Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5846/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 25.01.2020-ci il tarixli müqaviləsinə əsasən X7 Bazalı 160x200, X3, X10, X11, Matras 160x200x18 üçün 2287 (iki min iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 417 (dörd yüz on yeddi) manat dəbbə; 24.11.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə;27.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********60122 Samsung Galaxy A50 markalı telefon üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə,26 (iyirmi altı) manat dəbbə; 31.05.2019cu il tarixli müqaviləsinə əsasən, HOFFMAN VFAC kondisoner üçün 870 (səkkiz yüz yetmiş) manat ödənilməmiş hissə, 243 (iki yüz qırx üç) manat dəbbə; 12.11.2019-cu il tarixli müaviləsinə əsasən, Spirallı peç SİMFER vəToster GORENJE üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə, ümumilikdə 4434 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə 25.01.2020-ci il, 24.11.2018-ci il, 27.06.2019-cu il, 31.05.2019-cu il və 12.11.2019-cu il tarixli müqavilələrinə əsasən X7 Bazalı 160x200, X3, X10, X11, Matras 160x200x18, Samsung LED TV, İMEİ kod **********60122 Samsung Galaxy A50 markalı telefon, HOFFMANN VFAC kondisoner, Spirallı peç SİMFER və Toster GORENJE almış və nəticədə 4434 (dörd min dörd yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2568 (iki min beş yüz altmış səkkiz) manat (24 ay x 107 manat+0 manat ilkin ödəniş) olan X7 Bazalı 160x200, X3, X10, X11, Matras 160x200x18 üçün ümumilikdə 2704 (iki min yeddi yüz dörd) manat olmaqla, ondan 2287 (iki min iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 417 (dörd yüz on yeddi) manat dəbbə;Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1944 (min doqquz yüz qırx dörd ) manat (18 ay x 98 manat + 180 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 268 ( iki yüz altmış səkkiz) manat olmaqla ondan, 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 784 (yeddi yüz səksən dörd) manat (9 ay x 87 manat + 1 manat ilkin ödəniş) İMEİ kod **********60122 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 100 (yüz) manat olmaqla ondan, 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1403 (min dörd yüz üç) manat (24 ay x 58 manat + 11 manat ilkin ödəniş) HOFFMANN VFAC kondisoner üçün ümumilikdə, 1113 (min yüz on üç) manat olmaqla ondan, 870 (səkkiz yüz yetmiş) manat ödənilməmiş hissə, 243 ( iki yüz qırx üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.11.2019cu il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 288 ( iki yüz səksən səkkiz) manat (12 ay x 24 manat + 0 manat ilkin ödəniş) Spirallı peç SİMFER və Toster GORENJE üçün ümumilikdə, 249 (iki yüz qırx doqquz) manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 3355 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 25.01.2020-ci il tarixli müqaviləsinə əsasən X7 Bazalı 160x200, X3, X10, X11, Matras 160x200x18 üçün 2287 (iki min iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 417 (dörd yüz on yeddi) manat dəbbə; 24.11.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə;27.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********60122 Samsung Galaxy A50 markalı telefon üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə,26 (iyirmi altı) manat dəbbə; 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMAN VFAC kondisoner üçün 870 (səkkiz yüz yetmiş) manat ödənilməmiş hissə, 243 (iki yüz qırx üç) manat dəbbə; 12.11.2019-cu il tarixli müaviləsinə əsasən, Spirallı peç SİMFER vəToster GORENJE üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə, ümumilikdə 4434 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 12.11.2019-ci il tarixli № 01045906 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.11.2019-cu il tarixdə 01045906 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 288 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 31.05.2019-cu il tarixli № 00692867 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31.05.2019-cu il tarixdə 00692867 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1403 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir İşə əlavə edilmiş 27.06.2019-cu il tarixli № 00747272 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 27.06.2019-cu il tarixdə 00747272 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 784 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir İşə əlavə edilmiş 24.11.2018-ci il tarixli № 00387056 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24.11.2018-ci il tarixdə 00387056 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1944 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir İşə əlavə edilmiş 25.01.2020-ci il tarixli № 20058216 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25.01.2020-ci il tarixdə 20058216 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 2568 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 09.06.2020-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 09.06.2020-ci il tarixindəki müqaviləsinə əsasən 25.01.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən ümumi dəyəri 2704 manat olan X7 Bazalı 160x200, X3, X10, X11, Matras, 24.11.2018-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 268 Samsung LED TV, 27.06.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 100 İMEİ kod **********60122 Samsung Galaxy A50 markalı telefon, 31.05.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 1113 HOFFMAN VFAC kondisoner və 12.11.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 249 Spirallı peç SİMFER və Toster GORENJE almışdır. Cavabdehin cəmiyyətə olan borcu əsas borcu üzrə 3632 manat, dəbbə borcu üzrə 802 manat, ümumilikdə 4434 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.05.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, yat-5, Hacıbəyov küç, məh.15, ev 5-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh na vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 25.01.2020-ci il tarixindəki müqavilə üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 4434 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 3632 (üç min altı yüz otuz iki) manat əsas borc, 39 (otuz doqquz) manat dəbbə pulu olmaqla, ümumilikdə 3671 (üç min altı yüz yetmiş bir) manat məbləğində borc və 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3632 (üç min altı yüz otuz iki) manat əsas borc, 39 (otuz doqquz) manat dəbbə pulu olmaqla, ümumilikdə 3671 (üç min altı yüz yetmiş bir) manat məbləğində borc və 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5846/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5846/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver