Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5845/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC Cavabdeh qarşı “pul tələbinə” dair Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nin xeyrinə 2.007.901,55 ABŞ dolları əsas borc və 70.667,83 ABŞ dollarə faiz borclu olmaqla, cəmi 2.078.569,38 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış İ9.05.20l5-ci il tarixli 03B/15 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə İ9.05.20l8-ci il tarixədək illik 11% ödəmək şərtilə 2.150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. (xx.xx.2015-ci il tarixli 03B/15 saylı kredit xətti müqaviləsinə edilmiş xx.xx.2018-ci və xx.xx.2019-ci il tarixli Sazişlərə əsasən kredit müqaviləsinin 1.2-ci bəndində qeyd olunan faiz dərəcəsi dəyişdirilərək 7% və kredit xətti müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il tarixədək uzadılması müəyyən edilmişdir). Kredit müqaviləsinin 2.1 ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən bu müqavilənin şərtlərinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 01 .09.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli 03B/15 saylı kredit xətti müqaviləsi üzrə «xxxxxxx» Kommersiya Bankına olan borcunun məbləği əsas kredit borcu üzrə 2.007.901,55 ABŞ dolları, faiz borcuna görə 70.667,83 ABŞ dolları, cəmi 2.078.569,38 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış İ9.05.20l5-ci il tarixli 03B/15 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə İ9.05.20l8-ci il tarixədək illik 11% ödəmək şərtilə 2.150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka 2.007.901,55 ABŞ dolları əsas borc və 70.667,83 ABŞ dollarə faiz borclu olmaqla, cəmi 2.078.569,38 ABŞ dolları kredit borcu vardır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2.007.901,55 ABŞ dolları əsas borc və 70.667,83 ABŞ dolları faiz borclu olmaqla, cəmi 2.078.569,38 ABŞ dolları kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2.007.901,55 ABŞ dolları əsas borc və 70.667,83 ABŞ dolları faiz borclu olmaqla, cəmi 2.078.569,38 ABŞ dolları kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5845/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5845/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver