Məhkəmə qərarları › İş №2(060)-5853/2024

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5853/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5853/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeha qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixində “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən istifadəyə verilmiş 1500 dollar, yəni 2550 manat dəyərində olan soyuducunun Cavabdeh tərəfindən satılmasına görə bilavasitə iddiaçıya dəymiş maddi ziyan əvəzi qismində 2550 manatın, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 50 manat vəkil xidmət haqqının, məhkəmə üçün ödənilmiş 46 manat dövlət rüsumunun, ümumilikdə, 2646 manat vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə ünvan 1 ünvanında yerləşən “Darı Kubani” mağazasını icarəyə götürmüşdür. Daha sonra xx.xx.2018-ci il tarixində “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 01 ədəd soyuducudan mağazada istifadə edilmişdir. 2022-ci ilin noyabr ayında sahibkarlıq fəaliyyətini iddiaçının adından həyata keçirən mərhum həyat yoldaşı şəriki ilə birlikdə həmin mağazaya aid biznesi içərisindəki əşyalarla birlikdə cavabdeh X3. Həmin zaman iddiaçı cavabdehə sözügedən soyuducunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğunu bildirmişdir. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə sözügedən mağazanın X1, həmin soyuducunun da artıq X6 tərəfindən istifadə ediləcəyini bildirmişdir. Daha sonra Cavabdeh qazanc əldə edə bilmədiyinə görə mağazanı təhvil vermişdir. Həmin iddiaçı soyuducunun mağazada olmadığını gördüyü an xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətizəng mərkəzi sisteminə müraciət edilmiş, sözügedən soyuducunun "Baba" ləqəbli Zülfüqar adlı şəxs tərəfindən oğurlandığı barədə məlumat verilmişdir. Daxil olan məlumat əsasında araşdırılma aparılmış, iddiaçının və X4 izahatları alınmışdır. Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin təhqiqatçısı X7 07 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından göründüyü kimi, Cavabdeh həmin soyuducunu satdığını etiraf etmişdir. O, izahatında qazanc əldə edə bilmədiyi üçün mağazadakı əşyaları satdığını və mağazanı təhvil verdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh hüquqazidd əməl törətdiyini etiraf etmişdir.İddiaçı bildirir ki, daha sonra “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Məhsulların alqı-satqı müqaviləsi” üzrə 1918,87 manat, xx.xx.2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun soyuducu dəyərinin iki misli - 3000 ABŞ dolları məbləğində pulun və 100 manat mediasiya xərcinin, 120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqının iddiaçıdan “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək, “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1918,87 manat, “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə üzrə 1800 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 71 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən törədilən hüquqazidd əməl nəticəsində bilavasitə iddiaçıya əhəmiyyətli dərəcədə maddi ziyan dəymişdir. Cavabdehin törətdiyi hüquq pozuntusuna mütənasib olaraq, öz öhdəliyini icra etməməsi iddiaçının maddi vəziyyətini çətinləşdirmişdir. Onu da qeyd edir ki, cari mübahisəni məhkəmədənkənar həll etməyə çalışsa da, bunun bir nəticəsi olmamışdır. Belə olan halda cari vəziyyət iddiaçının pozulmuş hüquqlarımın məhkəmə qaydasında müdafiəsini şərtləndirir. Bununla yanaşı, cavabdeh şəxsin hüquqazidd əməlləri nəticəsində iddiaçının əlavə olaraq çəkdiyi xərcin dəyərinin cavabdehdən tutulması qənaətindədir. Belə ki, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 50 (əlli) manat məbləğində vəkil xidmət haqqının və 46 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsini qanunamüvafıq hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsidən görünür ki, “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1918,87 manat, “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə üzrə 1800 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 71 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2018-ci ildə ünvan 1 ünvanında yerləşən “Darı Kubani” mağazasını icarəyə götürmüşdür. xx.xx.2018-ci il tarixində “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 01 ədəd soyuducudan mağazada istifadə edilmişdir. Daha sonra həmin mağazaya aid biznes içərisindəki əşyalarla birlikdə cavabdeh X2. Həmin zaman iddiaçı cavabdehə sözügedən soyuducunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğunu bildirmişdir. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə sözügedən mağazanın X1, həmin soyuducunun da artıq X6 tərəfindən istifadə ediləcəyini bildirmişdir. Daha sonra Cavabdeh qazanc əldə edə bilmədiyinə görə mağazanı təhvil vermişdir. Həmin iddiaçı soyuducunun mağazada olmadığını gördüyü an xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininə 102 xidmətinə müraciət etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin təhqiqatçısı X7 07 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına əsasən, Cavabdeh həmin soyuducunu satdığını etiraf etmişdir. daha sonra “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsidən görünür ki, “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1918,87 manat, “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə üzrə 1800 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 71 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən törədilən hüquqazidd əməl nəticəsində bilavasitə iddiaçıya əhəmiyyətli dərəcədə maddi ziyan dəymişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018ci il tarixində “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəyə verilmiş 1500 dollar, yəni 2550 manat dəyərində olan soyuducunun Cavabdeh tərəfindən satılmasına görə bilavasitə iddiaçıya dəymiş maddi ziyan əvəzi qismində 2550 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il tarixində “Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəyə verilmiş 1500 dollar, yəni 2550 manat dəyərində olan soyuducunun Cavabdeh tərəfindən satılmasına görə bilavasitə iddiaçıya dəymiş maddi ziyan əvəzi qismində 2550 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar