədə mağazaya 1000.4 (min, qırx qəp) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 336 (üç yüz otuz altı) manat (9 ay x 37 manat + 3 manat ilkin ödəniş) İMEİ kod **********63873 olan Samsung Galaxy A10 markalı telefon və X2 aksesuar üçün ümumilikdə, 81 (səksən bir) manat olmaqla ondan, 81 (səksən bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borcu yaranmışdır. 17.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********45661 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 530 (beş yüz otuz doqquz) manat olmaqla ondan, 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 16.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 442.4 (dörd yüz qırx iki manat qırx qəpik) manat (12 ay x 31.7 manat + 62 manat ilkin ödəniş) İMEİ Kodu **********77408 olan Samsung Galaxy A20s markalı telefon ümumilikdə, 380.4 (üç yüz səksən, qırx qəpik) manat olmaqla ondan, 380.4 (üç yüz səksən, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 498 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1/% mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.07.2019-cu il tarixli, 00814212 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kod **********63873 **********63871 olan Samsung Galaxy A10 markalı telefon, X2 Samsung A10 Black aksesuar almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, 01133111 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh oğlu "xxxx" MMC-dən İMEİ Kodu **********45661 **********45669 olan Samsung Galaxy A50 DS markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2020-ci il tarixli, 20181554 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********77408 **********77403 Samsung Galaxy A20s DS markalı telefon almışdır. İş materiallarında olan 07.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə üç müqavilə üzrə cəmi 1000,4 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 24.05.2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Osmanov X1 yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 30.07.2019, 17.12.2019 və 16.03.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf hər üç müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 316-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 1000,4 (81+539+380,4) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********63873 **********63871 olan Samsung Galaxy A10 markalı telefon, X2 üçün 81 (səksən bir) manat ödənilməmiş hissə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********45661 **********45669 olan Samsung Galaxy A50 DS markalı telefon üçün 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********77408 **********77403 olan Samsung Galaxy A20s DS markalı telefon üçün 380,4 (üç yüz səksən manat qırx qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 1000,4 (bir min manat qırx qəpik) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1030,4 (bir min otuz manat qırx qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar