Məhkəmə qərarları › İş №2(060)-5879/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5879/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5879/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh qarşı “pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00207-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə ödənilməmiş 2777,93 manat əsas, 16,65 manat faiz, cəmi 2794,58 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh “xxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli RPF-00207-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank 3197,73 manat məbləğində krediti illik 1 faizlə 60 ay müddətinə cavabdehə vermiş, cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış FM-01109-17/14U saylı xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixədək faiz ilə birlikdə Bank “xxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00207-16/19A saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərinin icrasında gecikmə əmələ gəlmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: xxxxxxxx ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00207- 16/19A saylı kredit müqaviləsindən görünür ki, xxxxxxxx ASC borcalan Cavabdeh 60 ay müddətinə, illik 1% olmaqla 3.197,73 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib FM-01109-17/14U saylı, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun ödənilməsi məqsədi ilə istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borcu 2777,93 AZN, faiz borcu 16,65 AZN, cəmi borc 2794,58 manat təşkil edir. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00207-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 2777,93 manat əsas borc, 16,65 manat faiz borcu, cəmi 2794,58 manat borc xxxxxxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF- 00207-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2777,93 manat əsas borc, 16,65 manat faiz borcu, cəmi 2794,58 (iki min yeddi yüz doxsan dörd manat əlli səkkiz qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar